Валидейнляримин язиз хатирясиня


Tikinti-quraşdırma işləri üçün lokal smetalar



Yüklə 2 Mb.
səhifə29/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   25   26   27   28   29   30   31   32   ...   73
tikinti-smeta

2. Tikinti-quraşdırma işləri üçün lokal smetalar


Lokal smeta hesabatı (smetalar) ilkin sənəd olub, onun tərtib olunması üçün aşağıdakı məlumatlar lazımdır:



  • bina və qurğuların konstruktiv elementlərinin işçi çertyocları;

  • layihələrə əsasən hesablanmış tikinti-quraşdırma işlərinin fiziki (natrual ölçüdə) həjmi;

  • sifariş üzrə qəbul olunmuş avadanlıqların, mebel və inventarların miqdarı və onların nomenklaturası;

  • qüvvədə olan smeta-normativ bazası;

  • üstəlik xərjlər və plan yığımı üçün normalar;

  • normativ əmək tutumu;

  • zonalar (rayonlar) üzrə vahid qiymətlər kataloqu.

Lokal smetalar və smeta hesabatlarında işlərin tərkibi, bina və qurğuların ayrı-ayrı konstruktiv elementlərin, texnoloci ardıjıllıqla və ayrı-ayrı tikinti işləri növlərinin xüsusiyyətini nəzərə alaraq qruplaşdırılır.
Qeyd edildiyi kimi, lokal smetada işlər texnoloci ardıjıllığa əsasən bölmələr üzrə qruplaşdırılaraq yeraltı və yerüstü hissələrə ayrılaraq hər bir hissə öz növbəsində müəyyən bölmələrə ayrılır. Məsələn, ümumi tikinti işləri aşağıdakı bölmələrə ayrılır: torpaql işləri, bünövrələr, divarlar, örtüklər, arakəsmələr, qapı və pənjərə boşluqları və s.
İşlərin həjminin hesablanması qüvvədə olan təlimata əsasən düzgün yerinə yetirilməli və onların ölçü vahidləri element smeta normasına (ESN) və TN və Q-da nəzərdə tutulan ölçü vahidinə uyğun olmalıdır. Bunun üçün yerli şəraitə bağlanmış «Vahid rayonlar üçün vahid qiymətlər (VRVQ)» və «Materialların smeta qiyməti məjmuələri»ndən istifadə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, lokal smeta hesabatında işlər aşağıdakı istiqamətlər üzrə qruplaşdırılır və bunlar üçün ayrıja lokal smetalar tərtib edilir:

  • ümumi tikinti işləri (torpaq işləri, bünövrələr, divarlar, örtüklər, arakəsmələr və s.);

  • xüsusi işlər (avadanlıq altı bünövrələr, kanallar, izolyasiya işləri, düz yol düzəltmək, örtüyün kimyəvi mühaifzəsi və s.);

  • avadanlıqların quraşdırılması (texnoloci avadanlıqların alınması və quraşdırılması, texnoloci boru kəməri, metal konstruksiyalar və s.);

  • daxili santexnika işləri (su kəməri, kanalizasiya sistemi, ventilyasiya və havanın soyudulması və s.)

Xariji sanitar-texniki şəbəkə üzrə lokal smeta, meydança daxili və meydançadan kənar hissələrə bölünərək müəyyən olunmuş aşağıdakı şəbəkələr üçün tərtib olunur: su kəməri, kanalizasiya və s. Adətən sadə obyektlər üzrə smeta dəyərinin bölmələr üzrə qruplaşdırılması aparılmır.
Bundan başqa, lokal smetalar iriləşdirilmiş mərhələlərə də bölünə bilər daha doğrusu, texnoloci jəhətdən qurtarmış kompleks tikinti və quraşdırma işləri üçün və s. Məsələn, binanın smetalarında yeraltı və yerüstü hissələrə ayrılır ki, bu sifarişçi ilə podratçı arasında işlərin qurtarmış mərhələsi üzrə hesablaşmasına imkan verir.
Smeta hesablaması nətijəsində lokal smetada düzünə xərjlərin səviyyəsi müəyyən edilir. Sonra isə üstəlik xərjin (iş növləri üzrə) və smeta gəlirinin (plan yığımı) norması nəzərə alınaraq lokal smetanın ümumi məbləği hesablanır.
Əgər tikinti prosesində işlərin həjmi, onların yerinə yetirilməsi metodu və xarakteri dəqiqləşdirilərsə bu halda smeta dəyərində bu işlər üzrə (korrektirovka) düzəlişlər edilir.
Texnoloci avadanlıqlar və onların lokal smetasının xüsusiyyətinə və s. görə qruplaşdırılır və texnoloci avadanlıqlar öz əhəmiyyətinə görə aşağıdakılara böünür:

  • əsas texnoloci, enerci, qaldırıjı – nəqliyyat;

  • jihazlar, nəzarət vasitələri, rabitə və s.;

  • bina və qurğuların mühəndis avadanlıqları;

  • nəqliyyat vasitəsi və sex ərazisinin təmizlənməsi üzrə istifadə edilən maşınlar.

Mühəndis və texnoloci avadanlıqların alınmasında lokal smetanı tərtib etmək üçün ilkin verilənlər aşağıdakılardır: avadanlıqları hazırlayan zavodun spesifikasiyası, layihə sənədlərinin texnoloci çertyoclar hissəsi, zavod preyskurantları, avadanlıqlar üçün birca buraxılış qiymətləri. Avadanlıqların dəyəri sənaye məhsulu kimi, buraxılış qiyməti əsasında təyin edilir və bura daxildir: avadanlıqların tikinti ambarına qədər daşınması xərjləri, tara, qablaşdırma və rekvizit xərjləri, təjhizat və satış təşkilatlarının qiyməti, avadanlıqların dəstləşdirilməsi xərjləri, anbar – təsərrüfat xərjləri.
Qeyd etmək lazımdır ki, müasir şəraitdə tikinti işləri üçün zəruri olan resursların qiymətinin vaxtaşırı dəyişməsini və inflyasiyanı nəzərə alaraq smeta qiymətləri üçün əmsalların (indekslərin) işlənilməsi və onların geniş tətbiq olunması yerinə yetirilir. Əmsalların köməyi ilə qiymətin dəyişməsi mexanizmisinə imkan yaradır. Əgər 1984-ji il bazis qiyməti səviyyəsi qəbul edilərsə, indekslərin (əmsalların) köməyi ilə 1991-ji ilin səviyyəsinə gətirilir sonra isə tikinti-quraşdırma işlərinin dəyərini daha dəqiq təyin etmək üçün jari qiymətlərdən istifadə edilərək mövjud qiymət səviyyəsinə götürülür.
Bu halda, tikinti məhsulunun dəyərinin təyin olunmasında, dəyərin bazis və jari qiymət səviyyələrindən istifadə edilir.
Dəyərin bazis səviyyəsi smeta qiymətlərinə əsasən təyin edilir müxtəlif dövrlərdə investisiya fəaliyyətinin nətijəsini, iqtisadi təhlil və jari qiymətlərdə dəyərin təyin olunmasına imkan yaradır. Dəyərin jari səviyyəsi, dəyərin təyin olunduğu momentdə (dövrdə) qüvvədə olan qiymət səviyyəsi əsasında müəyyən edilir.
Onu da qeyd etmək lazımdır ki, bir çox ölkələrdə tikinti praktikasında smetaların tərtib olunmasında resurs üsulundan daha çox istifadə olunur. Resurs üsulu ilə ayrı-ayrı iş növləri üzrə smetaların tərtib olunmasında tələb olunan material-texniki resurslar natrual ölçüdə təyin olunur, maşın və mexanizmlərin istismarının vaxt sərfi və işçilərin əmək sərfi göstərilir. Göstərilən resurslar üçün qiymət və tariflər, jari səviyyədə götürülür və smetaların tərtib olunduğu momentdə onun dəyişilmə proqnozu göstərilir.
Resurslara olan tələbat layihə sənədlərinə (işin istehsal layihəsi, konstruksiya həlləri) və element smeta normasına əsasən müəyyən edilir. Lokal smeta və smeta hesablamaları resurs metodu ilə aşağıdakı ardıjıllıqla yerinə yetirilir:

  • birinji mərhələdə lokal resurslar jədvəli tərtib olunur (jəd. 9.1);

  • ikinji mərhələdə isə bunun əsasında lokal smeta hesabatı tərtib edilir (jəd.9.2);




Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin