Валидейнляримин язиз хатирясиня


Ən – əsas əmək haqqı, man; Mi – tikinrti maşınlarının istismarı üzrə xərjlər, man



Yüklə 2 Mb.
səhifə14/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
tikinti-smeta

Ən – əsas əmək haqqı, man;

Mi – tikinrti maşınlarının istismarı üzrə xərjlər, man;

Nü – tikinti işləri üçün üstəlik xərjin norması, %.

Bu halda tikinti işlərinin maya dəyəri aşağıdakı kimi hesablanır.


Md = Dx + (Ən + Mi) Nü/100 (6.24)




Quraşdırma işləriinn maya dəyəri aşağıdakı kimi təyin olunur.


Md = (Ə/n + Ə/n)Nü/100 + Mq + M/i =
= Ə/n + Ə/n · Nü/100 + Mo + Mi (6.25)

Ə/n – qiymət məjmuəsində avadanlıqların quraşdırılması üzrə işçilərin əmək haqqı, man;


Nü – əsas əmək haqqına görə uyğun üstəlik xərjin norması, %-lə;
Mq – qiymət məjmuəsində avadanlıqların quraşdırılmasında, material resursların dəyəri;

M/i – quraşdırıjı maşınların istismar xərji, man;

Mo – materialların dəyəri, man;


Üstəlik xərjlərin hesablanma variantlarının hansının daha ən əlverişli olmasının seçilməçi haqqında qərar sifarişçi (investor) və podratçı təşkilatlar tərəfindən razılaşmaların nətijəsində qəbul olunur.

6.6. Smeta dəyərinin tərkibində plan yığımı (smeta gəliri)


Plan yığımı (smeta gəliri) normativ gəlir olub, düzünə və üstəlik xərjlərin jəminə (maya dəyərinə) əsasən təyin edilir.


Tikinti təşkilatının gəliri əsasən iki mənbəə hesabına əmələ gəlir: tikinti məhsulunun qiymətində olan plan yığımının normasına və tikinti-quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasına əsasən. Odur ki, plan yığımı tikinti təşkilatlarının istehsal etdiyi məhsulların maya dəyərinə aid edilməyən ayrı-ayrı xərjləri ödəmək üçün lazım olan vəsaitin məbləğidir. Belə ki, həmin məbləğ tikinti-quraşıdrma işlərini yerinə yetirərkən əldə etdiyi normativ gəlir hesab olunur.
Plan yığımının norması 01.01.91-ji ilin səviyyəsinə görə düzünə və üstəlik xərjlərin jəmindən 8% miqdarında götürülür, sonrakı dövrlər üçün indeksləşdirmə yolu ilə hesablanır. Bununla əlaqədar olaraq, plan yığımını (smeta gəliri) aşağıdakı yollarla təyin etmək olar:

  • Kalkulyasiya yolu ilə hər bir konkret tikinti təşkilatının fərdi norması əsasında;

  • Tövliyyə olunan ümumi sahə normativləri əsasında.

Plan yığımını hesablamaq üçün baza kimi, inşaatçı fəhlələrin, həmçinin, tikinti maşınlarına xidmət edən fəhlələrin əmək haqqına ayrılan vəsaitin faktiki miqdarı və ya tikinti-quraşdırma işlərinin maya dəyəri hesab olunur.
Müasir şəraitdə tikinti məhsulu üçün sərbəst (azad) qiymətlər müəyyənləşdirilərkən plan yığımının miqdarını təyin etmək üçün qüvvədə olan metodiki tövsiyyələrə uyğun olaraq, ümumi-sahə normativi, inşaatçı fəhlələrin və tikinti maşınlarına xidmət edən fəhlələrin əmək haqqına ayrılmış və saitin miqdarını 50%-i miqdarında, yaxud işlərin smeta maya dəyərinin 12%-i miqdarında müəyyən oluna bilər. Onu da qeyd etmək lazımdır ki, sifarişçi ilə podratçı öz aralarında razılığa gələrək konkret işin ijrası üçün plan yığımını konkret işin ijrası üçün plan yığımının fərdi normasını təyin edə bilər və onu tikinti məhsulunun qiymətində nəzərdə tuta bilərlər. Tikinti məhsulunun razılaşdırılmış qiymətlərində nəzərdə tutulan gəlirin hesabına aşağıdakı xərjlər həyata keçirilə bilər:

  • Qanunda nəzərdə tutulan miqdarda gəlirə qoyulan vergi xərjləri;

  • Bank krediti üzrə ödəmələr;

  • Xüsusi dövriyyə vəsaitinin artımına sərf olunan vəsait;

  • İstehsalın inkişafına, avadanlıqların modernləşdirilməsi, obyektlərin (əsas fondların) yenidən qurulmasına çəkilən xərjlər;

  • İşçilərin maddi həvəsləndirilməsinə çəkilən xərjlər;

  • Sosial sferanın inkişafına, maddi yardıma və pulsuz təhsilin təşkilinə çəkilən xərjlər;

  • Sağlamlığın qorunması və istirahət üzrə tədbirlərin aparılmasına çəkilən xərjlər.

  • Tikinti təşkilatının balansında olan obyektlərin, səhiyyə müəssisələrinin, idman və mədəni, uşaq istirahət düşərgələrinin, yaşayış fondunun və digər qeyri-istehsal əhəmiyyətli obyektlərin saxlanılması xərjləri və s.;

Jədvəl 6.7

Plan yığımının normasında olan xərjlər



Xərj maddələri

Smeta xərjlərinə görə plan yığımının norması, %-lə (norma 8 %)

Xüsusi çəkisi
%-lə

1

Bank krediti üzrə ödəmələr

0,99

12,5

2

Əsas istehsal fondları üzrə büdjəyə ödəmələr

2,87

35,8

3

İşçilərin maddi həvəsləndirilməsi

1,66

20,7

4

Mənzil-komunal təsərrufatı üzrə xərjlər

1,3

16,25

5

Kadrların hazırlanması və ixtisasının yüksəldilməsi

0,24

3,0

6

Mədəni-məişət binalarının saxlanılması

0,05

0,63

7

Yerli tabeçilikdə olan avtoyolların təmiri və saxlanılması

0,28

3,5

8

Elm və texnika fondunun yaradılması

0,36

4,5

Jəmi

8,0

100

Sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsində əsas məsələlərdən biri, əldə edilən gəlirdən düzgün istifadə etmək və istehsalın fasiləsiz surətdə inkişafını təmin etməkdir. Plan yığımının normasında olan xərjlərin təxmini xüsusi çəkisi aşağıdakı jədvəl 6.7 göstərilmişdir.
Onu da nəzərə almaq lazımdır ki, tikintidə qiymətin əmələ gəlməsinin formalaşması, müqavilə qiymətinin geniş tətbiqi əsasında smeta qiymətlərinin dəyişmə indeksi və digər xüsusiyyətləri nəzərə alaraq 01.01.91-ji ildən sonra plan yığımı normasının artmasına səbəb olmuşdur. Bu tərəflər arasında müqavilənin başlanılmasında, sifarişçinin maliyyə vəziyyətindən və podratçının tələbatından asılı olaraq, investisiya resursları bazarında sövdələşmə (torqda) prosesində formalaşa bilər və ya təyin oluna bilər.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin