Motivasiya, problemin qoyulması
Dərsin bu mərhələsində şagirdlərə təqdim olunmuş iş vərəqlərində göstərilən mövzunun araşdırılmasını təmin edən tədqiqat sualları əsasında “istənilən bəsit və mürəkkəb maddələrin eyni növ və müxtəlif növ atomlardan əmələ gəlməsinin mənası nədən ibarətdir? sualının cavablandırılmasıdır.
Tədqiqatın aparılması
Bu mərhələdə hər bir kiçik qrupa cəlb edilmiş şagirdlərdən tədqiqat sualları ətrafında dərslikdən istifadə etməklə cavabların hazırlanması tapşırılır.
Qrup şəkilində təlim “ müəllim-şagird”dialoqundan imtina edilməsini və “müəllim-qrup-şagird”üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur.Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir, hər bir şagirdə öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir, şagirdlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların mövcudluğunu göstərir, yoldaşlarının bilik və bacarıqlarını qiymətləndirməsi üçün əlverişli şərait yaradır.
Dostları ilə paylaş: |