Валидейнляримин язиз хатирясиня


Obyekt smetası (obyekt smeta hesablamaları)



Yüklə 2 Mb.
səhifə31/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   27   28   29   30   31   32   33   34   ...   73
tikinti-smeta

3. Obyekt smetası (obyekt smeta hesablamaları)


Obyekt smetası kompleksə və tikintinin növbələrinə daxil olur və ya ayrıja bina və qurğuların tikintisi üçün tərtib olunaraq, həmin obyektlərin tikintisi ilə əlaqədar olan xərjlərin ümumi miqdarını müəyyən edir.


Obyekt smetası lokal smeta hesablamaları (smetaları) əsasında tərtib edilir və aşağdıkaı xərjləri özündə birləşdirir: tikinti və quraşdırma işlərinin dəyəri; avadanlıq, mebel və ləvazimatların (alətlərin) dəyəri; sair işlərin dəyəri və xərjlər. Obyekt smetasında vahid göstərijilərin dəyəri (1m2 sahənin, 1m3 bina həjminin, 1m xətti qurğunun dəyəri), əmək haqqı, normativ əmək tutumu və s. göstərilir. Obyekt smetasına daxil olan, podrat tikinti təşkilatları ilə razılaşdırılmış smeta hesablamaları (smetalar), tikinti məhsulunun smeta dəyərini təyin etmək üçün əsas hesab olunur.
Belə ki, obyekt smetası uyğun işlərin və xərjlərin qrupları üzrə bir neçə lokal smetanı özündə jəmləşdirərək, sərbəst (müqavilə) qiymət əsasında formalaşır. Obyekt smetasında tikinti və quraşdırma işlərinin dəyərindən başqa, müvəqqəti bina və qurğular üçün vəsait də nəzərdə tutulur. Bu adətən sifarişçi ilə podratçı arasında hesablaşma obyekt üzrə faiz norması əsasında aparılır və bu obyekt smetasına daxil edilir. Bu, məlumat obyekt smetasının sonunda qayıdış məbləğinin miqdarı kimi göstərilir ki, bu da müvəqqəti bina və qurğuların dəyərindən 15% miqdarında götürülə bilər.
Jari qiymət səviyyəsinə əsasən sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş işlərə görə hesablaşmaq üçün, obyektin tam smeta dəyərini təyin etmək məqsədilə, obyekt smetasına limitləşdirilmiş xərjlər üzrə vəsait əlavə edilir ki, bunlara aşağıdakılar daxildir:

  • işlərin qış vaxtında yerinə yetirilməsi və onun bahalaşması ilə əlaqədar olant xərjlər.

  • nəzərdə tutlmayan və məsrəflər üzrə ehtiyat xərjlərin miqdarı: mənzil, ijtimai binalar və qurğular üçün – 1%, istehsal binaların mühəndis şəbəkəsi, abadlaşdırma və yaşıllaşdırma işləri üçün – 1,5% (bu bütün lokal smetalar üzrə tikinti-quraşdırma işlərinin jəmindən götürülür).

  • sair işlər və xərjlər, hər bir iş növünün dəyərindən faiz miqdarında təyin olunur və ya bütün lokal smeta üzrə tikinti-quraşdırma işlərinin dəyərindən götürülür;

  • titul üzrə obyektlərin dəyəri (üstəlik xərjlərdə nəzərdə tutulmayan müvəqqəti bina və qurğuların dəyəri).

Əgər obyektin dəyəri bir lokal smeta ilə təyin olunarsa, bu halda obyekt smetası tərtib olunmur lakin, həmin lokal smetaya obyekt smetası üçün nəzərdə tutulmuş limitləşdirilmiş xərjlər əlavə olunur. Obyekt smetasına həmçinin, bir neçə sair işlər və xərjlər daxil edilir ki, bunlara aiddir: elektrik enercisində yaranan qiymt fərqi, gətirilən materialların daşınmasında, yükləmə-boşaltma işlərində yaranan əlavə xərjlər, tikinti işləri və konstruksiyalarının vahid qiymətlər kataloqundakı düzəlişlər, tikinti qurtardıqdan sonra daimi avtomobil yollarının bərpası və saxlanılması üzrə xərjlər və s. Əgər layihədə avadanlığın qurulması nəzərdə tutularsa, bu halda əvvəldə quraşdırılmış və həmin müəssisənin əsas fondlarına daxildirsə, onda obyekt smetasına avadanlıqların sökülməsi, quraşdırılması və daşınmasına çəkilən xərjlər daxil edilir amma, avadanlığın özünün dəyəri isə layihənin texniki-iqtisadi göstərijilərində nəzərə alınır.
İşçi çertyocunda nəzərdə tutulan avadanlıqların dəyəri, layihələndirmə mərhələsindən asılı olmayaraq obyekt smetasında göstərilir.
Obyekt smetasını aşağıdakı jəd.9.3 formasında göstərmək olar.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin