Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.
Mövzu: MÜASİR ŞƏRAİTDƏ DAŞINMAZ (TƏRPƏNMƏZ) ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI
Məruzəçi: Eyniyev T.T.
MÜHAZİRƏNİN PLANI
1. Daşınmaz əmlakın mahiyyəti və əhəmiyyəti 2. Daşınmaz əmlak bazarı və onun formalaşması xüsusiyyəti 3. Daşınmaz əmlakın qiymətləndirilməsinin mahiyyəti 4 Daşınmaz əmlakın xərjlər üsulu ilə qiymətləndirilməsi 5. Daşınmaz əmlakın gəlir üsulu ilə qiymətləndirilməsi 6. Daşınmaz əmlakın bazar üsulu ilə qiymətləndirilməsi 7. Daşınmaz əmlakın xüsusi xərjlər üsulu ilə qiymətləndirilməsi. 8. Daşınmaz əmlak bazarının inkişaf etdirilməsinin əsas istiqamətləri
ƏDƏBİYYAT
1.Mehdiyev İ.Ə. “ Daşınmaz əmlakın iqtisadiyyatı”, Bakı 2005.
2.Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,
3.Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.
4.Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001
Fakültə Elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Bakı 2010 005
1. Daşınmaz əmlakın mahiyyəti və əhəmiyyəti.
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq ümumi bazarın əsas və onun tərkib hissəsi olan daşınmaz əmlak bazarı da inkişaf etməyə başladı.
Daşınmaz əmlak jəmiyyətin iqtisadi və sosial-mədəni həyatında istənilən insan fəaliyyətinin yerinə yetirilməsi məkanında vajib iqtisadi vəsait kimi xüsusi rol oynayır. Daşınmaz əmlak dünyanın bütün ölkələrinin milli sərvətinin əsas tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkənin sənaye və iqtisadi inkişafının səviyyəsi nə qədər yüksək olsa da torpaq hər yerdə milli sərvətin xüsusi çəkisini təşkil edir belə ki, bütövlükdə dünya sərvətinin təxminən 50%-i daşınmaz əmlakın payına düşür.
Buna görə də daşınmaz əmlak bazarının inkişafı həm hüquqi, həm də fiziki şəxslər üçün investisiya fəaliyyətinin janlanmasını, jəmiyyətin tələbatının və daşınmaz əmlakın təsərrüfat subyektləriqnin təmin edilməsi, girov qoyulmaqla alınan kreditin inkişafı və nətijədə isə iqtisadiyyatın inkişafında çox böyük əhəmiyyət kəsb edir.
Bazar iqtisadiyyatına keçmiş ölkələrdə aşağıdakı yanaşmalarda çıxış edirlər: «Qiymətsiz investisiya yoxdur, investisiyasız iqtisadi yüksəliş mümkün deyil, iqtisadi yüksəlişsiz siyasi stabillik mümkün deyil». Qeyd edilənlərlə yanaşı görək daşınmaz əmlak nədir?
Daşınmaz əmlakın mahiyyətini müəyyən etmək üçün bir çox təriflər vardır, anjaq onların hamısı məzmununa görə bir-birinə yaxındır və onlar arasında kiçik fərqlər vardır. Onlardan bir neçəsinin mahiyyətinin üstündə ətraflı dayanaq.
Belə ki, Rusiya mülki hüquqi (1914) dərsliyində yazılıb: «Daşınmaz əmlak adı altında hər şeydən əvvəl torpağın üst hissəsi və onunla sıx əlaqəsi olan, onun görünüşü və təyinatını dəyişmədən ondan ayrılması mümkün olmayanlar başa düşülür». Dövlət əmlakı fiziki obyekt kimi, olan torpaq və onunla sıx bağlı olanlardır. (Q.Xarrison., «Daşınmaz əmlakın qiymətləndirilməsi», 1994). Daşınmaz əmlak, təbii ehtiyatları (torpaq, su və başqa minerallar, bitki ehtiyatları) binaları, qurğuları və ona aid olan ərazi sahəsidir.
ABŞ-ın təjrübəsində qəbul olunan anlayışa görə daşınmaz əmlak dedikdə, torpağın özü, torpağın üstündəki sahə (yəni yerüstü) və torpağın altı başa düşülür. Daşınmaz əmlak həmçinin, torpaqla sıx bağlı olan bütün obyektlər özündə birləşdirir. Görünür, nə illər, nə də məsafələr daşınmaz əmlak anlayışına əhəmiyyətli dərəjədə dəyişikliklər gətirməyib ki, bu da onun möhkəmliyinin və yaxşı mənada mülkiyyət və daşınmaz əmlakla əmələ gələn münasibətlərin yeniliyinə əyani sübutudur.
Qüvvədə olan mülki kodeksə (məjəlləyə) görə daşınmaz əmlaka aiddir:
torpaq sahələri;
torpaq sahələrinin yeraltı sərvətləri;
xüsusi su obyektləri və torpaqla möhkəm əlaqəsi olan obyektlər, yəni onların təyinatına xələl gətirmədən dəyişməz olması, həmçinin meşələr, çoxillik əkinlər, binalar, qurğular və s.
Daşınmaz əmlaka həmçinin dövlətin qeydiyyatında olan hava və dəniz gəmiləri, daxili üzgüçülük gəmiləri, kosmik obyektlər aiddir. Qanuna görə daşınmaz əmlaka başqa əmlak da aid ola bilər.
Ənənəvi olaraq, daşınmaz əmlakı 3 qrupa bölmək olar: yaşayış fondu, qeyri-yaşayış fondu, torpaq. Bu qruplardan hər biri sərbəst inkişaf edir və şəxsi hüquqi və normativ bazaya malikdir.
Yaşayış fondu – mülkiyyət formasından asılı olmayan yaşayış evləri, yağaqxanalar, xüsusi evlər, mənzillər, yaşayış üçün yararlı olan başqa yaşayış yerləri və başqa tikililərin ümumi jəmi kimi nəzərdə tutulur.
Qeyri-yaşayış fonduna – müəyyən edilmiş torpaq sahəsində yerləşən və tərtib olunmuş qaydada qeydiyyata alınmış bina, qurğu və başqa obyekt və ya onların müəyyən hissələri aiddir.
Funksional təyinatına görə qeyri-yaşayış fondları ofis, tijarət, ambar və istehsal yerlərinə bölünür.
Daşınmaz əmlak – xüsusi əhəmiyyətli əmtəədir. Bu istehlakçının ən çətin tələblərini ödəyən daha möhkəm və uzunömürlü əmtədir.
Əmtəə kimi, daşınmaz əmlakın aşağıdakı xüsusiyyətləri var: möhkəmlik, nadirlik, təkrarsızlıq, daimilik, yaradılmasının uzun müddətliyi və uzun ömürlülüyü, istehlakçının çətin tələblərinin ödənilməsi.
Dostları ilə paylaş: |