Vacancy announcement



Yüklə 36,12 Kb.
tarix22.10.2017
ölçüsü36,12 Kb.
#9461

Təlim kurikulumu və köməkçi materialların hazırlanması məqsədilə Qısamüddətli Ekspert/Məsləhət xidmətinin göstərilməsi üçün Texniki Şərtlər – mövzu: Liderlik bacarıqları
Layihə: Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək

Layihə No. 05.3506.2-020.00

Liderlik bacarıqları mövzusu üzrə təlim kurikulumu və köməkçi materialların hazırlanması


  1. Layihə haqqında qısa məlumat

Aİ və Azərbaycan Respublikasının daxil olduğu Şərqi Avropa tərəfdaşları arasındakı əməkdaşlıq Aİ-nın xarici əlaqələrinin mühüm hissəsini təşkil edir. Aİ-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi məqsədilə əsas addım kimi gələcəkdə Assosiasiya Sazişinin (AS) imzalanması nəzərdə tutulmuşdur. Bu məqsədlə zəruri insan potensialının formalaşdırılması və institusional islahatlar Şərq Tərəfdaşlığının (ŞT) Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramı çərçivəsində həyata keçirilməkdədir. Xüsusilə, İnstitusional İslahat Planları (İİP) çərçivəsində, üç prioritet sahənin dəstəklənməsini nəzərdə tutan çoxillik proqramlar müəyyən edilmişdir.

Layihə İİP 3-ün ikinci əsas məqsədinin həyata keçirilməsinə yönəlmişdir. Layihənin məqsədi dövlət qulluqçuları üçün təlimlərin və dövlət qurumlarında peşəkarlığın artırılması funksiyalarının idarə və koordinasiya edilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) imkanlarını gücləndirmək, bununla da təlim strategiyasının və siyasətinin hazırlanmasına və həyata keçirilməsinə nail olmaqdır. Fəaliyyətin Lot 2 üzrə iki spesifik məqsədi (i) dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanmasının və onun icrasının dəstəklənməsi (monitorinq və qiymətləndirmə mexanizmləri, dövlət orqanlarının İnsan Resurslarının İdarəedilməsi (İRİ) / İnsan resurslarının İnkişafı (İRİ) bölmələrinin işçi heyəti üçün təlim), və (ii) dövlət orqanlarının Avropa standartlarına uyğunlaşması prosesini dəstəkləyən prioritet kəsişən sahələr üzrə standart təlim kurikulumlarının hazırlanmasına yardım göstərməklə DQMK-nın mütəmadi təlim keçmə potensialını gücləndirməkdir.

Bu layihə nəzərdə tutulan konkret məqsədlərə nail olmaq məqsədilə, benefisiarların ehtiyaclarını və çatışmazlıqlarını nəzərə alaraq, dəstək üçün ən müvafiq sahələr kimi üç əsas nəticə istiqaməti müəyyən edir::



  1. dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması və onun həyata keçirilməsi,

  2. Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim kurikulumlarının hazırlanması və təsdiqlənməsi,

  3. prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının hazırlanması

DQMK-nın birbaşa iştirakı ilə yerinə yetiriləcək yuxarıda göstərilmiş istiqamətlər onun təlimlərin təşkil edilməsi və həyata keçirilməsi sahəsindəki potensialını gücləndirəcək, eləcə də dövlət orqanları arasında dövlət qulluqçularının təlimi və peşəkarlığının artırılmasının davamlı idarəetməsi və koordinasiyası üçün lazımi baza ilə təmin edəcəkdir. Layihə 2013-cü ilin dekabr ayında başlamışdır və iki il müddətində həyata keçiriləcəkdir.


  1. Tapşırığın məqsədi və layihə hədəflərinə töhfəsi

Layihənin əsas nəticə istiqamətlərindən biri Aİ ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim kurikulumlarının hazırlanmasıdır. Hal-hazırda layihə çərçivəsində təlim ehtiyaclarının qiymətləndirilməsi (TEQ) üzrə sistematik metodologiya hazırlanmaqdadır. Bununla bağlı olaraq 2015-ci ilin əvvəlində ən azı bir dövlət orqanında pilot TEQ həyata keçiriləcəkdir.

Təsvir edilən fəaliyyət çərçivəsindəki təlimlər bütün dövlət orqanlarının təlim ehtiyaclarını əhatə edəcəyi üçün əsas prioritet Azərbaycan-Aİ razılaşmaları üzrə danışıqların aparılması və onların icrasında rolu olan hədəf qruplara xüsusi diqqət verməklə ümumi xarakterli təlim sahələrini əhatə etmək olacaqdır. İdarəetmə və insan resurslarının idarə edilməsi, etik davranış və korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu qanunvericiliyinin icrası və s. kimi mövzular təlim kurikulumlarının hazırlanması üçün əsas təlim sahələri arasındadır.

TEQ-nin nəticələri hazırki təlim tələbatlarının müəyyənləşdirilməsinə xidmət edəcəkdir ki, bu tələbatlar da DQMK və onun təlim mərkəzi tərəfindən qarşılanacaqdır. Bundan əlavə, Azərbaycanda dövlət qulluqçularının ehtiyac duyduqları digər təlim mövzuları artıq məlumdur və bu mövzularla bağlı müvafiq təlim materiallarının hazırlanmasına pilot TEQ başa çatmazdan öncə başlamaq olar. Həmin mövzular arasından ilkin olaraq müəyyən edilənlərə daxildir:


  • Komandanın qurulması və motivasiya

  • Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik

  • Vaxtın idarə edilməsi və iş bölgüsü

  • Yaşlıların təlimi sahəsində təlimçilər üçün əsas bacarıqlar / Təlimçilərin təlimi

  • Liderlik bacarıqları

Dövlət qulluqçularının əsas təlim tələbatlarına cavab verməklə, nəzərdə tutulan təlim kurikulumları dövlət qulluqçularının bilik və bacarıqlarını artıracaq və beləliklə, dövlət qulluğu sahəsindəki təlim sisteminin ümumi səmərəliliyini yüksəldəcəkdir.

Beləliklə, bu tapşırığın əsas məqsədi yuxarıda göstərilən təlim kurikulumu mövzularından biri olan “Liderlik bacarıqları” üzrə Azərbaycan Respublikası dövlət qulluğu sahəsində təlim kurikulumu və köməkçi materialların hazırlanmasıdır. Bundan əlavə, ekspert/məsləhət xidməti bu kurikulumun bir pilot layihə çərçivəsində həyata keçirilməsində təlimçi funksiyasını yerinə yetirəcəkdir.

Paralel olaraq, digər mövzularla bağlı təlim kurikulumları və köməkçi materiallar (Komandanın qurulması və Motivasiya, Danışıqlar və münaqişələrin idarə edilməsi/Vasitəçilik, Vaxtın idarə edilməsi və İş bölgüsü, Yaşlıların təlimi sahəsində təlimçilər üçün əsas bacarıqlar/Təlimçilərin təlimi) uyğun ekspertlər tərəfindən hazırlanacaqdır. Uyğun gəldikdə bir ekspert eyni zamanda bir neçə kurikulumun hazırlanmasına cəlb edilə bilər.

Gələcəkdə, bütöv təlim planı DQMK tərəfindən dövlət qulluqçuları üçün təqdim edilən zaman, tapşırığın icrasına cəlb edilmiş ekspert müvafiq potensiala sahib olduğu mövzular üzrə müntəzəm təlimçi kimi fəaliyyət göstərə bilər.



  1. Qısamüddətli ekspert/məsləhət xidmətinin yerinə yetirməli olduğu tapşırıqlar

Ekspert Almaniya Beynəlxalq Əməkdaşlıq (GIZ) təşkilatı və DQMK ilə əməkdaşlıq çərçivəsində göstərilən əsas iki tapşırığı yerinə yetirməklə yuxarıda göstərilmiş ümumi məqsədə töhfə verəcəkdir; (1) qeyd olunan əsas təlim mövzusu üzrə təlim kurikulumu və köməkçi materialları tərtib etmək və hazırlamaq və (2) qeyd olunan təlim mövzusu üzrə bir pilot təlim keçmək. Hər iki tapşırıq müştəri tərəfindən müəyyən edilən təlimatlara uyğun olaraq yerinə yetirilməlidir.

Standart kurikulum ən azı aşağıda göstərilmiş elementlərdən təşkil olunmalıdır (nümunələr/şablonlar müştəri tərəfindən təmin ediləcəkdir):

  • Xülasə

  • Təlim təlimatı/metodologiya

  • Təlimçilərin qeydləri / dərs planı (təlimin necə və hansı vasitələrlə həyata keçiriləcəyinin ətraflı təsviri) – burada həmçinin təlimin müddəti ilə bağlı ən azı iki seçənək qeyd olunmalıdır (məsələn, bir günlük və iki günlük təlim)

  • Təqdimatlar/Prezentasiyalar (“yaxşı” prezentasiyalar üçün meyarlar müştəri tərəfindən təyin ediləcək)

  • Çap materialları ilə təqdim olunan metodlar və məşğələlər (komanda işi və rol oyununun hər birisi üçün ən azı bir məşğələ)

  • Yerli kontekstə uyğunlaşdırılmış ən azı iki kazus/tapşırıq

  • Ümumi məlumat üçün mütaliə materialları

  • Əgər uyğundursa: öyrənmə səviyyəsini qiymətləndirmək məqsədilə təlimdən öncə və sonra tətbiq ediləcək test

Təlimlər müasir və interaktiv təlim kurikulumları şəklində tərtib edilməli və beynəlxalq standartlara cavab verə bilməlidir.

Qısamüddətli təlim kurslarının (1-3 gün) tərtibi zamanı dövlət qulluğunda çalışan kadrların iş yükü və vaxt məhdudiyyətləri nəzərə alınmalıdır. Bununla yanaşı, qısamüddətli təlimlər hədəf qrupların tələbatlarını tam şəkildə qarşılamaqla xüsusi praktik bilik və bacarıqların ən qısa zaman ərzində çatdırılması məqsədini daşımalıdır.



  1. Liderlik bacarıqları mövzusu üzrə təlim kurikulumu və köməkçi materiallar tərtib etmək və hazırlamaq:

  • DQMK və GIZ ilə birlikdə məqsədlərin nəzərdən keçirilməsi və ortaq yanaşma haqda razılığa gəlmək;

  • bütün materialların hazırlanması prosesində GIZ və DQMK ilə müntəzəm məlumat mübadiləsinin təmin edilməsi;

  • mövcud materialları (təlim vəsaitlərinin) nəzərdən keçirmək və onların istifadəyə yararlı hissələrini seçmək;

  • şəxsi təcrübə və bilikləri tətbiq etməklə müəyyən edilmiş təlim sahələri ilə bağlı öyrənmə prosesinin nəticələrinin müəyyənləşdirilməsinə töhfə vermək;

  • bütün proses boyunca digər ekspertlərlə effektiv koordinasiya və ünsiyyətin qurulması;

  • tövsiyə edilən təlim kurikulumunun hazırlanma standartlarını müəyyən edən müfəssəl iş planı hazırlayaraq təqdim etmək;

  • arzu olunan təlim günlərinin sayına əsasən təlim kurikulumunun effektiv şəkildə həyata keçirilməsi üçün təfsilatlı vaxt cədvəli hazırlamaq;

  • hazırlanacaq təlim kurikulumunun innovativ təlim yanaşmaları və interaktiv kommunikasiya metodlarından təşkil olunmasını təmin etmək;

  • rəy və təsdiq üçün təlim kurikulumu və köməkçi materialların ilkin paketini digər ekspertlərlə birlikdə DQMK və GIZ-ə təqdim etmək;

  • zəruri olduğu halda, ilkin paketi verilən rəylərə uyğunlaşdırmaq.




  1. Qeyd olunmuş təlim mövzusu üzrə bir pilot təlim hazırlamaq və onu keçmək:

  • Təlimi keçməyə hazırlaşmaq məqsədilə layihə çərçivəsində nəzərdə tutulan Təlimçilərin Təlimi tədbirində iştirak etməyə hazır olmaq;

  • mümkün olduğu halda, pilot təlimin iştirakçıları üçün təlimdən öncə və sonra test keçirmək və onların biliklərini dəyərləndirmək;

  • 2015-ci il ərzində bir pilot təlim keçmək;

  • hazırlanmış kurikulumla bağlı tövsiyə olunan düzəlişləri və təlimin keçirilməsi ilə bağlı digər məsələləri göstərməklə keçirilmiş təlim üzrə qısa, lakin müfəssəl hesabatın təqdim edilməsi;

  • kurikuluma razılaşdırılmış düzəlişlərin edilməsi.



  1. Liderlik bacarıqları mövzusu üzrə təlim prosesinin məqsədləri

Öyrənmə prosesi ilə bağlı aşağıda göstərilmiş hədəf və məqsədlər təlim tərəfindən təmin edilməlidir:



  • Liderlərin öhdəlikləri barədə daha yaxşı anlayışa sahib olmaq

  • Əsas liderlik bacarıqları, xarakter və tərzlərinin müəyyənləşdirilməsi və müzakirə edilməsi

  • Liderlik və idarəetmə arasındakı fərqin öyrənilməsi

  • Səmərəli, effektiv və motivasiyalı komanda yaratmaq və davam etdirmək

  • Komandanın fəaliyyətinin idarə edilməsi üçün şəxsi texnika və bacarıqların gücləndirilməsi

Yuxarıda göstərilən tapşırıqlara əlavə olaraq, ekspert hazırlanmış təlim kurikulumunun aşağıdakıları cavab verdiyindən əmin olmalıdır;

  • öyrənmə prosesinin fəal iştirak, motivasiya və rəylərin verilməsi mexanizmi, fərdi yanaşma, ardıcıllıq və strukturlaşdırma, bilik və bacarıqların effektiv ötürülməsi kimi əsas prinsiplərini əks etdirmək;

  • iştirakçıların tələbatlarını ödəmək;

  • slayd-şoular, şəkillər, videolar və s. kimi multimedia vasitələrini tətbiq etmək;

  • anlaşılması və izlənməsi asan olan nizamlı, sadə və cəlbedici məzmundan təşkil olunmaq;

  • debatlar, sual-cavab və beyin həmləsi sessiyaları, kazuslar, sorğular, rol oyunları, eləcə də yarış xarakterli, fərdi və qrup fəaliyyətləri vasitəsilə təlim iştirakçıları ilə interaktiv ünsiyyətin təmin edilməsi;

  • interaktiv-müstəqil-təlimatçı əsaslı təlim yanaşmaları arasında balans;

  • keçirilmiş təlimlərin effektivliyini müəyyənləşdirmək və təlim kurikulumunu təkmilləşdirmək məqsədilə təlim öncəsi və sonrası qiymətləndirmə metodlarının tətbiq edilməsi.




  1. Gözlənilən nəticələr:

Tapşırığın nəticəsi aşağıdakı kimi olmalıdır:

  • Liderlik bacarıqları mövzusu üzrə elanın 3-cü bölməsində göstərilmiş standart təlim kurikulumu elementləri ilə uyğun olan təlim kurikulumu paketi hazırlanmış və təqdim edilmişdir;

  • 2015-ci il ərzində bir qrup dövlət qulluqçusu üçün pilot təlim keçirilmişdir.


Hazırlanmış materiallar üçün tam müəllif hüquqları GIZ və DQMK-ya aid olacaqdır və ekspertin GIZ və DQMK-nın yazılı razılığı olmadan hazırlanmış materiallarla təlim keçməsinə icazə verilmir.


  1. Tələblər

  • Müvafiq sahədə universitet dərəcəsi, kurikulum hazırlanmasında ixtisaslaşma arzu olunandır

  • 5 illik müvafiq peşəkar təcrübə

  • Təlim modulu kurikulumlarının və köməkçi materialların hazırlanması təcrübəsinin yazılı sübutu

  • Təlim keçmə təcrübəsinin yazılı sübutu

  • Azərbaycan dilindən səlis istifadə

  • İngilis dilində yazılı/şifahi səlisliyin olması üstünlükdür




  1. Təmin ediləcək xidmətlərin məkanı

Azərbaycan

Xahiş edirik təklifinizi 15 fevral 2015-ci il tarixindən gec olmayaraq bizə göndərin. Təklifinizə texniki və maliyyə təklifləriniz daxil olmalıdır. Texniki təklif aşağıdakılardan təşkil olunmalıdır

  • Keçmişdə kurikulum hazırlanması və təlim keçmə ilə bağlı təcrübələrinizə dair təfsilatlı informasiya və istinadlar (reference)

  • Texniki Şərtlərdə təsvir edildiyi kimi tapşırıqlara necə yanaşacağınızla bağlı qısa təsvir/iş planı


Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş və qapalı zərflərdə poçt vasitəsi ilə GIZ ofisi, Nizami 22, 5-ci mərtəbə, AZ 1001 Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki təklif, yəni CV, ekspert/şirkətlərin əvvəlki oşxar layihələrdə iştirakını təsdiq edən referensləri və elan olunmuş tender üzrə iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir.
Yüklə 36,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin