Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə67/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   63   64   65   66   67   68   69   70   ...   73
tikinti-smeta

Nüfuzetmə strategiyası, az müddətdə bazara nüfuz etmək və orada fəaliyyətini inkişaf etdirmək üçün çox kiçik qiymətin müəyyənləşdirilməsi deməkdir. Yəni burada maksimum surətdə alıjıları jəlb etmək üçün müəssisə rəqiblərin bazarda oxşar (analoci) mallara qoyduğu qiymətdən xeyli aşağı qiymət müəyyən edir. Bu strategiya kiçik şirkət və firmalar üçün az sərfəli hesab olunur çünki bunun həyata keçirilməsi çoxlu istehsal xərjləri tələb edir, onların istehsal həjmi çox az olur və ya olmur, yəni istehsalı çevik surətdə genişləndirmək imkanına malik olmurlar.
Bu halda firma öz qarşısına yeni əmtəəsi üçün bazarın mümkün qədər çox hissəsini ələ keçirmək məqsədini qoyur və bunlar aşağıdakı şərtlər daxilində mümkündür:
- bazar, kifayət qədər genişdir və yeni əmtəə haqqında nisbətən az informasiyaya malikdir;
- əksər istehlakçılar yeni əmtəənin qiymət səviyyəsinə qarşı həssasdırlar;
- əgər yeni əmtəə vahidinin istehsal xərjləri istehsal həjminin miqyasından asılı olaraq qiymətin aşağı düşmə meyli ilə xarakterizə olunursa.
Çevik qiymət strategiyası bazarda tələb və təklifin münasibətlərini (nisbətlərinin) dəyişməsinə javab verən qiymətlərə əsaslanır.
Sürüşkən qiymət strategiyasında qiymət, tələb və təklifin nisbətlərindən asılı olaraq müəyyən edilir və bazarda məhsul bolluğu yarandığja qiymət tədrijən aşağı düşür. Kütləvi şəkildə tələb olunan məhsullar üçün qiymətlər əsasən bu qayda ilə müəyyən edilir. Qiymətin bu strategiyasında aşağıdakılar zəruri hesab olunur: bazarda rəqabətin yaranmasının qarşısını almaq; istehsal xərjlərinin aşağı salınmasını təmin etmək; məhsulun keyfiyyətini bütün mərhələlərdə yaxşılaşdırmaq.
Rəqiblərin aradan qaldırılması strategiyası müəyyən dərəjədə nüfuzetmə strategiyasına oxşayır lakin, başqa məqsədlər üçün tətbiq edilir. O, potensial rəqiblərin bazara çıxarılmasına mane olmaq üçün tətbiq edilir və onun başlıja vəzifəsi rəqibin bazara çıxmazdan əvvəl maksimum satış həjminə malik olmaqdır. Ona görə də qiymət, çəkilən xərjlərə maksimum dərəjədə yaxın səçviyyədə müəyyənləşdirilir ki, burada az mənfəət əldə edilir və bu yalnız böyük satış həjmləri hesabına ödənilir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin