15. Sözlərin birində eyni sait səslərin uzanmasına rast
gəlinmir. A) malikanə B) sabiranə C) acizanə
D) tərifnamə E) dahiyanə
16. Tələffüzü səhv verilmiş sözləri seçin:
1. [hüdut] 2. [tə:biyət] 3. [çeynəmmiş]
4. [poyeziya] 5. [işgəncə] 6. [dik
\
qətli]
A) 1, 2, 4 B) 2, 4, 6 C) 3, 4, 5
D) 1, 3, 5 E) 2, 3, 6
17. Hansı bənddə “ l ” hərfi fərqli tələffüz olunmur?
A) Bu yerlərdə biz hər şeyi yenidən bərpa edəcəyik.
B) Kiçik uşaqlar şirniyyat istədilər.
C) Günlər ötüb keçdi, amma heç nə dəyişmədi.
D) Qaranquşlar bahardan xəbər gətirirdi.
E) Düzənlikdə hər tərəf istidən qurumuşdu.
18. Tələffüz şəklində verilmiş sözlərdən hansı qoşa yy ilə yazılmır? A) [vəziyət]
B) [e:zamiyət] C) [bələdiyə]
D) [təhkiyə]
E) [hissiyat]
19. Sözlərdən birinin tələffüzünü həm qoşa [ll], həm
də qoşa [rr] şəklində düşünmək olar.
A) açarlar B) gəzirlər C) dənizlər
D) qəhərli E) səhərlər
20. Uyğunsuzluğumüəyyənləşdirin. A) “T” hərfi tələffüz zamanı [t] və [d] səslərini ifadə
edə bilər.
B) “L” hərfi tələffüz zamanı [d, r, n, l] səslərini ifadə
edə bilər.
C) “C” hərfi tələffüz zamanı [c, j, ç] səslərini ifadə
edə bilər.
D) “Ə” hərfi tələffüz zamanı [ə] və [a] səslərini
ifadə edə bilər.
E) “P” hərfi tələffüz zamanı [p] və [b] səslərini ifadə
edə bilər.
21–25-ci suallar mətnə əsasən həll ediləcək. Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi beşiyi 1 olan Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz 2 təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü hələ 3 1300 il bundan əvvəl işlənmişdir. Qarabağ əvvəllər tarixi-coğrafi bir anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş 4 coğrafi ərazisinə aid edilmişdir. Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir. Bu ərazidə ən qədim dövrlərə məxsus insan məskənləri var. Bütün tarix boyu Qarabağ 5 Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Qarabağ bizimdir – Qarabağ Azərbaycandır! 21. Mətndəki əsas fikri ifadə edən bəndi seçin.
A) Qarabağ qədim dövrlərə aid insan məskənlərindən
biridir.
B) Qarabağ Azərbaycanın poeziya və musiqi beşiyidir.
C) Qarabağ Azərbaycanın qədim, əzəli və əbədi
torpağıdır.
D) Qarabağ əsrarəngiz təbiəti olan bir diyardır.
E) Qarabağ bir çox Azərbaycan alimlərinin, yazıçı və
şairlərin vətənidir.