Валидейнляримин язиз хатирясиня


İşçilərin əsas əmək haqqı üzrə smeta xərjləri



Yüklə 2 Mb.
səhifə4/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   2   3   4   5   6   7   8   9   ...   73
tikinti-smeta

2. İşçilərin əsas əmək haqqı üzrə smeta xərjləri


Müasir şəaitdə, başqa sahələrdə olduğu kimi, tikinti sahəsində də əmək haqqının təşkili və onun ödənilməsi sahəsində böyük dəyəişikliklər olmuşdur. Bu əsasən muzdla toplanan işçilər və işə götürənlə işçi arasındakı müqavilə ilə sıx əlaqədardır. Qeyd etmək lazımdır ki, əmək haqqının təşkilində əsas yeri tarif sistemi tutur. Tarif sistemi əsasında əmək haqqının kəmiyyəti müəyyən edilir, əməyin mürəkkəbliyindən, xarakterindən və iş şəraitindən asılı olaraq onun dərəjələrə ayrılması həyata keçirilir. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, az olmayaraq ödənilir.


Ümumiyyətlə, əmək haqqı qüvvədə olan (normativ) qanunevrijiliklə və əmək məjəlləsi ilə tənzim olunur. Tikintidə, işçilərin əsas əmək haqqı üzrə smeta xərjlərini təyin etmək üçün normativ kimi əsas (baza) TN və Q IV hissədə tikinti işləri və konstruktiv elementlərə görə verilmiş əmək sərfi (ad-saat) və əmək haqqı üçün vəsait götürülür (man).
Əmək sərfinin miqdarı smeta normalarında işin tərkibi göstərilməklə hər hansı bir proses və əməliyyatların yerinə yetirilməsinə, mateialların obyektyanı ambardan onun yerinə qoyulmasına, nəql olunmasına sərf olunan vaxt nəzərdə tutulur.
İşçilərin əmək haqqı üçün vəsait saatlıq (gündəlik) tarif maaşlarına və əmək sərfi normasına əsasən, əmək haqqı üzrə rayon əmsalı vahidə bərabər olan yerlərdə aparılan tikinti işləri üçün nəzərdə tutulur. Bəzi yerlərdə əmək haqqını qaldıran (artıran) rayon və digər əmsalları nəzərə alınmaqla, onlar smeta dəyərində nəzərdə tutulur.
Onu da qeyd etmək lazımdır ki, tarif maaşında aşağıdakı əmək şəraiti nəzərə alınır.

  • normal əmək şəraitindəki işlər üçün;

  • ağır və zərərli əmək şəraitindəki işlər üçün;

  • xüsusilə ağır və daha zəhərli əmək şəraitindəki işlər üçün;

Bununla əlaqədar olaraq TN və Q IV – smeta normasında işçilərin əmək haqqı üzrə əlavələr nəzərdə tutulmur və bunlara aşağıdakılar daxildir:

  • susuz, səhra və yüksək dağ yerlərində aparılan işlər üçün əmək haqqı üzrə müəyyən edilmiş əmsallar;

  • mövjud müəssisələrdə aparılan işlər üzrə, işçilərin əmək haqqı üzrə düzəlmiş əmsalları;

  • işçilərin akkord sistemi ilə əmək haqqının ödənilməsi.

Belə halda, xərjlər tikintinin təşkili layihəsinə (TTL) və podratçının məlumatlarına əsaslanaraq ayrıja hesablanır və tikintinin yekun smeta hesabatının sair xərjlər başlığında nəzərdə tutulur. Əgər eyni zamanda işçilərin əmək haqqı və ya əmək sərfinin smeta normasında bir neçə düzəliş əmsalları nəzərdə tutularsa bu halda ümumi düzəliş əmsalı həmin əmsalların hasili kimi qəbul edilir.
Qeyd etmək lazımdır ki, tikinti istehsalına çəkilən xərjləri düzgün təyin etmək və onun uçotunun aparılmasında podratçı və sifarişçi (investor) müstəqil olaraq razılaşdırılmış sərbəst (müqavilə) qiymətlərə əsasən işçilərin əmək haqqı üzrə vəsaitin məbləğini (miqdarını) özləri təyin edə bilərlər.
Müasir şəraitdə smetanın tərkibində olan əmək haqqının miqdarı bir neçə üsullarla təyin olunur. Əgər işin əmək tutumu, tarif stavkası (maaşı) və əmək haqqı üzrə qurşağ əmsalları məlum olarsa bu halda əmək haqqını aşağıdakı kimi təyin etmək olar.
Əh = Ti Si Ki (6.3)

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin