Валидейнляримин язиз хатирясиня


Jədvəl 8.5 Obyektlər üzrə K – əmsalının dəyişməsi



Yüklə 2 Mb.
səhifə22/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   18   19   20   21   22   23   24   25   ...   73
tikinti-smeta

Jədvəl 8.5
Obyektlər üzrə K – əmsalının dəyişməsi

K əmsalı

Rast gəlinməsi

K əmsalı

Rast
Gəlinməsi

1,20-yə qədər

1

2,01-2,20

1

1,21-1,40

2

2,21-2,40

1

1,41-1,60

2

2,41-2,60

1

1,61-1,80

1

2,60-dan yuxarı

1

1,81-2,00

2







Qeyd etməliyik ki, bütün bu obyektlərin yekun smetası yenidən düzəldilib təsdiq edilmişdir. Buradan belə nətijə çıxır ki, yekun smetalar və xərjlər siyahısı təsdiq edilərkən hökmən ehtiyat vəsaiti nəzərdə tutulmalıdır.
İlkin təsdiq edilmiş smeta dəyəriinn dəyişilməsinə səbəb olan əsas amil norma ilə müqayisədə tikintinin davametmə müddətinin uzanmasıdır. Belə ki, tikintinin smeta dəyərinin artmasının ümumi məbləğinin 85%-i müddətin uzanması hesabınadır. Bununla əlaqədar olaraq ehtiyatın miqdarı təsdiq edilərkən konkret obyektin tikinti müddəti nəzərə alınmalıdır.
Smeta qiymətinin dəyişmə miqdarı olan K-nın t göstərijisindən asılılığına baxaq. t – layihənin təsdiqi ilə yekun smetanın yenidən təsdiqi arasındakı müddətdir. Bu qarşılıqlı əlaqə korelyasiya metodu ilə qurula bilər.
Fərz edək ki, K və t göstərijiləri arasında xətti əlaqə mövjuddur. Onda bu göstərijilər arasında əlaqə aşağıdakı düsturla göstərilir.


(8.3)


– kiçik kvadratlar üsulu ilə təyin edilən parametrdir. Kapital qoyuluşunun səmərəliliyinin texniki-iqtisadi hesablanması və s. üçün müəyyən proqramlar tərtib edilərkən kapital qoyuluşunun planlaşdırılması üçün göstərijisindən istifadə edilə bilər.
Syi göstərijisinin təyinində qeyd etmək lazımdır ki, K əmsalını düstura əsasən hesablamaq lazımdır ki, bu da xalq təsərrüfatının ayrı-ayrı sahələri üçün müxtəlif olajaqdır. Bundan başqa onun miqdarı digər amillərdən də asılı olajaqdır. Onlara aiddir: verilmiş tikinti üzrə kapital qoyuluşunun həjmi, tikintinin ümumi smeta qiymətində tikinti-quaşdırma işlərinin xüsusi çəkisi, tikintinin növü (yeni tikinti, genişləndirmə, yenidən qurma, fəaliyyətdə olan müəssisələrin texniki vəziyyəti yenidən silahlandırılması), verilmiş obyektin hansı layihəyə əsasən tikildiyi (fərdi və ya standart), obyektin mürəkkəbliyi (texniki jəhətdən mürəkkəb olmayan, eksperimental iş, yeni istifadə edilməmiş istehsal texnologiyasının tətbiqi ilə obyekt və s.).
Verilmiş təlimat çərçivəsində sadalanmış amilləri nəzərə almaqla tikintinin smeta qiymətinin təyini məsələsinin mümkün qədər ətraflı baxılması təqdim olunmur. Bu məsələ smeta qiymətinin kənarlaşmasına dair çox saylı statistiki məlumatlar və müxtəlif tikinti obyektlərinin faktiki tikinti müddəti haqqında çoxsaylı statistki məlumatlar əsasında dərin araşdırmalar tələb edir. Göstərilən məlumatlar əsasında ehtimal nəzəriyyəsi və riyazi statistikanın metodların köməyi ilə tələb olunan smeta qiymətinin etibarlılıq parametrlərini, başqa sözlə, onun buraxıla bilən dəyişmə həddi (nəzərdə tutulmayan iş və xərjlərə ehtiyat) və verilmiş sərhəddə smeta qiymətinin dəyişə biləjəyi vaxt fasiləsi kimi parametrləri əldə etmək olar.
Bu parametrləri müəyyən proqram dövrünə uyğun təyin etmək məqsədəuüğundur. Belə dövrün sonuna onları qiymətqoyma şərtləinin və baxılmış digər amillərin dəyişilməsinin nəzərə alınması ilə yenidən baxılmalıdır.
Bir sıra hallarda, statistiki materialların olmaması və ya sənayenin yeni sahələrində analoci obyektlərin olmaması konkret müəssisə və obyektlərin tikintisinin etibarlılıq parametrlərinin təyini prosesində müəyyən çətinliklər törədə bilər.
Bu şəraitdə sahələr üzrə layihələndirilmiş obyektləriinn tikintisinin smeta qiymətinin etibarlılığı nazirlik, səhmdar jəmiyyətlər, şikətlər və idarələrə uyğun tərtib olunmuş kapital qoyuluşunun, istifadə proqramlarının hazırlanmasında təmin oluna bilər. Bunun üçün burada kapital qoyuluşu ehtiyatlarının nəzərdən keçirilməsi məqsədə uyğundur.
Bundan sonra kapital qoyuluşunun illik planlarının tərtibatında ayrıja müəssisə və obyektlərin tikintisinin dəyəri layihə-smeta sənədlərinin hazırlanmasında konkretləşdirilir və dəqiqləşdirilir.
Tikintidə smeta qiymətinin tərtibində qeyd edilmiş göstərijilərin (smeta qiymətinin etibarlılıq parametrləri) istifadəsi smeta qiymətinin düzgünlüyünün və etibarlılığının artırılmasına imkan yaradajaq. Bu da öz növbəsində planların və kapital qoyuluşunun səmərəliliyinin texniki-iqtisadi hesablanmasının reallığını yüksəldir. Bu halda smeta, tikintinin maliyyələşdirilməsi və tikinti istehsalının planlaşdırılması üçün etibarlı əsas olajaqdır.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin