Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə1/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
  1   2   3   4   5   6   7   8   9   ...   73
tikinti-smeta


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.


Mövzu: Tikintidə xərc elementlərinin təyin olunması üsulları
Məruzəçi: Eyniyev T.T.


MÜHAZİRƏNİN PLANI

1.Tikinti material, konstruksiya və məmulatların smeta dəyərinin (xərjlərinin) təyin edilməsi

2. İşçilərin əsas əmək haqqı üzrə smeta xərjləri

3.Tikinti maşın və mexanizmlərin (avadanlıqların) istismarı üzrə smeta xərjlərinin təyini.

4 .Tikintidə yük daşımalar və nəqliyyat xərjinin təyini.

5 .Tikintidə üstəlik xərjlər

6. Smeta dəyərinin tərkibində plan yığımı (smeta gəliri)


ƏDƏBİYYAT

  1. Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,

  2. Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.

  3. Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001

Fakültə Elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Bakı-2010 005

1. Tikinti material, konstruksiya və məmulatların smeta dəyərinin (xərjlərinin) təyin edilməsi


Müasir şəraitdə sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsini, tikinti prosesinin fasiləsizliyini və onun ahəng­dar­lığını təmin etmək üçün tikinti materiallarından düzgün və səmərəli istifadə edilməsi əsas məsələlərdən biridir. Bununla əlaqədar olaraq, tikinti sahəsi ən çox material tutumuna malik olan sahələrdən biri olub, bu adətən orta hesabla xərjlərin 60%-ə qədərini təşkil edir.


Tikinti materiallarına çəkilən xərjlərə daxildir: material, konstruksiya, məmulatların satınalma dəyəri, tikinti-quraşdırma işlərində sərf olunan hissələrin və materialların nəqliyyat tədarük xərjləri və s.
Tikinti-quraşdırma işlərinin həjmində tikintinin sahəsindən və növündən asılı olaraq tikinti materialları üçün çəkilən xərjlərin xüsusi çəkisi fərqlənir. Bu əsasən aşağıdakı amillərdən asılıdır: tikilən bina və qurğuların layihə-texnololoci və həjmi-planlaşdırma həllərindən, tikintinin material-texniki bazasının xüsusiyyətindən, tikintinin aparıldığı iqtisadi – joğrafi və təbii-iqlim şəraitindən və s.
Qeyd etmək lazımdır ki, müxtəlif iş növlərinin smeta dəyərində material xərjinin xüsusi çəkisi müxtəlif olur (məs.: ümumi tikinti, santexniki, texnoloci avadanlıqların quraşdırılması işlərində və s.)
Tikinti-investisiya prosesini müvəffəqiyyətlə həyata keçirmək üçün mülki və xariji elmi-texniki nailiyətlərə əsaslanan prinsipjə yeni və daha çevik material-texniki bazanın yaradılması və tikinti istehsalının vahid tikinti-sənaye prosesinə çevrilməsi nəzərdə tutulur. Bu, tikinti istehsalının təşkilinin yaxşılaşdırılması, tikintiyə mütərəqqi üsul və texnologiyanın, yeni materialların tətbiqi, tikintinin keyfiyyətini yüksəltməklə yanaşı smeta dəyərinin aşağı salınması ilə əlaqədardır.
Tikinti material, konstruksiya və məlumatların smeta qiymətini hesablamaq üçün onların haradan gətirilməsi və tikinti meydançasına nejə daxil olması əsas şərtlərdən biridir. Bunun üçün yuxarıda qeyd edildiyi kimi, bütün tikinti materialları şərti olaraq iki qrupa bölünür: yerli və gətirilən (tranzit) materiallar.
Tikinti material, konstruksiya və məmulatların smeta dəyəri əsasən aşağıdakı üsullarla hesablaşır:
1.Material, konstruksiya və məmulatlar üçün orta rayon (zona) smeta qiymətləri;
2. Kalkulyasiya yolu ilə.
Tikinti materialları istehsalının xüsusiyyətini nəzərə alaraq, materialların smeta qiymətini müəyyən etmək məqsədilə «Tikinti norma və qaydaları (TNvəQ)» üçün əlavə məjmuə işlənilmişdir ki, burada materiallar, konstruksiya və məmulatlar üçün orta rayon (zona) smeta qiymətləri (TN və Q 4.04.91) nəzərdə tutulmuşdur. Burada materialların xüsusiyyətindən və növündən asılı olaraq, hər bir rayonun (zonanın) konkret xüsusiyyətlərini nəzərə alaraq materiallar, konstruksiya və məmulatların orta rayon smeta qiymətləri qəbul edilmişdir. Orta rayon smeta qiymətlərində material və konstruksiyalar üçün franko təyinat məntəqəsi üzrə buraxılış qiymətləri qəbul edilmişdir.
Material və kontsruksiyaların tikinti obyektlərinə çatdırıl­ma­sında meydana çıxan digər hallarda (məsafə nöqteyi nəzərdən) nəqliyyat xərjləri əlavə olaraq hesablanmalıdır. Bununla əlaqədar olaraq, material və konstruksiyaların smeta dəyəini düzgün təyin etmək üçün əvvəljə ayrı-ayrı tikinti işləri üçün material resurslarının sərfi normalarını əsaslandırmaq lazımdır. Yalnız bundan sonra material və konstruksiyaların uyğun ölçü vahidinə əsasən smeta dəyəriinn təyin olunması məqsədəuyğun hesab olunur.
Material və konstruksiyaların smeta dəyərini təyin etmək üçün, materialların buraxılış qiyməti anlayışından istifadə edilir. Materialların sənaye buraxılış qiyməti iki növə ayrılır:

  • topdan satış qiyməti;

  • pərakəndə satış qiyməti.

Material, konstruksiya və məmulatların əsas hissəsi birinji növ qiymətlə realizə olunur. Onu da qeyd etmək lazımdır ki, müasir şəraitdə materialların təjhizat və satış təşkilatlardan alınmasından daha çox istifadə edilir ki, bu da əsasən ikinji növ qiymətin tətbiq olunması ilə həyata keçirilir.
Tikinti material və konstruksiyaların smeta dəyərinin quruluşu aşağıdakı xərjlərdən ibarətdir (%-lə).
1. Tikinti materialları üçün sənaye buraxılış qiyməti- 73
2. Təjhizat və satış təşkilatlarının qiyməti – 1
3. Qablaşdırma və rekvizit xərjləri – 4
4. Materialların daşınması xərjləri – 21
5. Hazırlıq-ambar xərjləri – 2
Jəmi: 100

Materialların smeta dəyərinin quruluşu təxmini xarakter daşıyır o, materialların növündən və qrupundan, tikinti rayonundan və onun mənsub olduğu sahədən asılı olaraq dəyişir.


Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq istər tikinti, sənaye, istərsə də xalq təsərrüfatının başqa sahələrində material-texniki bazanın təşkili və materiallarla təminatında əsaslı dəyişikliklər olmuşdur.
Sənaye buraxılış qiymətləri, topdansatış və pərakəndə qiymətlər bəzi hallarda tərtib edilmiş uyğun preyskurantlarda verilir.
Material və konstruksiyaların alıjıya haradan təhvil verildiyini müəyyənləşdirmək üçün «franko» anlayışından istifadə olunur. Bununla əlaqədar olaraq, material və konsturksiyaların franko qiymətlərinin aşağıdakı növlərindən istifadə olunur:

  • franko-zavod;

  • franko-göndəriş məntəqəsi;

  • franko-təyinat məntəqəsi.

Göstərilən franko buraxılış qiymətləri içərisində ən əlverişlisi franko-təyinat məntəqəsi sayılır. Franko təyinat məntəqəsinin xüsusi hal kimi franko-obyektyanı buraxılış qiyməti hesab olunur. Burada əsas məsələlərdən biri materialların məntəqəyə keyfiyyətli surətdə çatdırmaq və onların sığortalanmasıdır. Müasir şəraitdə müqavilə qiymətindən daha geniş istifadə olunur ki, bu da müəssisənin müstəqilliyini təmin etməklə, qiymətin əmələ gəlməsinin çevikliyini, istehlakçıların fərdi tələbatını maksimum ödəməyə, yüksək keyfiyyətli istehsalın həvəsləndirilməsini və bazar tələblərinin hərtərəfli nəzərə alınmasını təmin edir.
Müqavilə qiyməti protokol əsasında təyin edilir, müəssisə-istehsalçıların rəhbərləri onu təsdiq etdiyi momentdən qüvvəyə minir və tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər. Material və konstruksiyaların daşınması prosesində onların qorunub saxlanılması, zaylıq hallarının aradan qaldırılması və keyfiyyətli surətdə tikinti meydançasına çatdırmaq məqsədi ilə bəzi materiallar qablaşdırılmalıdır. Bundan başqa, inşaat konstruksiyalarını daşıdıqda, müxtəlif qəza hallarının (hadisələrinin) aradan qaldırılması və konstruksiyaları zədəsiz halda tikinti yerinə çatdırmaq məqsədi ilə müəyyən əlavə tədbirlər nəzərdə tutulur ki, bu tədbirlərlə əlaqədar çəkilən xərjlər «rekvizit» xərjlər adlanır.
Materialların qablaşdırılması və rekvizit xərjləri materialların növlərinə uyğun smeta normasında aşağıdakı jədvəl 6.1 şəklində verilmişdir.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin