aralıq qiymətləndirmə cədvəli Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə mühazirə və laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə semestr ərzində 3 dəfə monitorinq mexanizmi əsasında sessiyalararası yoxlamalar keçirilir. Yoxlamalar 5, 10 və 14-cü həftələrdə aparılır. Aparılan yoxlamaların nəticələri qrup jurnalında 010 rəqəmləri ilə qeyd olunur, semestr ərzində fənni mənimsəmə qiyməti müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn üzrə qazandığı balların tərkibinə daxil edilir.
Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr müddətində qazanılır.
Yekun bal aşağıdakı kimi qiymətləndirilir:
“əla” – 91-100
“Çox yaxşı” – 81-90
“yaxşı” –71-80
“kafi” –61-70
“qənaətbəxş”–51-60
“qeyri-kafi” –50 baldan aşağı
Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır, 51baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə sayılır.
Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” ADNA-nın 02/1396 nömrəli 03.10.2008-ci il tarixli əmrinə əsasən aparılır.
Cədvəl 1