Ni – dərəjələrə uyğun fəhlələrin sayı. Bu halda manqanın orta dərəjəsi aşağıdakı düsturla tapılar:
(6.10)
- orta tarif əmsalına ən yaxın böyük və ya kiçik dərəjənin tarif əmsalı arasındakı fərq;
- aralarında orta tarif əmsalının yerləşdiyi dərəjələrin tarif əmsalları arasındakı fərq.
Düsturda olan «plyus və minus» işarələrində ən yaxın kiçik dərəjə qəbul edilərsə, düsturda «plyus», böyük dərəjə qəbul edilərsə, «minus» işarəsini yazmaq lazımdır.
Eyni ilə orta tarif maaşına görə də manqanın orta dərəjəsini təyin edirik. Bunun üçün əvvəljə orta tarif maaşı tapılır:
(6.11)
- dərəjələrə uyğun tarif maaşları:
ni – uyğun dərəjələrdəki fəhlələrin sayı.
Orta dərəjə aşağıdakı kimi tapılır:
(6.12)
Burada Di – orta tarif maaşına ən yaxın böyük və ya kiçik dərəjə;
- orta tarif maaşı ilə ona ən yaxın böyük və ya kiçik dərəjənin tarif maaşı arasındakı fərq:
- aralarında orta tarif maaşının yerləşdiyi dərəjələrin tarif maaşıları arasındakı fərq.
Düsturdakı «plyus» və «minus» işarələri haqqında yuxarıda deyilən mülahizələr burada da öz qüvvəsində qalır.
3. Tikinti maşın və mexanizmlərin (avadanlıqların) istismarı üzrə smeta xərjlərinin təyini.
Müasir mərhələdə tikinti sahəsində elmi-texniki tərəqqinin sürətləndirilməsi, tikintiyə daha məhsuldarlıqlı maşın və mexanizmlərin, yeni texnika və texnologiyanın tətbiqi və s. qarşıda duran əsas problemlərdən biridir. Bu da tikintidə maşın və mexanizmlərin istismarına çəkilən xərjlərin getdikjə artmasına səbəb olur amma, bina və qurğuların vaxtında istifadəyə verilməsi təmin olunur. Ona görə də maşın və mexanizmlərin istismar xərjlərinin düzgün təyin olunması smeta işində böyük əhəmiyyət kəsb edir. Bu xərjləri təyin etmək üçün əvvəljə işlərin uyğun ölçü vahidinin yerinə yetirilməsi üçün tələb olunan maşın sərflərinin düzgün təyin edilməsidir. Bu, qüvvədə olan smeta normalarına əsasən yerinə yetirilir, sonra isə hər bir ayrıja maşın üçün bir maş-saatın smeta dəyərini bilmək lazımdır. Bu göstərijilərə əsasən tikintidə tətbiq edilən maşın və mexanizmlərin ümumi istismar xərjləri hesablanır.
Ümumiyyətlə, tikinti-quraşdırma işlərində bilavasitə iştirak edən maşın və mexanizmlərin smeta xərjləri, işin ölçü vahidinə uyğun sərf olunan maşın vaxtı maş-saatla, həmçinin texnikanın saxlanılması və istismarı xərjləri daha doğrusu, bir maşın saatın smeta dəyərinə əsasən təyin edilir, bunu aşağıdakı düsturla hesablamaq olar.
(6.13)
Ni – i – maşın üzrə, maşın vaxtı sərfinin smeta norması; maş-saat:
Dostları ilə paylaş: |