Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə24/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   20   21   22   23   24   25   26   27   ...   73
tikinti-smeta

Jədvəl 8.1
Sənaye tikintisində investisiya dövrünün
orta müddəti, il



İnvestisiya dövrünün mərhələləri

Azərbayjan

Rusiya

ABŞ

1

Layihələndirmə (layihə, qabağı mərhələlər daxil edilməklə)

2,8-3,3

2,6-3

0,6-1

2

Tikinti (yenidənqurma, ge­nişləndirmə, yeni tikinti)

3,2-4,3

2,9-4,1

1,4-2

3

Potensial güjlərin istifadəyə verilməsi və mənimsənilməsi

1,3-2

1,1-1,8

-




Yekun

7,3-9,6

6,6-8,9

2-3

Tikintinin aparılma müddətindən asılı olaraq digər amillər layihə həlləri və smeta qiymətinin stabilliyinə təsir edir. Həmin amillərə aiddir: layihədə qabaqjadan nəzərdə tutulmuş tikinti şərtlərinin dəyişilməsi, yeni texniki şərtlərin, norma və qaydaların daxil edilməsi, layihə, axtarış və elmi-tədqiqat müəssisələrinin səhvləi, avadanlıqların qiymətlərinin enib-qalxması, onun ölçülərinin, çəkisinin və s. dəyişməsi.


Bütün bu göstərilən amillərin təsiri altında tikintinin smeta qiymti obyektiv olaraq əvvəljədən planlaşdırılmış səviyyədən kənarlaşır. Bu kənarlaşmanın nə qədər olması və onun smeta qiymətinin müəyyən edilməsində təsirinin müəyyənləşdirilməsində istifadə edilən smeta qiymətinin determinat metodları javab verməyə imkan vermir.
Bu metodlar hər hansı bir proses və ya hadisələrin müəyyən olunmuş dəqiq qiymətlərinə əsaslanır və onların ehtimal xarakterini nəzərə almır. Bunlarla yanaşı son illərdə etmi-texniki tərəqqinin təsiri altında tikintidə təşkilatı, texnoloci və iqtisadi məsələlər mürəkkəbləşmişdir. Tikinti sənayesində və layihələndirmədə funksional əlaqələr pozulmuşdur.
Bu proses nətijəsində layihələndirmə və smeta qiymətinin formalaşması obyektlərin tikintisində mürəkkəb ehtimal sistemlərə çevrilmişdir.
Qeyd etməliyik ki, bir sıra xariji ölkələrdə ehtimal xarakterinin nəzərə alınması ilə tikintinin smeta qiymətinin təyini probleminə jiddi fikir verilir. Məsələn, Amerika firması olan «Baxtel» firması, «Dəyər riskinin təhlili» adlı xüsusi metodika işləyib hazırlayıb. Bu metodika smeta qiymətinin düzgünük səviyyəsinin və obyekt tikintisi üçün firma müqaviləni imzaladıqda öz üzərinə götürdüyü risk dərəjəsinin təyin olunmasında tətbiq edilir. Orada ehtimalın müxtəlif səviyyələrində smeta qiymətinin dəyişmə sərhəddinin təyini nəzərə alınır. Təjrübədə tətbiq edilmək üçün «riskin təhlili» adlı qrafik hazırlanıb.
Qeyd etməliyik ki, keçmiş sovet alimlərindən V.S.Kulibanov istehsalın idarə edilməsi sisteminin etibarlılığı sistemini bütün funksiyalaşdırma vaxtı ərzində qənaətbəxş həllərin qəbulu qabiliyyəti kimi və ya vaxt keçdikjə inkişaf edən idarəetmə xüsusiyyətləri kimi təyin edir.
A.F.Şklyarov hesab edir ki, idarəetmə sistemi tikinti iistehsalı ehtimal xarakterini müəyyən edən bir sıra təsadüfi amillərin təsiri altında yerləşir. Bu amillərin təsiri ona gətirib çıxarır ki, istehsal proseslərinin hərəkəti əvvəljədən nəzərdə tutulmuş səviyyədən kənarlaşır. Onun fikrinjə belə şəraitində etibarlılıq probleminin həlli elə idarəetmə sisteminin təşkili qaydaları ilə nətijələnir ki, idarəetmənin əsas funksiyalarının yerinə yetirilməsini təmin edən tədbirlərin hazırlanma ehtimalı əldə edilir.
Ehtimal olunma xarakteri iqtisadi hadisələrə də şamil edilir və bu həm obyektiv (məsələn, təbii-iqlim, xariji siyasət və s.), həm də subyektiv çox saylı təsadüfi amillərin iqtisadiyyata təsirindən asılıdır. Bu amillərin zəruri dövlət ehtiyatlarının yaradılması yolu ilə əmək, material və maliyyə resursları planı və balanslarının işlənilməsində müəyyən dərəjədə nəzərə alınır.
Təsadüfi amillərin təsirinin öyrənilməsi sınaqları tikinti iqtisadiyyatının bir sıra sahələrində, məsələn material-texniki təjhizatda, material ehtiyatları normalarının hesablanmasında, tikinti maşın və mexanizmlərin ehtiyat hissələrəinin tədarükündə və planlaşdırılmasında böyük əhəmiyyətə malikdir. Tikinti smetalarında əvvəljədən nəzərdə tutulmayan işlərə və xərjlərə ehtiyat vəsaitləri nəzərdə tutulur.
Lakin bir çox hallarda bu və ya digər obyektin inşaasında meydana çıxan əlavə xərjlərin ödənilməsinə bunlar bəs etmir. Buna səbəb göstərilən ehtiyatların yuxarı ölçüsünün təyinində tikinti istehsalının ehtimal xarakteri, inşaatın gedişinə təsadüfü amillərin təsiri tam həjmdə nəzərə alınmadığı şəraitin mövjudluğudur.
Bununla yanaşı bu amillər tikinti istehsalına kompleks şəkildə təsir göstərir. Məsələ ondan ibarətdir ki, iqtisadiyyatın tədqiqinə statistiki yanaşmada istifadə etməklə iqtisadi hadisələrin dəyişkənliyinin nəzərə alınması proseslərin təsadüfü xarakteri, layihə göstərijilərinə müxtəlif amillərin təsir dərəjəsinin təyini və onların kənarlaşmalarının miqdarını təyin etməkdir. Əgər belə bir məsələ həll olunarsa, planlaşdırma və layihələndirmədə texniki-iqtisadi hesablamalarda tikinti istehsalının ehtimal xarakterini nəzərə almaq olar.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, tikinti istehsalına kapital qoyuluşu planı, material texniki təminat, müəssisə və obyektlərin tikintisinin smeta qiyməti, iş mərhələləri, buraxılış kompleksləri və s. kimi iqtisadi göstərijilərin etibarlılığı haqqında tam qanunauyğun şəkildə məsələnin qoyuluşu təqdim edilir.
Akademik Berq qeyd edir ki, etibarlılıq qarşılıqlı əlaqədə olan çox saylı amillərdən və təsadüfü kəmiyyətlərdən asılıdır və tipik statistiki parametrlərə malikdir. Buna görə də, etibarlılığın artırılmasına yönəldilmiş tədbirlər hər şeydən əvvəl onun amillərinə təsirlərin statistiki təhlilinə əsaslandırılmalıdır.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin