Валидейнляримин язиз хатирясиня


Layihə-smeta sənədlərinin ekspertizası, təsdiqi və yerinə yetirilmiş işlərə görə hesablaşmalar



Yüklə 2 Mb.
səhifə39/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   35   36   37   38   39   40   41   42   ...   73
tikinti-smeta

6. Layihə-smeta sənədlərinin ekspertizası, təsdiqi və yerinə yetirilmiş işlərə görə hesablaşmalar.


Tikintidə sahibkarlığın inkişafı ilə əlaqədar olaraq obyektlərin vaxtında və bazar tələbini ödəyən keyfiyyətdə istifadəyə verilməsi mühüm şərtlərdən biridir.
«Müasir şəraitdə müəssisə, bina və qurğuların tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi haqqında (TN və Q 11.01.95)» təlimata uyğun olaraq smeta sənədləri istehsal məqsədli müəssisə, bina və qurğuların, həmçinin mənzil-mülki məqsədli obyektlərin tikintisinə aid layihələrin tərkib hissəsi olub, layihədə ayrıja fəsil şəklində göstərilir. Bu təlimata uyğun olaraq, smeta sənədləri dövlət ekspetizasından keçməli və maliyyələşmə mənbəyindən, mülkiyyət formasından və layihənin aidiyyatından asılı olmayaraq, layihə-smeta tərkibində Azərbayjan Respublikasında qəbul edilmiş qayda üzrə təsdiq olunmalıdır. Qeyd etmək lazımdır ki, layihə işlərini yerinə yetirmək üçün layihə təşkilatı ilə sifarişçi müqavilədə hər iki tərəfin rekvizitləri, müqavilənin təsir müddəti, müqavilə qiyməti, hər iki tərəfin məsuliyyəti göstərilir. Tərəflərin razılığı ilə müqaviləyə aşağıdakılar əlavə olunur: texniki tapşırıq, işin təqvim planı, müqavilə qiyməti üzrə razılıq protokolu, layihə-işlərinin təhvil-təslim aktı.
Sifarişçinin hüququna əsasən aşağıdakılar daxil edilir: Şəhərin baş planının sxemi, şəhər tikintisinin planlaşdırılması, memarlıq görünüşün saxlanılması, əsaslı vəsaitin iqtisadi səmərəliliyindən maksimum istifadə olunması, tikintinin mütərəqqi üsulla təşkili və fasiləsiz planlaşdırmanın tətbiqi, layihə axtarış işləri üçün vəsait və s.
Bunula əlaqədar olaraq tikinti prosesində yerinə yetirilmiş işlərin qəbulu qaydası və onun vaxtı, podrad müqaviləyə (kontrakda) əsasən müəyyən olunur. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsi üzrə hesablaşmış konstruktiv elementlər (bu elementlərin texniki hazırlığının faizinə görə), müqaviləyə əsasən ayrıja mərhələ və ya bütün işlər qurtardıqdan sonra o jümlədən açarla təhvil verdikdən sonra ola bilər.
Azərbayjan Republikasında, bina və qurğuların tikintisinə, müəssisənin yenidən qurulmasına, genişləndirilməsinə və texniki səviyyənin yüksəldilməsinə və investisiyanın əsaslandırılması üzrə şəhərsalma sənədlərin maliyyələşmə tələblərindən, mülkiyyət forasından və kimə mənsub olmasından asılı olmayaraq təsdiq olunana qədər Azərbayjan Dövlət Tikinti və Memarlıq Komitəsi (Respublika Baş ekspertiza) və xüsusi səlahiyyələr verilən orqanlar tərəfindən dövlət ekspertizasından keçməlidir.
Smeta sənədləri dövlət ekspertiziyasından keçməlidir. Bundan sonra tikintinin layihələri tərkibinə təsdiq edilir.
Smeta sənədlərinin ekspertiziyası qüvvədə olan şəhərsalma sənədləri və tikintinin layihələri üzrə dövlət ekspertiziyasının aparılması qaydalarına əsasən yerinə yetirilir və sonrakı dövlətlərdə olan əlavə və dəyişikliklər nəzərə alınır. Layihə – smeta sənədlərinin qəbul edilməsində sifarişçinin iştirakı ilə aşağıdakılar yoxlanılır:

  • gələjəkdə tikiləjək obyektin adı və podrat işlərin həjmi;

  • layihə – smeta sənədlərin tam kompleksdə (dəst) olması (bütün bölmələri üzrə ) ;

  • layihələndirmə üzrə əsasnamələrin olması;

  • baş podrat tikinti təşkilatının ayrı-ayrı sahələrdə iştirakı;

  • tikintinin təşkili və işçi layihələrin tərtibi üzrə məlumatlar;

  • ümumi izahat vərəqi (elektrik, su, kanalizasiya xətti üzrə razılaşmalar);

Həmçinin, layihənin (işçi layihəsi) tərkibində aşağıdakılar yoxlanılır;

  • konstruksiya həllərinin keyfiyyəti və tikintinin təşkili layihəsi üzrə bölmələrin tam olması;

  • tikinti meydançasının ayrılması barədə məlumat;

  • tikintinin smeta dəyərini əsaslandırmaq üçün materialların, çertyoclarını və smeta normasının olması;

Bununla əlaqədar olaraq, layihə – smeta sənədlər kompleksinin tərkibində aşağıdakılar olmalıdır:

  • tikinti – quraşdırma işləri üçün vahid qiymətlər:

  • xərjlər və hesabatlar üçün əsaslanmış mənbəələl (yekun smetada § 1 – tikinti ərazisinin hazırlanması; § 8- müvəqqəti bina və qurğular; § 9 – sair xərjlər və işlər);

Həmçinin tikintinin təşkili layihəsi bölməsi üzrə razılaşmada aşağıdakılara fikir verilməsi zəruri sayılır:

  • tikinti-quraşdırma işçilərinin həjminin hesabat jədvəli;

  • tikintinin baş planı;

  • kompleks iriləşdirilmiş şəbəkə qrafiki ;

  • bina və qurğuların tikintisinin təşkilatı – texnoloci sxemi;

  • tikinti materiallarına və maşınlara olan tələbat;

  • kadrlara olan tələbatın əsaslandırılması ;

  • elektrik enercisi, suya, buxara, qaza olan tələbatın əsaslandırılması;

Onu da qeyd etmək lazımdır ki, ən mühüm obyektlərin layihələrini Nazirlər Kabineti təsdiq edir. Bununla əlaqədar olaraq, bəzi obyektlərin layihələrinin dəyərindən asılı olaraq, həmin obyektləri tikən sahibkarlar (investorlar) və tikintinin təşkilatları, layihələrin səlahiyyətli orqanlarının ekspertiziyasından keçirdikdən sonra Bakı şəhər İjra Hakimiyyəti tərəfindən razılaşdırılır və təsdiq edilir.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin