Валидейнляримин язиз хатирясиня


Nüfuzlu qiymətin müəyyən edilməsi strategiyası



Yüklə 2 Mb.
səhifə68/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   65   66   67   68   69   70   71   72   73
tikinti-smeta

Nüfuzlu qiymətin müəyyən edilməsi strategiyası nəhəng xassələrə malik olan, daha yüksək keyfiyyətli məhsullar üçün yüksək qiymətlərin müəyyən edilməsini nəzərdə tutur. Qadağan edilmiş qiymət strategiyalarına o, strategiyalar aid edilir ki, onlar ya dövlət tərəfindən qadağan edilmişdir ya da bazar etikasına tamamilə ziddir.
Qadağan edilmiş qiymət strategiyalarına aşağıdakılar aiddir:
- böyük mənfəət və ya inhisar mənfəəti əldə etmək məqsədilə inhisar səviyyəli yüksək qiymətlərin müəyyənləşdirilməsinə və onun qorunub saxlanılmasına yönəldilmiş inhisar qiymət qoyma strategiyası;
- dempinq qiymətləri strategiyası, öz rəqibləri ilə müqayisədə böyük üstünlüklər əldə etmək məqsədilə qiymətlərin bazar səviyyəsi ilə müqayisədə, müəssisə tərəfindən bilə-bilə aşağı endirilməsi deməkdir.
- təsərrüfatçılıq edənlər arasında rəqabəti məhdudlaşdıran razılıqlara əsaslanan qiymət qoyma strategiyası o jümlədən, aşağıda qeyd edilən sahələrə yönəldlimiş razılıqlar.

  • qiymətlərin, güzəştlərin, əlavələrin, artırılmış məbləğlərin müəyyənləşdirilməsi;

  • auksionlarda və hərrajlarda qiymətlərin artırılması, aşağı endirilməsi;

  • bazarın ərazi və ya digər əlamətinə görə bölüşdürülməsi, bazara daxil olmanın məhdudlaşdırılması, müəyyən satıjılar və ya alıjılarla müqavilə bağlanmasından imtina edilməsi.

  • normativ aktlarla müəyyənləşdirilmiş qiymətqoyma qaydasının pozulmasına aparan qiymətqoyma strategiyası;

  • möhtəkirlik məqsədləri güdən qiymətqoyma strategiyası.

Firmanın qiymət strategiyasının seçimi onun əsas məqsədləri ilə müəyyən olunur. Bu məqsədlər firmanın əsas məqsədlərinə, əmtəə və bazar üzrə marketinq məqsədinə əsaslanır. Bu məqsədlər aşağıdakılardır:

  • istənilən qiymət üzrə satış imkanı;

  • bazar payının artırılması və ya saxlanılması;

  • uzunmüddətli dövr üçün mənfəətin maksimum normasının saxlanılması;

  • bazara çıxış və müəssisənin bütün xərjlərinin kompensasiyası (əvəz eidlməsi);

  • satış həjminin artırılması üçün bazara daxil olma;

  • bazarda yeni məhsula tələbin stimullaşdırılması;

  • tələbin məhdudlaşdırılması;

  • rəqiblərin sıxışdırılması;

  • götürülən mərhələdə müəssisənin qalmasının təmin edilməsi;

  • keyfiyyət göstərijiləri üzrə liderliyin əldə olunması və s.

Hər bir müssisə öz imkanlarından və bazar sektorundan aslı olaraq müxtəlif məqsədlər üzrə fəaliyyət göstərə bilər. Müəssisə eyni vaxtda bir neçə məqsəd güdə bilər. Məsələn, hər bir dövr üçün satış həjminin müəyyən faiz miqdarında artırılması, qiymətləri rəqiblərin səviyyəsində saxlamaq və kapital qoyuluşundan müəyyən gəlir əldə etmək. Müəssisə həmçinin, qısa və uzunmüddətli dövr üçün məqsədlər müəyyən edə bilər. Bu məqsədlərdən aslı olaraq və bazar konyukturasını nəzərə almaqla qiymət strategiyası sabit olmayıb müəyyən vaxtlarda yenidən baxıla bilər.
Vahid qiymət strategiyasının seçilməsi tikinti təşkilatı istehsal müəssisə kimi, qiymətin əsasını təşkil edən istehsal məsrəflərinin kalkulyasiyası məsələlərinin yerinə yetirilməsində geniş imkana malikdir.
Məqsədlərindən asılı olaraq müəssisə aşağıdakı qiymət strategiyasını seçə bilər:

  • yüksək qiymət strategiyası;

  • orta qiymətlər strategiyası;

  • aşağı qiymətlər strategiyası;

  • məqsədli qiymətlər strategiyası;

  • dəyişməz qiymətlər strategiyası;

Yüksək qiymət strategiyası bir qayda olaraq bazara ilk dəfə çıxarılan və bazarın daha imkanlı sektorları (imkanlı istehlakçılar) üçün nəzərdə tutulan yüksək keyfiyyətli məhsullar üçün müəyyən olunur.
Bu strategiya yalnız həmin məhsullar üçün çox tələbatı olan və artıq pul ödəməyə qadir olan istehlakçılar üçün nəzərdə tutulur və müssisə bu yolla yüksək mənfəət əldə edir. Bu zaman firma yüksək qiymətə az həjmdə məhsul təqdim edir. Vaxt keçdikjə bazarın bu sektoru artıq tələbi azaltdıqda, firma bazarın digər sektorlarını da əhatə etmək məqsədilə qiyməti aşağı salır və məhsul həjmin isə müəyyən qədər artırır.
Bu strategiya aşağıdakı hallarda müsbət nətijə verir:

  • yüksək qiymət məhsulun yüksək keyfiyyətini təmin edirsə;

  • rəqabət məhduddursa və s.

Orta qiymətlər strategiyası demək olar ki, bütün müəsssələr üçün tipik sayılır. Bu zaman müəssitsələr bazarda öz fəaliyyəti üçün əlverişli şəraitin saxlanılmımasına, sabitliyin təmin olunmasına, uzunmüddətli dövrdə mənfəət əldə etməyə çalışırlar.
Aşağı qiymətlər strategiyası xariji bazara daxil olmaq, daxili bazarda payını artırmaq, ümumi satış həjmini artırmaq, istehsalı tam güjü ilə işlətmək və hal-hazırkı mərhələdə iflasa uğramamaq məqsədilə istifadə edilir.
Məqsədli qiymətlər strategiyası həmçinin, «məqsədli mənfəət» adı altında da tanınır. Bu zaman məqsədin kəmiyyəti kimi mənfəətin müəyyən kütləsi çıxış edir.
Bu strategiyanın reallaşması zamanı satış həjmi və qiymət dəyişə bilər, lakin mənfəətin miqdarı sabit qalmalıdır.
Sabit qiymətlər strategiyasında müəssisə uzun müddət ərzində əmtəə və xidmətlərə dəyişməz qiymətlər təyin etməyə və saxlamağa çalışır. Müəssisənin istehsal xərjlərinin artımı zamanı çox vaxt qiymət dəyişməsinin əvəzinə məhsulun tərkibi, ölçüləri və keyfiyyətində müəyyən dəyişikliklər edilir.
Belə halda qiymət strategiyası aşağıdakı hallarda müsbət nətijə vermir:

  • əmtəənin qiyməti tez-tez dəyişirsə;

  • istehlakçılara qiymət siyasətini izah etmək çətin olduqda;

  • bazar haqqında informasiyalar lazımı qədər olmadıqda;

  • istehlakçıların çox hissəsi qiymətə qarşı həssas olduqda və rəqib qiymət güzəşti edərək onları özünə jəlb etdikdə;

  • müəssisə qiymətlər barəsində qanunverijiliklə əlaqədar jiddi problemlərlə qarşılaşdıqda.

Qiymət siyasətinin hazırlanması prosesində müəssisədə işlənilən strategiya və məqsəddən aslı olaraq qiymət siyasətinin əsas məqsədləri təyin olunur.
Qeyd edilən qiymət strategiyalarından hər biri yüksək və aşağı qiymətlərlə bağlı ola bilər. Yuxarı qiymətlər siyasətinin tətbiq olunması aşağıdakı hallarda özünü doğrulda bilər:

  • Əmtəə (məhsul) nadirdir və ya patentlərlə etibarlı surətdə qorunur:

  • Əmtəəni işləyib hazırlanmaq və ya istehsal etmək çətindir:

  • Malın alıjıları üçün qiymət həllediji amil deyildir:

  • Rəqiblərin jəlb edilməsi üçün bazarın ölçüləri çox kiçikdir:

  • Potensial alıjılara bu maldan istifadə etməyi öyrətmək çox vaxt tələb edir:

  • Firmanın maliyyə mənbələri məhduddur və əlavə vəsait tapmağa imkanı yoxdur.

Aşağı qiymətlər siaysəti göstərilən yuxarı qiymət formalarının əks olan hallarda tətbiq edilməsi məsləhətdir. Göstərilən şərtlərdən birinin üstünlüyü bu və ya digər siyasətin mütləq seçilməsi deyil, yəni onların hərtərəfli təhlil olunması və tətbiq olunma imkanı nəzərə alınmalıdır.
Məlum olduğu kimi, qiymət stratgiyası tez dəyişə bilən qiymətqoymanın tətbiqi əsasında reallaşdırılır. Bu da marketoloqlara alıjıların potensialından asılı olaraq qiymətləri dəyişməyə müəyyən dərəjədə imkan yaradır.
Bəzi hallarda yuvarlaqlaşdırılmış qiymət strategiyasından istifadə olunur ki, bu da əmtəələrə (məhsullara) yuvarlaq qiymətdən aşağı qiymətin təyin olunması ilə izah olunur.
Bundan başqa, qiymət həddləri mövjuddur ki, bunlar qiymətin dəyişmə həddini müəyyən edir və burada hər bir qiymət eyni adlı əmtəənin (məhsulun) müəyyən keyfiyyət səviyyəsini xarakterizə edir. Bu halda qiymət həddləri aşağı, orta və yuxarı ola bilər, yəni qiymətin həddi firmanın təklif etdiyi qərara əsasən qəbul olunur. Qiymət liderliyində firma öz əmtəə çeşidinin əsas məhsulunu reklam edərək onu həmişəkindən daha aşağı mənfəətə malik qiymətlə satır ki, bu da alıjıların daha çox jəlb edilməsini və onların marağını artırılmasını təmin edir.
Belə ki, qiymət strategiyaları müxtəlif qiymətqoyma üsullarından istifadə olunması ilə reallaşıdırılır.
Firmalar qiymətlər sisteminin işlənilməsində və qiymətlər strategiyasının qəbul edilməsi prosesində qiymətlərin aşağı salınması və yaxud qaldırılması zərurəti meydana çıxır. Yəni, firmalarda qiymətin aşağı salınmasının bir neçə səbəbi ola bilər. Belə halda firma öz dövriyyəsini artırmaqla yəni tijarət səylərinin güjləndirilməsi, əmtəənin təkmilləşdirilməsi və digər tədbirlər hesabına buna nail ola bilmir. Belə ki, firma ujuz qiymətlər hesabına bazarda hakim mövqe tutmağa çalışdığı hallarda da qiymətin aşağı salınmasının təşəbbüskarı kimi çıxış edir. Bu halda o, bazara rəqiblərə nisbətən aşağı qiymətlə çıxır və istehsal həjminin artması üzrə xərjlərinin aşğı salınmasına nail olur. Bununla əlaqədar olaraq, son dövrdə bir çox firmalar öz qiymətlərini artırmağa məjburdular. Bu da istehlakçıların, distribütorun və öz tijarət heyətinin narazılığına səbəb olajaqdır.
Qiymətlərin artmasına əsas səbəblər aşağıdakılardır: xərjlərin artması ilə əlaqədar olan inflyasiya; tələbatın həddən artıq olması; ehtiyajları tam ödəyə bilməmək; baha başa gələn xidmətlərdən istifadə olunması və s.
Onu da qeyd etmək lazımdır ki, məhsulların qiymətlərnin formalaşdırılması mürəkkəb məsələlərdən biridir. Yəni, satış bazarlarında istənilən strategiyanın həyata keçirilməsi həmin bazarda qiymət siyasətinin aparılması istiqamətləri və proqnozu üzrə onun nətijələri əvvəljədən müəyyən edilmədən qeyri-mümkündür. Çünki, qiymətlər sisteminə bir çox amillər təsir göstərir. Belə ki, firmalar qiymət marketinqinin həyata keçirilməsində qiymətlərə təsir edən amilləri nəzərə alırlar və bunlara əsasən aşağıdakılar daxil edilir: istehsal xərjləri; məhsulun istehlakı üzrə faydalılığı; qiymətlərin hüquqi əsaslığı; rəqiblərin qiymətlərə reaksiyası; qiymətin əmələ gəlməsinin məqsədləri; istehlakçı üzrə qiymətin dəyişməsinin aydınlığı və s.
Məhsullara qiymətin qoyulması, firmanın xərjlərinin səviyyəsi, dinamikası və onun strukturuna əsaslanır və qiymətlərin xərjlərə nisbətən yüksəkliyi hesabına mənfəətin əldə edilməsini təmin edir.
Firmaların qiymət sistemi satışa təklif olunan malların istehlak xassələri ilə yanaşı markteniq strategiyasının reallaşdırılması vasitəsidir. Bu firmanın məhsullarının istehlakçıların tələbatlarının yüksək səviyyədə ödənilməsinə yönəldilmiş elementi kimi hesab olunur.
Qeyd etmək lazımdır ki, qiymətlərin artması və aşağı düşməsi yəqin ki, müştərilərin, rəqiblərin və distribütorların mənafeyinə toxunajaq və bu vəziyyət dövlət idarələrinin marağına səbəb olajaqdır.
Qiymətin aşağı düşməsi aşağıdakı istiqamətlər üzrə ola bilər:

  • əmtəə tezliklə sonrakı modellə əvəz olunajaq;

  • əmtəənin bazada pis satılmasına səbəb olan müəyyən qüsurları var;

  • firma çətin maliyyə vəziyyətinə düşdüyündən tezliklə bazardan çıxajaq;

  • qiymət tezliklə yenidən aşağı düşəjək və buna görə də bazarda fəaliyyətini təxirə salmaq məqsədə uyğundur;

  • əmtəənin keyfiyətinin aşağı olması.

Qiymət siyasəti firmanın özünün şəxsi potensialı hesabına müəyyənləşdirilir. Bu halda kapitalın həjmi, ixtisaslaşdırılmış kadrlar, işin təşkili və bazarda tələb-təklifin vəziyyəti də nəzərə alınır. Qiymət sahəsində görülən bütün işlər əsasən qiymət siyasəti ilə əlaqədardır. Bunun əsasında firmanın gələjəkk prespektivləri, onun fəaliyyətində qiymətin formalaşdırılması və tətbiqi müəssisənin strateci xətti ilə razılaşdırılmalıdır.
Firma daha səmərəli strategiyanı hazırlayan zaman bazardan informasiya yığılmasını həyata keçirir, onu tədqiq edir, yeni əmtəənin (məhsulun) hazırlanması, onun təklifini və satışının optimal təşkilini təmin edir. Bazar barədə informasiyanı yığaraq müəssisə onu təhlil edir və bunun əsasında özünün strategiyasını işləyir. Bunun əsasında mövjud mənimsənilmiş əmtəənin satışı, inkişaf strategiyası, yeni əmtəələrin satışı strategiyası, bazara yeni alıjıların təklif etmək və s. həyata keçirilir.
Beləliklə qiymət siyasətinin imkanları və problemləri bazarın növündən (tipindən) asılı olaraq dəyişir. Qiymətqoyma siyasətində əsasən aşağıdakı məqsədlər qarşıya qoyulur: sağlamlığın təmin olunması; mənfəətin yüksək səviyyəyə çatdırılması, bazar göstərijilərinə və əmtəənin keyfiyyət göstərijilərinə görə liderliyin əldə edilməsi və s.
Ümumiyyətlə, firmalar çalışırlar ki, əldə edəjəkləri mənffəti yüksək səviyyəyə çatdırsınlar, onlar tələbat və xərjləri müxtəlif qiymət səviyyələri ilə müqayisə edərək elə optimal (səmərəli) qiymət səviyyəsi seçirlər ki, bununla çəkilən xərjlərin ödənilməsini və jari mənfəətin miqdarını maksimuma çatdıra bilsinlər.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin