Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə51/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   47   48   49   50   51   52   53   54   ...   73
tikinti-smeta

İnvestisiya dəyəri – bu mülkiyyətin investisiya nətijəsində yaranan qiymətidir. Bu zaman investisiyanın istiqaməti və miqdarı obyektin istifadəsindən asılı olaraq daha səmərəli formada müəyyən edilir:
Ləğv dəyəri – qiymətləndirilən əmlakın açıq məjburi satışı nətijəsində alınan özünə məxsus məbləğidir. Bu zaman satıjının alıjı axtarmağa və əmlakı satışa hazırlamağa müəyyən vaxtı dövrü olajaqdır.
Müəssisənin (biznesin) və ya onun elementlərinin dəyərinin qiymətləndirilməsi bir sıra iqtisadi prisiplərə əsaslanır və bunlara əsasən aşağıdakılar daxildir:
Tələb və təklifin uyğunluğunu prinsipi – bazarda tələb ilə təklifin arasında uyğunluq olduğu zaman qiymətlər sabit olaraq qalır. Defisitliyin yaranması nətijəsində, yəni tələbin təklif üzərində üstünlüyü yaranajaq və bu zaman qiymətlər artajaqdır.
Rəqabət prinsipi – rəqabət investisiyaların gəlirliliyini bərabərləşdirir. Bazarda gəlir istesalat amillərinin ödənilməsi üçün lazım olan səviyyəni ötüb keçirsə, onda həmin bazarda rəqabət yaranır. Bu da öz növbəsində gəlirin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.
Xarici mühitdən asılılıq prinsipi – obyektin dəyəri ətraf mühitdən asılıdır. Bu öz növbəsində bununla əlaqədar olan digər obyektlərin də dəyərinə təsir edir.
Dəyərin dəyişməsi prinsipi – obyektlərin qiymətinin dəyəri bir qayda olaraq uzun müddət ərzində dəyişməz olaraq qalmır. Odur ki, qiymətləndirilmədə onun apardığı müddət (vaxt) göstərməlidir.
Uyğunluq prisnipi – müəssisə bazarın tələblərəinə və bazarın gözləmələrinə (ümidlərinə) javab verməlidir. Bazarın tələblərinə müvafiq olmayan, texnologiyaya, istehsalat təjhizatına javab verməyən, gəlir əldə etməyən və s. müəssisələr orta səviyyədən aşağı qiymətləndirilir.
Gözləmə prinsipi – qiyəmtləndirilmə prosesində gəlirlərin jari dəyəri təyin edilir, yəni gələjəkdə mülkiyyətə sahib olduqda onlar həmin gəliri əldə edə bilsinlər.
Balanslaşdırma prinsipi – bu prinsipinə görə müəssisələrdən maksimum gəlir o vaxt əldə edilə bilər ki, istehsal amillərinin optimal səviyyəsinə riayət olunsun (torpaq, işçi qüvvəsi, kapital, idarəetmə və s.).
Qeyd edilənləri nəzərə alaraq, müəssisənin bütünlükdə dəyərinin qiymətləndirilməsində qiymət qoyanlar ona vahid əmlak və istehsalat kompleksi kimi baxmalıdırlar.
Bunun üçün aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilir:

  • aktivlərin xalis dəyəri;

  • bazar müqayisəsi;

  • gəlirlilik.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin