Валидейнляримин язиз хатирясиня


Ni – uyğun olaraq i – maşınları üzrə maşın-saatların sayı



Yüklə 2 Mb.
səhifə8/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
tikinti-smeta

Ni – uyğun olaraq i – maşınları üzrə maşın-saatların sayı;

Bx – bir maş-saat üçün birdəfəlik xərjlər (man/maş-saat);

İx – bir maş-saat üçün illik xərjlər (man/maş-saat);

Jx – bir maş-saat üçün istismar (jari) xərjlər, (man/maş-saat);


Kü – tikinti maşınlarının istismarı üzrə mexanizasiya bazasının və sərənjamında tikinti texnikası olan müəssisələrin (firmaların) müəyyən etdiyi üstəlik xərjləri nəzərə alan əmsaldır.
Onu da qeyd etmək lazımdır ki, tikinti maşınlarının bir maş-saatın istismar xərjlərini təyin etmək üçün aşağıdakı düsturdan da istifadə etmək olar:

Mist = A+Ə+T+E+S+H+T1+K (6.15)


A – daimi (sabit) istismar xərjləriinn normativi – maşınların tam bərpa olunması üçün normativ amortizasiya ayrılması, (man/maş-saat);


Ə – tikinti maşınlarını idarə edən fəhlələrin əmək haqqının normativi, (man/maş-saat);
T – tez sıradan çıxan maşın hissələrini dəyişmək üçün sərf olunan xərjlərin normativi, (man/maş-saat);

E – enerci daşıyıjılarının xərjlər normativi, (man/maş-saat);

S – sürtkü materialları üzrə xərjlərin normativi, (man/maş-saat);

H – hidravlik maye üzrə xərjlərin normativi (man/maş-saat);


T1 – təmir növləri üzxrə texniki xidmət, maşınların diaqnostikası üzrə xərjlər normativi (man/maş-saat);
K – maşınların bir tikinti meydançasından başqa yerə köçürülməsinə aid normativ xərjlər, (man/maş-saat).
Həmçinin, qeyd etmək lazımdır ki, tikinti maşınlarının bilavasitə idarə edilməsi ilə məşğul olmayan, tikinti proseslərinin mexanikləşdirilməsində iştirak edənlərin əmək haqqı maşın-saatın smeta dəyərinə daxil deyil (quraşdırıjılar, takelatçılar, boru qoyanlar, köməkçi fəhlələr və s.).
Burada həmçinin, əllə hərəkət etdirilən mexanizminin köməyi ilə işlərdə çalışan işçilərin (əllə qaldırdığı, domkrat və s.) qaynaqçıların da əmək haqqı daxil deyildir. Bu işçilərin əmək haqqı üçün element smeta normasında və vahid qiymətlər də nəzərdə tutulur.
Maşın-saatın smeta dəyərində həmçinin bir sıra digər xərjlər də nəzərdə tutulmur (məs.: qollu, qülləli kranların müvəqqəti kranaltı yolların düzəldilməsi, sökülməsi və s.). Bunlar yəni, müvəqqəti kranaltı yolların sökülməsi, düzəldilməsinin smeta dəyəri ayrıja olaraq qüvvədə olan normalara əsasən hesablanır.
Tikinti maşınlarının istismarı üzrə smeta dəyərini təşkil edən birdəfəlik, illik və istsimar (jari) xərjlərin tərkibinə və onların bəzilərinin təyin olunmasına daha ətraflı baxaq. Birdəfəlik xərjlər, tikinti maşınlarının maşın bazasından gətirilməsinə (köçürülməsinə) və ya əvvəl işlədiyi tikinti meydançasından başqa tikinti meydançasına köçürülməsinə çəkilən xərjləri nəzərə alır. Bu halda, nəqliyyat vasitəsinə yüklənməsi, daşınması və boşaldılması xərjləridə nəzərə alınır. Tikinti maşınlarının (daşınmasının) nəql olunması üsulları aşağıdakılardır:

  • özüyeriyən (hərəkət edən) maşınlar;

  • qoşquda daşınan maşınlar;

  • quraşdırmadan və sökülmədən yəni, tam halda qoşqu ilə aparılan maşınlar;

  • avtomobilin kuzasında (banında) aparılan maşınlar;

  • qülləli kranlar.

Özü yeriyən maşınların maşın saatının smeta dəyərini hesablamaq üçün, daşınmanın orta sürətini, nəql olunmanın uzaqlığını, daşınan maşının bir maş-saatının düzünə xərjlərinin miqdarını il ərzində daşınmaların miqdarını və maşının istismarının illik vaxt normasının müddətini bilmək lazımdır. Bunlara əsasən özü yeriyən maşınların maşın-saatının dəyərini aşağıdakı kimi təyin etmək olar:

D = 2S·n·dx/ti·V (6.16)



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin