Vacancy announcement



Yüklə 23,25 Kb.
tarix24.06.2020
ölçüsü23,25 Kb.
#102682


Layihə: Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək

Layihə No. 05.3506.2-020.00

İnkişaf/ Layihə materialları üçün qısa videoların hazırlanması

Məkan: Bakı, Azərbaycan


  1. Layihə haqqında qısa məlumat:

Aİ və Azərbaycan Respublikasının daxil olduğu Şərqi Avropa tərəfdaşları arasındakı əməkdaşlıq Aİ-nın xarici əlaqələrinin mühüm hissəsini təşkil edir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi məqsədilə əsas addım kimi gələcəkdə Assosiasiya Sazişinin (AS) imzalanması nəzərdə tutulmuşdur. Bu məqsədlə zəruri insan potensialının formalaşdırılması və institusional islahatlar Şərq Tərəfdaşlığının (ŞT) Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramı çərçivəsində həyata keçirilməkdədir. Xüsusilə, İnstitusional İslahat Planları (İİP) çərçivəsində, üç prioritet sahənin dəstəklənməsini nəzərdə tutan çoxillik proqramlar müəyyən edilmişdir.

Layihə İİP 3-ün ikinci əsas məqsədinin həyata keçirilməsinə yönəlmişdir. Layihənin məqsədi dövlət qulluqçuları üçün təlimlərin və dövlət qurumlarında peşəkarlığın artırılması funksiyalarının idarə və koordinasiya edilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) imkanlarını gücləndirmək, bununla da təlim strategiyasının və siyasətinin hazırlanmasına və həyata keçirilməsinə nail olmaqdır. Fəaliyyətin Lot 2 üzrə iki spesifik məqsədi (i) dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanmasının və onun icrasının dəstəklənməsi (monitorinq və qiymətləndirmə mexanizmləri, dövlət orqanlarının İnsan Resurslarının İdarəedilməsi (İRİ) / İnsan resurslarının İnkişafı (İRİ) bölmələrinin işçi heyəti üçün təlim), və (ii) dövlət orqanlarının Avropa standartlarına uyğunlaşması prosesini dəstəkləyən prioritet kəsişən sahələr üzrə standart təlim kurikulumlarının hazırlanmasına yardım göstərməklə DQMK-nın mütəmadi təlim keçmə potensialını gücləndirməkdir.

Bu layihə nəzərdə tutulan konkret məqsədlərə nail olmaq məqsədilə, benefisiarların ehtiyaclarını və çatışmazlıqlarını nəzərə alaraq, dəstək üçün ən müvafiq sahələr kimi üç əsas nəticə istiqaməti müəyyən edir::



  1. dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması və onun həyata keçirilməsi,

  2. Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim kurikulumlarının hazırlanması və təsdiqlənməsi,

  3. prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının hazırlanması

DQMK-nın birbaşa iştirakı ilə yerinə yetiriləcək yuxarıda göstərilmiş istiqamətlər onun təlimlərin təşkil edilməsi və həyata keçirilməsi sahəsindəki potensialını gücləndirəcək, eləcə də dövlət orqanları arasında dövlət qulluqçularının təlimi və peşəkarlığının artırılmasının davamlı idarəetməsi və koordinasiyası üçün lazımi baza ilə təmin edəcəkdir. Layihə 2013-cü ilin dekabr ayında başlamışdır və iki il müddətində həyata keçiriləcəkdir.

  1. Tapşırığın məqsədi və layihə hədəflərinə töhfəsi:

Layihə çərçivəsində əsas təlimat hissəsindən və ayrı-ayrı alətlərdən ibarət olan Təlim ehtiyaclarının qiymətləndirilməsi metodologiyası uğurla hazırlanmışdır ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və digər dövlət orqanları dövlət qulluqçularının potensialını artırmaq üçün gərəkli olan ehtiyaclarla tanış olsunlar. Əlavə olaraq, DQMK-ni lazımi təlim resursları ilə təmin etmək, bu yolla da dövlət qulluqçularının Avropa İttifaqı və digər prioritet sahələrlə bağlı bilik və bacarıqlarının artırılması istiqamətində təlim kurikulumları və köməkçi vasitələr (üz-üzə və elektron öyrənmə üçün) işlənib hazırlanmışdır. Bu materiallar layihənin üç əsas nəticə istiqamətindən birində müəyyən edilmişdir.

Növbəti addım Təlim Ehtiyaclarının Qiymətləndirilməsi metodologiyası və təlim kurikulumunun effektiv təqdimatı və təbliğatını təmin etməkdir. Bunun üçün hazırlanmış materiallarla birlikdə qısa məlumatlandırıcı video roliklər də nəzərdə tutulmuşdur ki, hər bir materialın əsas məğzini göstərməklə yanaşı onların istifadəsinə dair praktiki göstərişlər versin. Bu videolar təlim iştirakçılarını faydalı bilik və göstərişlərlə təmin edəcək və onları bu biliklərin istifadəsi üçün ruhlandıracaq. Beləliklə, bu qısa video roliklər hazırlanmış materialların ümumi kefyiyyətinə birbaşa töhfə verəcəkdir.



  1. Qısamüddətli ekspert/məsləhət xidmətinin yerinə yetirməli olduğu tapşırıqlar:

Məsləhət xidməti hazırlanmış materialları tamamlaması nəzərdə tutulan qısa video rolikləri hazırlayaraq tapşırığın və layihənin yuxarıda göstərilmiş ümumi məqsədinə çatmağına töhfə verəcəkdir. Məsləhət xidməti GIZ və DQMK tərəfindən təmin ediləcək ilkin tələblərə əsasən qısa videoların hazırlanması üçün yaradıcı ideyalarla təmin etməlidir. Arzuolunan format işə başlamazdan öncə GIZ, DQMK və şirkət arasında müzakirə olunaraq razılaşdırılacaq.


Video roliklərin hazırlanması/istehsalı üçün şirkətin ideyalarını qəbul etdikdən və son razılığa gəldikdən sonra layihə videoların məzmunu kimi istifadə edilməsi məqsədilə ssenarilər və digər lazımi mənbələri təmin edəcək. Bu ssenariləri bədiilik baxımından inkişaf etdirmək şirkətin məsuliyyətidir. Şirkətdən razılaşdırılmış ssenarilər əsasında 3-5 dəqiqəlik videolar canlandırmaq (animasiya) və səsləndirmək tələb olunacaq. Nəticədə, şirkət layihə tərəfindən təmin olunan materiallar üçün 15-ə yaxın qısa video roliklər hazırlayacaq.
Hər şeydən öncə, şirkətdən GIZ və DQMK ilə sıx əməkdaşlığa əsaslanan effektiv iş planı hazırlamaq tələb olunacaq. Şirkətdən proses müddətində baş verən dəyişikliklərlə ayaqlaşan və bu dəyişikliklərə uyğunlaşan məsləhətçi yanaşması tələb olunur.
Aşağıda qısa video roliklərin hazırlanması/istehsalı üçün tələblər göstərilmişdir:


  • İş planı və digər detallar barədə müzakirə və razılaşma aparmaq üçün GIZ və DQMK ilə başlanğıc görüşü.

  • Video hazırlanması/istehsalı üçün GIZ və DQMK-nı ən səmərəli ideyalarla təmin etmək

  • GIZ və DQMK tərəfindən irəli sürülmüş ilkin ssenari variantını bədii cəhətdən möhkəmləndirmək və üslub da daxil olmaqla son ssenari üzərində razılaşmaq

  • Razılaşdırılmış ssenarilər əsasında 3-5 dəqiqəlik videolar formatında canlandırma və səsləndirmə aparmaq, eyni zamanda digər bütün lazımi sənətkar işlərini aparmaq.

  • DQMK –nın brend kitabçasından müvafiq dizayn elementləri olan loqotip, basmaqəlib və qrafikləri əlavə etmək

  • Videoların ilkin variantını ilkin rəylərin bildirilməsi üçün təqdim etmək.

  • GIZ və DQMK tərəfindən bildirilmiş rəylərin yekun videolarda tam əks olunduğundan əmin olmaq.

  • Yekun videoların GIZ və DQMK tərəfindən təsdiq edilməsi məqsədiylə istifadə üçün ən rahat və etibarlı formatda təqdim olunması




  1. Gözlənilən nəticələr:

Tapşırığın nəticəsi aşağıdakı kimi olmalıdır:




  • Layihə materialları əsasında hazırlanmış 15-ə yaxın video rolikin yüksək keyfiyyət və etibarlı formatda təqdim olunmusı.



  1. Ümumi tələblər:




  • Video hazırlanması/istehsalı ilə bağlı görülmüş işlərin yazılı əsaslandırması


Hazırlanmış materiallar üçün tam müəllif hüquqları GIZ və DQMK-ya aid olacaqdır və məsləhət xidməti GIZ və DQMK-nın yazılı razılığı olmadan hazırlanmış materialların istifadəsinə və nəşrinə icazə verilmir.

Təklifinizə texniki və maliyyə təklifləriniz daxil olmalıdır. Texniki təklif aşağıdakılardan təşkil olunmalıdır:



  • Texniki Şərtlərdə təsvir edildiyi kimi tapşırıqlara necə yanaşacağınızla bağlı qısa təsvir/iş planı

  • Keçmişdə oxşar təcrübələrinizə dair təfsilatlı informasiya, video nümunələr və istinadlar (reference)



Yüklə 23,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin