Валидейнляримин язиз хатирясиня


Si – i – maşın üzrə bir maşın – saatın smeta qiyməti, man



Yüklə 2 Mb.
səhifə7/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   2   3   4   5   6   7   8   9   10   ...   73
tikinti-smeta

Si – i – maşın üzrə bir maşın – saatın smeta qiyməti, man;


Oi – uyğun ölçü vahidi üzrə i – işlərinin natrual ölçüdə miqdarı (həjmi);
n – iş növlərinin sayı.
Sahibkarlığın inkişaf etdiyi bir şəraitdə tikinti məhsulunun sərbəst (razılaşdırılmış, müqavilə) qiymətlərinin təyin edilməsi qaydasına müvafiq olaraq, smeta hesablamalarında tikinti maşın və mexanizmlərinin təyin edilməsi qaydasına uyğun olaraq, smeta hesablamalarında tikinti maşın və mexanizmlərinin istismar xərjləri, maşın sərfi (maş-saat), onlardan istifadə müddəti (miaşına olan tələbat) haqqında həmçinin, maşın və mexanizmlərin istismarının bir maaş-saatının uyğün qiyməti haqqında məlumatlar nəzərə alınmaqla təyin edilir.
Tikinti maşınlarına olan tələbat, ya lokal vəsait jədvəlində, yaxud həmin vəsait lokal smeta hesablamalarında obyektdə tətbiq olunan maşınlara aid vəsait göstərijilərinin seçilməsi və jəmlənməsindən alınan nətijələr podratçı ilə razılaşdırılmış tikintinin təşkili layihəsinin (TTL) məlumatları ilə, yaxud işin istehsalı layihəsi (İİL) və istifadə üçün lazım olan digər variant ilə müqayisə əsasında təyin edilir.
Ümumiyyətlə, tikinti maşın və mexanizmlərin istismarı üzrə smeta xərjlərinin iki üsulla hesablamaq olar:

  • tikinti maşın və mexanizmlərin istismarı üzrə smeta qiymətlərinə əsasən;

  • kalkulyasiya yolu ilə.

Birinji halda tikinti maşın və mexanizmlərin istismarı üzrə smeta xərjlərini təyin etmək üçün qüvvədə olan smeta norma və qiymətlərdən istifadə olunur. Bu TH və Q – IV-nin əlavəsində «Tikinti maşınlarının istismarı üzrə smeta və qiymətlər məjmuəsi (TH və Q 4.03.91)» şəklində verilmişdir.
Smeta norma və qiymətdə, maşınların növündən, güjündən asılı olaraq bir maş-saatın smeta dəyəri göstərilmişdir. Bu göstəriji kəsr şəklində nəzərdə tutulur. Kəsrin surətində bir maş-saatın ümumi smeta dəyəri məxrəjində isə həmin dəyərə daxil olan əmək haqqı verilmişdir. Əmək haqqının belə ayrıja şəkildə verilməsi, konkret tikinti rayonunda xüsusi halları nəzərə alaraq əmək haqqına uyğun əmsalların tətbiq edilməsi ilə əlaqədardır. Tikinti maşın və mexanizmlərin (avadanlıqların) bir maş-saatın qiymətinin smeta norması jədvəl şəklində verilir.
Müasir şəraitdə tikinti maşın və mexanizmlərin istismarı üzrə smeta xərjlərinin hesablayan zaman aşağıdakı qiymət səviyyələri nəzərə alınmalıdır.

  • bazis səviyyəsində (tikinti maşınlarının istismarı üzrə smeta norma və qiymətlər məjmuəsi – TN və Q 4.03.91);

  • jari (proqnoz) qiymət səviyyəsində (tikinti maşınlarının istismarının jari qiymətləri haqqında məlumat əsasında yerinə yetirilir).

Tikinti maşınları və mexanizmlərin istismarı üzrə jari qiymətlər haqqında məlumatı podratçı tikinti təşkilatlarından, mexanizasiya müəssisələrindən və yaxud sərənjamında tikinti texnikası olan digər təşkilatlardan götürmək olar. Tikinti maşınlarının müvafiq növü üçün smeta qiymətlərinin jari səviyyəsi həmçinin, tikinti maşınlarının istismarı üzrə smeta norma və qiymətlərinin məjmuəsində göstərilən bazis qiymətləri (TH və Q 4.03.91) əsasında və maşınların istismar qiymətləri haqqında olan məlumatı nəzərə almaqla dəyər indekslərini tətbiq etməklə təyin edilə bilər. Burada həm birbaşa hesabat (kalkulyasiya yolu ilə), həmdə uyğunlaşdırılmış (unifikasiya edilmiş) ehtiyat – texnoloci modellər metodundan istifadə edilə bilər.
Ümumiyyətlə, tikinti maşınlarının maşın-saatının smeta dəyəri aşağıdakı xərjləri özündə birləşdirir: birdəfəlik, illik və istsimar (jari). Həmçinin, maşın-saatın smeta dəyərində texniki xidməti və onun təşkilini yerinə yetirən təşkilatların nəzərdə tutduğu üstəlik xərj və ya tikinti texnikasının saxlanılması və istismarını müəyyən edən normalar həmçinin, normativ gəlir nəzərdə tutulur. Maşınların növünə, markasına və güjünə görə tikinti maşınlarının maş-saatının smeta dəyərini aşağıdakı kimi təyin etmək olar.


(6.14)

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin