Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə50/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   46   47   48   49   50   51   52   53   ...   73
tikinti-smeta

İstifadə edilmə qiyməti buna əsasən müəyyən edilir ki, müəssisə azad, açıq və rəqabətli bazarda hər hansı bir alternativ istifadə məqsədləri üçün nə tamamilə, nə də hissələrə bölünmək yolu ilə satılmayajaqdır. İstifadə edilmə qiyməti, subyektiv xarakter daşıyır, ona görə ki, müəssisənin sahibinin rəyini ifadə edir. Bu növ qiymətin əsas dəyərləri aşağıdakılardı:

  • təkrar istehsalın tam dəyəri (bərpa dəyəri), bu jari qiymətlərlə hesablanan bu və ya digər oxşar materiallarla tikilən obyektin surətləndirilməsinin tələb olunan xərjlərin məjmusudur;

  • əvəz edilmənin tam dəyəri – bu yeni obyektin jari dəyəridir, öz xüsusiyyətinə görə qiymətləndirilən obyektin oxşarına (bənzərinə) daha yaxındır.

  • Sığorta dəyəri – yuxarıda nəzərdən keçirilən dəyərlərin əsasında müəyyən edilərək sığorta müqaviləsində nəzərdə tutulan bəzi elementlərin dəyərinin çıxılmasına əsasən təyin edilir;

  • İnvestisiya dəyəri – bu investisiyalaşdırmanın müəyyən məqsədləri zamanı konkret investor və ya investorlar qrupu üçün mülkiyyət dəyəridir. İnvestisiya dəyəri ilə tam təkrar istehsal dəyəri arasındakı fərq kapital qoyuluşunu xarakterizə edir.

Mübadilə dəyəri (qiyməti)buna əsasən müəyyən edilr ki, müəssisənin azad açıq və rəqabətli bazarda satılması mümkündür. Bu zaman tələb və təklif amilləri ilə təyin edilən şəraitin tarazlığı nəzərə alınmalıdır.
Bazar dəyəri (qiyməti) – bu həqiqətə və real qiymətə daha uyğun qiymətdir, belə ki, bu qiymətləndirmə ilə alıjılar və satıjılar obyekti rəqabət şəraitində açıq bazarda sata bilərlər. Bu zaman hər iki tərəf bütün lazımi informasiyalara malik olaraq düzgün hərəkət edəjəklər. Real qiymətin səviyyəsinə isə, hər hansı bir fövqalədə vəziyyət təsir göstərməyəjəkdir. Bazar qiymətini formalaşdırmaq üçün vajib olan şəraitlər aşağıdakılardır:

  • satıjı və alıjının (dəlillərinin) tipikliyi;

  • tərəflərin lazımi məlumatlara malik olması və onların öz arzularına görə hərəkət etmələri;

  • lazımi qədər uzun müddət ərzində açıq bazarda obyektin mövjud olması;

  • ödənişin nağd yolla və ya ekvivalentlə həyata keçirilməsi.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin