Валидейнляримин язиз хатирясиня


Müasir şəraitdə müqavilə qiymətinin stabilliyi və onun təkmilləşdirilməsi



Yüklə 2 Mb.
səhifə59/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   55   56   57   58   59   60   61   62   ...   73
tikinti-smeta

3. Müasir şəraitdə müqavilə qiymətinin stabilliyi və onun təkmilləşdirilməsi.


Tikintidə qiymətin əmələ gəlməsinin təkmilləşdirilməsində keyfiyyətjə daha yeni olan iqtisadi kateqoriya kimi olan qiymətin nəzərə alınması, bazara keçidlə əlaqədar olaraq, investisiya fəaliyyətini, podratçı təşkilatların və tikintidə iştirakçıların iqtsiadi maraqlarını, sosial nətijənin əhəmiyyətini, elmi-texniki tərəqqinin sürtələnməsi hesabına iqtisadi artım amilini və digər amillərin kompleks surətdə nəzərə alınmasını tələb edir.


Bu halda qiymtəin əmələ gəlməsi prosesində ağırlıq mərəkzi əsasən kakulyasiya üsulunun üzərinə düşür ki, bunun əsasında müasir norma və qiymətlər, iqtisadi metodlar üzrə əsaslandlırılmış əsas tikinti məhsulu, buraxılış komplksi və obğyektlər üçün geniş tətbiq olunan daha çevik qiymətlərdən istifadə etməklə tərtib olunan lokal, obyekt və yekun smeta hesablamaların tərtib olunmasıdır. Belə halda, obyektin qiyməti, istehlak və keyfiyyət xüsusiyyətlərini nəzərə alan obyektin qiyməti, investisiya bazarında torq (sövdələşmə) prosesində podratçı və sifarişçi təşkilat arasında bağlanmış müqavilənin (kontraktın) predmeti hesab olunur.
Bazar münasibətləri şəraitində müqavilə qiymətinin düzgün təyin oulnması qyimətin əmələ gəlməsinin mühüm vasitəsi hesab olunur. Bu prinsiplərin həyata keçirilməsi irimiqyaslı tədbirlərin qəbul olunmasını tələb edir. Bu birinji növbədə layihə və smetaların keyfiyyətinin yüksəldilməsini, layihələşdirmə mərhələsində texniki-iqtisadi əsaslandırma materialların həmçinin, layihə qabağı mərhələdə (TİƏ, TİH), tikinti layihələrinin istehsalın inkişafını sahə və regionla əlaqələndirilməsini təmin etməlidir. İkinji, layihənin ilkin mərhələsində smeta dəyərinin təyin olunmasında iriləşdirilmiş smeta normativləriinn (İSN) tətbiq olunmkasının genişəndirilməsidir. Sonra isə, müqavilə qiymətnin stabilliyi üçün bazar münasibətlərinin inkişafının reallağını, layihə və tikinti xidəmti bazarında rəqabətin nəzərə alınması, iqtsiadi konyuktur amilinin fəallığı müəyyən edilir.
Qeyd etmək lazımdır ki, bütün investisiya dövrü (tsikli) ərzində, tikintinin iştirakçıları və hər şeydən əvvəl bütün podrat təşkilatın lazımi sərt şərtlər daxilində müqavilə qiyməti, dəyişməyən normativ keyfiyyət formasında çıxış edir.
Belə ki, hazırda bu şərtlik özünü müəyyən dərəjədə doğrultmur, bu bir tərəfdən iqtisadi jəhətdən əsaslaşdırılımış müqavilə qiymətinin formalaşmasını, digər tərəfdən isə tikinti istehsalının səmərəli surətdə təşkili üzrə işin müasir texniki səviyyədə yerinə yetirilməsi, layihə həllərinin təkmilləşdirilməsi, resurs tutumunun azaldılması və s. ilə əlaqədardır. Bununla əlaqədar olaraq müqavilə qiymətinin tətbiq olunması mexanizmində aşağı keyfiyyətli layihə və smetalardan və ya illik işin həjminin tam təmin olunması ilə bir araya sığışmır.
Beləliklə, praktikada nəzərdə tutulur ki, sifarişçi və podratçıya hüquq vermək lazımdır ki, iri bina və qurğuların, mürəkkəb texnoloci obyektlərin tikintisi üzrə məqsədəuyğun müqavilə qiymətinin işləsinlər, bu da tikinti prosesində layihə həlləri və smeta dəyərinin dəqiqləşdirilməsi yolu ilə aşkar edilir. Bu obyektlər üçün tikinti prosesində daimi smeta dəyərinin artması xarakterik olub, müqavilə qiyməti mexanizminin təmin olunmasını müəyyən edir. Belə obyektlərin tikintisində birinji növbədə podratçılar və tikintinin digər iştirakçıları üçün layihə həllərinin təkmilləşdirilməsi, istehsalın resurs tutumunun azaldılması və tikintinin dəyərinin azalmasının reallığı üçün imkanlar yaranır.
Müqavilə qiymətinin tətbiq olunması müasir şəraitdə bu problemin köklü surətdə həll olunması istiqamətinə yönəldilmişdir.
Müqavilə qiymətinin stabilliyinə riayət olunması prinsipində bu məsələnin tikinti təşkilatı üzrə həll olunmasını da tələb edir. Yeni qiymət sistemiinn tətbiq olunması ardıjıllığı faktiki xərjlərin müqavilə qiymətini aşmasını nəzərdə tutur və yaranan fərq podrat təşkilatın maliyyə – təssərrüfat fəaliyyətinə aid edilir. Belə şəraitdə təşkilatlarda gəlir əsas iqtisadi və sosial inkişafın əsas mənbəyi kimi hesab olunur və müqavilə qiymətinin tətbiq olunması tikintidə keyfiyyətjə yeni iqtisadi vəziyyətin yaranamasına şərait yaradır.
Yeni şəraitdə, müqavilə qiymətinin tətbiqinə keçilməsi, ziyanla işləyən təşkilatların formalarının ləğv olunması üçün zərurətin yaranması və buna iqtisadi jəhətdən ilkin şəraitin yaradılmasını təmin edir.
Mövjud smeta normaların və sərfəsiz (əlverişsiz) qiymətlərin tətbiqi şəraitində o tikinti təşkilatlar qalmışdır ki, onlarda faktiki maya dəyərinin səviyyəsi yüksək olmuş, müasir texnologiyadan səmərəli istifadə olunmamış və işin istehsalının təşkili aşağı səviyyədə olumşdur. Bu saibkarlıq fəaliyyətinin inikşafına mənfi təsir göstərən bir amildir.
Tikintidə müqavilə qiyməti mexanizminin təkmidlləşdirilməsi iqtisadi vasitə kimi, tikinti istehsalı prosesinə fəal təsir göstərir, istehsal ehtiyatlarının aşkar olunmasını və onlardan səmərəli istifadə olunmasını, tikinti müddətinin qısaldılmasını texniki səviyyənin və tikintinin bütün mərhələsində keyfiyyətin yüksəldilməsini təmin edir.
Tikintidə müqavilə qiymətinin formalaşmasının özünə məxsus xüsusiyyətlərindən biri, onun yeni üsullarla təyin olunmasında, iqtisadi vasitələrin və həvəsləndlirilmə sisteminin üzvü surətdə əlaqələndirilməsinin tətbiq olunması ilə əlaqədardır. İnvestisiya resursları bazarına keçid dövründə tikinti praktikasında analoqu olmayan, prinsipjə yeni iqtisadi alət kimi müqavilə qiymətiinn tətbiqi təjrübəsi, smeta işinin yeni qaydalarının və konsensiyalarının tətbiq olunmasını tələb edir.
Bu hər şeydən əvvəl fərdi layhələrlə tikilən bina və qurğuların ilk layihələnidrmə mərhələsi üzrə smeta dəyərinin təyin olunmasına aid edilir. Bu mərhlədə smeta dəyərinin təyin olunmsının etibarlığına qoyulan tələblərdən biri, prinsipjə yeni əhəmiyyətə və tərkibə malik olan bütün təlimat və metodiki sənədlərdən müqavilə qiymətinin təyin olunmasında istifadə olunmasıdır. Bu halda, tikintinin smeta dəyərinin keyfiyyətjə etibarlığı dəyişir və bu müasir dövrün tələblərinə uyğunlaşdırılır. Bunlar aşağıdakı sənədlərin tərtib olunmasına uyğun olmalıdır: yekun smeta hesablamalarda, iriləşdirilmiş smeta normalarında, iriləşdirilmiş kompleks qiymətlərdə, tikintinin smeta dəyərinin iriləşdirilmiş göstərjilərində və s.
Müqavilə qiymətinin təyin olunmasında, bu məqsdə nail olmaq üçün elmi və metodiki jəhətdən əsaslandırılmış mənbəə üzrə təminatın olması tələb olunur. Burada qarşıda duran mühüm mərhələlərdən biri layihə məlumatlarına uyğun həjmlərin ölçü vahidi üçün iriləşdirlmiş smeta normalarının (İSN) nomenklaturasının genişləndirilməsidir.
Həmçinin, mühüm məsələlərdən biri də müqavilə qiymətinn tərkibnə daxil olan sair xərjlər üzrə iriləşdirilmsiş normativlərin işlənilməsidir. Odur ki, tikinti təşkilatlarında, xərjlərin faktiki svəiyyəsinə görə müəyyən olunmuş bir çox sayda xərjlərin növündən və buna əsasən kompensasiya metodlarından istifadə olunan mövjud qaydalarından imtina olunması qarşıda durur.
Burada, obyekt üzrə yığılmış (toplanmış) və dövrü olaraq təzələnən texniki-iqtsadi göstərijilərə o jümlədən, qəbul olunmuş smeta dəyərinin xüsusi gbstərijisinə fikir vermək lazımdır. Sahə və istehsalın növü üzrə dəyərin xüsusi göstərijiləri üzrə informasiyalar bankının formalaşması, layihələşdirmə prosesində və obyektlərin tikintisində analitik işlərini səviyyəsinin artmasını təmin edir və yekun smeta hesçablamaların tərtib olunmasında iriləşdirilmiş smeta normativlərindən istifadə olunmasına imkan yaradır.
Məlumdur ki, bir çox müəssisələr, buraxılış kompleksi və obyektlər üzrə layihələndirmə və tikinti prosesində smeta dəyərinin artması halları baş verir. Bu halda, tikintinin qurtarması dövründə dəqiqləşdirmə aparılır: sifarişçi ilə podratçı arasındakı hesablaşma, əsas fondların dəyəri formalaşdırılır və s.
Bununla əlaqədar oaraq, ilkin smeta dəyərinin təyin olunması göstərijilərilə əsaslandırılamış surtədə baxılır, əgər işçi layihələndirmə mərhələsində smeta dəyərinin artması nətijəsində layihənin əsas texniki göstərijisi dəyişməz halda olarsa (güjü, məhsuldarlığı və s.), onun keyfiyyət göstərijiləri isə ilkin layihə mərhələsində smeta dəyərinin sünü surətdə azalmasını müəyyən edir.
Bu halda tikinti müəssisələri, buraxılış kompleksi və obyektləri üçün müqavilə qiymətnin iqtisadi jəhətdən əsaslandırılması sisteminin formalaşması üçün əsas hesab olunan texniki-iqtisadi əsaslandırmada (TİƏ), tikintinin dəyərinin hesablanmasında və layihə üzrə yekun smeta hesablamalarının hərtərəfli və dəqiq ekspertizadan keçirilməsi zəruri məsələlərdən biri hesab olunur. Həmçinin, müqavilə qiymətinin tətbiqi heç də qiymətin əmələ gəlməsi çərçivəsində məhdudlaşmır. Odur ki, müqavilə qiymətinin tətbiqi və onun işlənilməsi mexzanizmi inikşaf etməli, tikintidə müxtəlif dinamiki halları və yeni iqtisadi idarə etmə metoduna keçilməsini və s. nəzərə almalıdır. Belə ki, inkişafın bu mərhələsi iqtsiadi islahatların əsas mərhələləri olmaqla yanaşı, başqa sahələrdə qiymətin əmələ gəlməsi islahatları ilə üzvi surətdə əlaqəli olmalıdır.
İqtisadi islahatın birinji mərhələsində bazar hələlik tam güjü ilə işləmir və keçid dövrünün müəyyən iqtsiadi çətinlikləri mövjud olur. Bu şəraitdə tikintidə istifadə olunan müqavilə qiyməti smeta normativləri bazası əsasında işlənilmiş vahid metodikanın tətbiq olunması əsasında işlənilir, podratçı və sifarişçi arasında qiymətin əmələ gəlməsi məsələləri üzrə sərbəstliyin genişləndiriməsindən istifadə olunur. Burada önjül məsələlərdən biri regionun iqtisadi-joğrafi və təbii-iqlim şəraitinin, tikintinin müddətinin qısaldırmasında qiymətin rolunun artırılması, elmi-texniki nailiyyətləri və rseursların qənaitliyini və s. hərtərəfli və onun düzgün uçotunun aparılması mühüm məsələlərdən biri hesab olunur.
İqtisadi islahatın bu mərhələsində normal bazar münasibətləriinn inikşafında muqavilə qiymətindən fəal alət kimi istifadə etməklə, onun qəti şəkildə reqlament olan şərtlərdən kənarlaşdırılması lazımdır.
İnvestisiya resursları bazarının normal işləməsi bazasının yaradana qədər tələb və təklif münasibətlərini tənzimləyən qiymətlər mərhələsinə keçilməsi, tikintidə müqnavilə qiymətinin formalaşmasını obyektiv iqtisadi səmtə yönəldilməsi ola bilər ki, əsaslı vəsait qoyluşunun normatvi ödəmə müddətini və istehlak modelinin qiymət parametrlərini nəzərə alan limit qiymətləri yerinə yetirə bilsin.
Beləliklə, tikintidə qiymətin əmələ gəlməsinin bazar şəraitinə keçilməsində aşağıdakıları daxil etmək lazımdır: layihə qabağı müəyyən olunmuş limit qiyməti; layihəyə əsasən təyin olunmuş tikintinin smeta dəyəri; sifarişçi və podratçı təşikltalar arasında razılaşmaya görə formalaşmış müqavilə qiyməti (podrat müqavilə üzrə).
Layihə qabağı mərhələdə, TİƏ; (TİH) tərkibində tikintinin dəyərinin təyin olunmasında limit qiymətlərindən istifadə etmək lazımdır. Limit qitymətləri tikinti obyektləri üzrə əsaslı vəsait qoyluşunun miqdarının həddini (limitini) müəyyən edir.
Layihələndirmə və obyektin tikintisinin gedişində limit qiymətləri əsasında müəyyən olunmuş əsaslı vəsait qoyluşunun miqdarını aşa bilməz. Bu tələbin pozulmasında əsaslı vəsait qoyluşunun normativ ödəmə müddəti təmin olunmur və bu xalq təsərrüfatı üçün byük itki yarada bilər.
Qiymətin əmələ gəlməsi mexanizminin əsas elementlərindən biri, layihə üzrə obyektin texnoloqii, konstruktiv və həjmi-planlaşdırma həllərini nəzərə almaqla tikintinin smeta dəyəridir. Bu əsasən ənənəvi üsullarla yəni, smeta norma və qiymətləri tətbiq etməklə lokal, oybekt və yekun smeta hesablamalarını tərtibö etməklə təyin olunurdu.
Bazar iqtisadiyyatı şəraitinə keçidlə əlaqədar olaraq tikintinin smeta dəyərinin təyin olunması üzrə daha yeni yanaşmaların inkişafı, yəni tikilən obyektlərdə tikintinin dəyərinn xüsusi göstərijiləri daxil olmaqla texniki-iqtisadi göstərijilər, geniş informasiya bankından istifalə olunması nəzərdə tutulur.
Bu yığılan (toplanan) informasiyalar podart, layihə və sifarişçi təşkilatlar tərəifndən daimi təzələnməli, obyetlərin funksional əhəmiyyəti üzrə tikintinin, iriləşdirilmiş göstərijilərlə istehsalın region üzrə şəraitinin material-texniki bazanın mümkünatlığını və regionda sosial məsələlərin həllində iriləşdirilmiş göstərijilərlə onun qiymətləndirilməsini təmin edir.
Yeni sistemdə bu nətijə (limit qiymətlər formasında) əvvəllər də məlum olmuşdur odur ki, smeta normativləri layihə həlləri variantlarının qiymətləndirilməsində iqtisadi alət kimi istifadə olunur ki, material və konsturksiyalar tikinti və quraşdırma işləri, bina və qurğuların hissələrəində tətbiq olunur ki, bu da tikintinin smeta dəyərinin limit qiymətindən az ola bilər. Burada əsas məsələlərdən biri elə iqtisadi tədbirlərdən istifadə etmək lazımdır ki, obyektlərin tikintisində iştirakçılar həvəsləndirilsin və smeta dəyəri limit qiymətlərndən aşağı olsun. Bu da limit qiymətilə müqayisədə sifarişçi, tikinti və layihə təşkilatlarının maliyyə resurslarını örtmək məqsədilə resurslara qənaət olunması deməkdir.
Nəhayət, qiymətin əmələ gəlməsi mexanizminin əsas elementlərindən biri, müqavilə qiymətinin işlənilməsi və tətbiqində podrat tikinti təşkilatların və tikintinin digər iştirakçılarının qiymətin səviyyəsinin müəyyən olunmasında, onların quruluşu nəzərə alınan xərjlərin tərkibi barədə onların hüqqularının genişləndirilməsidir.
1991-ji ildən başlayaraq yeni smeta qiymələrindən senayedə, nəqliyyatda, dövriyyə sferasında qiymətin əmələ gəlməsi şəraitində dəyişikliklərin uçotu həmçinin, müasir texnikanın səviyyəsi, tikinti istehsalının texnologiyası və təşkili iqtisadi jəhətdən əsaslandırılmış müqavilə qiymətinin təyin olunmasına və onlardan səmərəli istifadə olunması üçün geniş imkan yaramışdır. Müqavilə qiymətinin gələjəkdə inkişafına baxılması müasir dövrün ən vajib elementlərindən biri olub, onun hərtərəfli işlənilməsi mexanizmi və onların tətbiqi, hazırkı şəraitdə xüsusit əhəmiyyət kəsb edir.
Nətijədə müqavilə qiymətinin formalaşmasında xalq təsərrüfatı üçün əsas fondların yaradılması və təzələnməsi prosesində önjül sosial və istehsal məsələlərin həllərini nəzərə almaqla, tikintidə iştirakçıların hüquqlarının genişləndirilməsi və onların məsuliyyətinin artırılması üçün geniş imkanlar açılmışdır.
Tikintidə müqavilə qiymətinə keçilməsi qaraşıq qyimət və təsərrüfat mexinzmi üzrə bir çox elementlərə baxılmasını tələb edir.
Müasir şəraitdə ən mühüm məsələlərdən biri obyektlərin açarla təhvil verilməsidir. Bu halda sifarişçi ilə podatçı arasında hesablaşma tam hazır obyekt və ya buraxılış kompleksi üzrə aparılır.
Onu da qeyd etmək lazımdır ki, obyektlərin açarla təhvil verilməsi, əsaslı tikinti sferasında əmtəə – pul smünasibətlərinin dəyişməsi və onun inikşafını təmin edir.
Müqavilə qiymətinin tətbiqinə keçilməsi investisiya bazarının, layihə və tikintidə xidmətlərin normal funksiyası üçün şərait yaradır. Tikintidə qiymətin əmələ gəlməsi sahəsində edilən yeniliklər onunla əlaqədardır ki, tikinti obyekti (məhsulu) üçün qiymətin təyini üzrə nəzərdə tutulan yanaşmalar iqtisadi tənzimləmə sistemi ilə bazar mexanizminin tələblərini üzvü sürtədə nəzərə alınsın. Bunlar tikintidə prinsipjə daha yeni formada smeta normalaşdırılması və qiymətin əmələ gəlməsi problemlərinin həll olunması üzrə yanaşmaların həyata keçirilməsini tələb edir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin