Valentlik”anlayişinin tədrisi təCRÜBƏsində Mürşüd Fərəcov Dossent Kəmalə Quluyeva


HClO4= 4xII (2)=8-1=7 H Cl O4 4



Yüklə 118 Kb.
səhifə9/12
tarix10.01.2022
ölçüsü118 Kb.
#108014
1   ...   4   5   6   7   8   9   10   11   12
3. HClO4= 4xII (2)=8-1=7 H Cl O4

4. 3 Fe2O3 - 3 (əmsal ) ferrium-2-O-3

Digər qrupun sualları da göstərilən qaydada cavablandırılır

Müəllim şagirdlərin valentlik haqqında əldə etdikləri məlumatlara əsaslanaraq belə bir sualla onlara müraciət edir: Aşağıda göstərilən tabloda nə üçün xlora bir hidrogen, oksigenə iki hidrogen, azota üç hidrogen, karbon atomuna isə dörd hidrogen atomu birləşmişdir

Şagirdlər kimyəvi elementlərin bir qrupunun sabit, digər qrupunun dəyişkən valentli olmasını,valentliyə görə formulun tərtib edilməsini, formula əsasən elementin valetliyinin təyin edilməsini qeyd edə bilirlər, lakin sualın cavabını söyləməkdə çətinlik çəkirlər. Bunu nəzərə alaraq müəllim şagirdlərin fizikadan “ kainatda obyektlərin əlaqəli sistemləri” haqqında məlumatlarını yada salır. Bu mövzuda şagirdlər atomların müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb sistem olmasını, hər bir neytral atomun özündən elektron veməsini, beləliklə atomun müsbət yüklənməsini, əksinə elektroneytral halda olan atom özünə elektron qəbul edərsə mənfi yüklənməsini bilirsiniz.Beləliklə atomun elektron itirməsi və elektron qəbul etməsi müsbət və mənfi yüklü ionların əmələ gəlməsinə səbəb olur.Bunu siz həmən mövzuda verilən hidrogenin, heliumun, litiumun atom və ion quruluşlarında da görə bilərsiniz. Bu məlumatlara əsaslanaraq qeyd etmək olarki hər bir bəsit və mürəkkəb maddənin atomlardan əmələ gəlməsinə səbəb atomların elektronlarının yerdəyişməsi hesabına əmələ gələn cazibə qüvvəsinin yaranmasından asılıdır. Aşağıdakı formullarda hidrogen atomunun bir elektronu biləşdiyi atomların elektronlarına birləşir. Bununla atomlardan molekul əmələ gəlir. Buna görə də valentlik sözünün mənası da birləşdirici qüvvə deməkdir. Bu da atomun nüvəsi ətrafında yerləşən elektronların digər atomlar tərəfindən cəlb olunmasından asılıdır

Şagirdlərin dərsin gedişində əldə etmiş olduqları bilik və bacarıqlarını müəyyənləşdirmək üçün məzmun xəttini reallaşdıran məzmun standartlarına əsaslanaraq aşağıdakı məzmunda hazırlanmış qiymətləndirmə standartının köməkliyi ilə yoxlamaq olar.
Maddə və maddi aləm məzmun xətti


Məzmun standartları

Qiymətləndirmə standartları

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

K. VII 1.2. QS-2 Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlarının qiymətləndirilməsi sxemi

1.2.2.İlk kimyəvi anlayışlar və onların əlaqələrini şərh edir.

1.2.2. QS-4 Mürəkkəb maddələrin formullarını elementlərin valentliyinə əsasən tərtib edə bilirlər.




1.2.2. QS-3. maddənin kimyəvi formuluna əsasən onun tərkibində olan elementlərin valentliklərini təyin edə bilirlər.




1.2.2. QS-2. İki və altı valentli kükürdün oksigenli birləşməsinin formulunu tərtib edə bilir.




1.2.2 . QS-1. NH3, Fe2O3, və P2O5 formullarında elementlərin valentliyini təyin edə bilir.

Cədvəlin sol tərəfində verilən 1.2- kimya fənn kurikulumunda verilən 1-birinci məzmun xətti, 2- isə ikinci əsas standartdır. 1.2.2 burada isə axırıncı 2 ikinci alt standartıdır. Demək qiymətləndirmə standartında əsas standarta aid olan alt standartın əsasında müəyyən edilmiş mövzunun necə mənimsənilməsi qiymətləndirilməlidir.

Cədvəldə dörd səviyyədə hazırlanmış sualların cavabı müəllim tərəfindən qiymətləndirilir.

Dərsin sonunda aşağıdakı suallardan variantlar təşkil etməklə istifadə etmək olar.

1.Aşağıdakı birləşmələrdə elementlərin oksigenə görə valentliklərini təyin edin.

P2O5, NO2, N2O5, MnO2, SO3, CO

2. Natrium-oksid, xrom-3 oksid, xrom-6 oksid, kükürd-4 oksid, mis-1 oksid, alüminium oksid birləşmələrinin formulunu tərtib edin

3.Valentliyi I,II,III olan elementləri müəyyən edin.

H, Li, Na, K, F, O, Be, Al, Mg, Ca, Ba, Na, K Zn, Hg, B,

4.Aşağıdakı elementlərin mümkün olan valentliklərini göstərin.

Pb, S, Cr, P, Fe, Ni, Mn, Cl, N

Evə tapşırıq olaraq aşağıdakı çalışmaların yerinə yetirilməsi məsləhət bilinir.

1.Na, Mg və B elementlərinin oksigenli birləşmələrinin formulunu tərtib edin.

2. HClO4 formulunda xlorun, H2SO3 formulunda kükürdün valentliyini təyin edin.

3. üç valentli fosforun hidrogenli və oksigenli birləşməsinin formulunu yazın.

Dərsin sonunda şagirdlərin fəaliyyəti aşağıdakı cədvəl əsasına qiymətləndirilir.


Qrup işinin qiymətləndirilməsi üçün meyar cədvəlinin nümunəsi.


Qrup

Tapşırıq tam və uyğun yerinə yetirilib

Bir-birini dinləmə

əməkdaşlıq

əlavələr (suallar cavablar)

Tərtibat

Vaxtında

yerinə yetirilib



I



















II



















III



















IV






















Yüklə 118 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin