3. Dövlətin qiymət siyasəti
Dövlətin qiymət siyasəti, iqtisadi siyasətin bir elementi olub. Müxtəlif növ vasitə və üsulların köməyi ilə qiymətlərə iqtisadi jəhətdən təsir göstərilir. O, bazarda tələb və təklif arasındakı nisbətə əsasən yaxud inzibati yolla qiymətlərin bir başa tənzimlənməsini və ya stabilləşdirilməsini həyata keçirir. Qiymət siyasəti özündə dövlətin əmtəə-pul münasibətləri proseslərinin həyata keçirilməsi zamanı tətbiq olunan tədbirlər sistemini özündə əks etdirir.
Dövlətin qiymət siyasəti istər xidmət sferası, istərsə də xalq təsərrüfatının bütün sahələrində qiymətlərin tənzimlənməsinə və qiymət intizamına əməl olunmasına nəzarət məqsədilə dövlət və yerli özünüidarəetmə və qiymətqoyma orqanlarının fəaliyyət sistemində nəzərdə tutulan qayda və qanunların məjmusidir. Onlar qiymətlərin formalaşmasını və tənzimənməsini, dövlət qiymət intizamına əməl edilməsinə nəzarəti, antiinhisar qanunçuluğunda nəzərdə tutulmuş qaydada inhisarçılıq fəaliyyətinin neqativ nətijələrinə məhdudiyyət qoyulmasını həyata keçirirlər.
Dövlətin qiymət siyasətinin əsas məqsədi bazar münasibətlərinin inkişafının və iqtisadi islahatların dərinləşməsinin mühüm şərti olan qiymət və tariflərin liberallaşdırılmasının müntəzəm olaraq həyata keçirilməisdir. Təjrübədə qiymətlərin inzibati metodlarla tənzimlənməsi getdikjə öz təsirini azaldır, bununla əlaqədar olaraq idarəetmənin iqtisadi metodlarında qiymətlərin dövlət tərəfindən dolayı yolla tənzimlənməsinə (vergilər, gəlirlərin tənzimlənməsi, haqsız rəqabət və antiinhisar qanunçuluğu və s.) həyata keçirilir.
Dövlətin qiymət siyasəti – bazar konyukturuna və qiymətqoyma sistemi və qaydalarına təsiri həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirilir.
Dövlətin qiymət siyasətnin strateci və taktiki istiqamətləri mövjuddur. Strateci istiqamətin əsas məqsədi infliyasiyanın aşağı salınmasının və qiymətlərin liberallaşdırılmasının müəyyən səviyyəsinin əldə olunmasıdır. Praktikada tez-tez qiymət siyasəti vasitəsilə qiymətlərin operativ tənzimlənməsi həyata keçirilir. Bura aşağıdakılar aiddir:
Bazar və tənzimlənən qiymətlərin tətbiq olunması sferasının müəyyən edilməsi;
Qiymətlərin əmələ gəlməsi və formalaşması qaydaları;
Jari qiymətqoyma mexanizminə nəzarət.
Dövlətin qiymət siyasətinin formalaşmasının əsas prinsipləri aşağıdakılardır:
əmtəə-dəyər nəzəriyyəsi əsasında qyimətqoyma siyasətinin həyata keçirilməsi və qiymət sisteminin bilavasitə qurulması;
qiymətqoymanın bütövlükdə xalq təsərrüfatının inkişafı maraqlarına tabe edilməsi və bütövlükdə xalq təsərrüfatı üzrə maraqların yaradılması;
qiymətlərin bazar tənzmlənməsi;
qiymətlərin dövlət tənzimlənməsi;
qiymətlərin stabilliyi və çevikliyinin bir-birinə uyğunlaşdırılması;
ölkə üzrə vahid qiymət siyasətinin həyata keçirilməsi və s.
Qiymətlərin dövlət tənimlənməsini Nazirlər Kabinetinin müvafiq orqanları həayta keçirir. İqtisadi İnkişaf Nazirliyi və qiymət üzrə orqanlar bazar iqtisadiyyatı şəraitində dövlətin qiymət siyasətinin hazırlanması və onun həyata keçirilməsi üzrə səlahiyyətinə aid oan vəzifə və funksiyaları yerinə yetirir ki, bunlara da aşağıdakılar daxildir:
əhalinin sosial müdafiəsinin təmin edilməsi, ölkədaxili bazarın sabitliyi, azad sahibkarlıq fəaliyyəti və daxili bazarın qorunması istiqamətində dövlət qiymət siyasətinin həyata keçirilməsi üzrə təkliflərin hazırlanması;
Respublika Prezidentinin, Milli Məjlisin və Nazirlər Kabinetnin qiymətin əmələ gəlməsinə aid olan müvafiq qərar və göstərişlərin layihələrinin hazırlanması;
qiymətlərin əmələ gəlməsi və tətbiqi sahəsində metodik göstəriş və normativ materialların işlənib hazırlanması.
istehsalçıların təkliflərinə əsasən məhsul və xidmətlərə dövlət tərəfindən tənzimlənən qiymətlərin dəyişdirilməsi üzrə təqdim olunan layihələrə baxmaq, müvaifq təşkilatlarla onun razılaşdırılması üçün öz münasibətini bildirmək;
bazar iqtisadiyyatı şəraitində qiymət və tariflərin dövlət tərəfindən tənzimlənməsinin forma və metodları üzrə müvafiq təkliflər hazırlamaq;
Respublikada istehsal edilən əsas məhsul növlərinin qiymətlərinin dünya qiymətləri ilə nisbətinin, sahələr arasında əmtəə mübadiləsində qiymətlərin ekvivalentlyii və münasibitlyinin təhlilini aparmaq;
iqtisadiyyatın bütün sahələrində qiymətqoyma metodikasının təhlilini aparmaq və bunun əsasında mövjud qiymətlərin əmələ gəlmə qaydalarının metodoloci təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi, digər nazirliklər, komitələr, konsernlər, şirkətlər və s. idarəetmə orqanlarının təqdimatına əsasən qiymətqoymanın mövjud mexanizmnin təkmilləşdirilməsi üzrə təkliflərə baxmaq və müvafiq təkliflər hazırlamaq, səlahiyyətli orqanlara təqdim etmək;
iqtisadi siyasət və əhalinin sosial müdafiəsi tədbirlərinin hazırlanması ilə əlaqədar olaraq iqtisadiyyatın bütün sahələrində qiymətlərin dəyişilmə dinamikasının müşahidəsi və pronozlaşdırılmasında bilavasitə iştirak etmək;
qiymət və tariflərin müəyyən edilməsində və tətbiqində respublikanın nazirlik, idarə və müəssisələri arasında meydana gələn qarşılıqlı nöqsan və anlaşılmazlıqları birlikdə araşdıraraq, müvafiq qərarların qəbul edilməsində təşəbbüs göstərmək və s.
Dostları ilə paylaş: |