Валидејнләр үчүн


Sual: Övladımı cərrahiyyə əməliyyatına necə hazırlaya bilərəm?



Yüklə 2,14 Mb.
səhifə19/38
tarix17.06.2018
ölçüsü2,14 Mb.
#53929
1   ...   15   16   17   18   19   20   21   22   ...   38


Sual: Övladımı cərrahiyyə əməliyyatına necə hazırlaya bilərəm?

Cavab: Bu gün əksər xəstəxanalarda əməliyyat olunacaq uşaqlar üçün hazırlıq proqramları var. Həmin körpələr onları qarşıda gözləyən əməliyyatla xüsusi şəkildə tanış edilir. Bu işdə məqsəd uşağın iztirablarını azaltmaq və onun daxili enerjisini həkimlərlə həmkarlığa yönəltməkdir. Əməliyyatdan bir gün qabaq bütün proses pillə-pillə körpəyə izah edilir. Bu məqsədlə xırda cərrahi alətlərdən və gəlincikdən istifadə olunur. Təlimatçı gəlinciyin üzərində əməliyyatı bir-bir izah edir. O, bihuşedici maskanı başa necə keçirildiyini, keyləşdirici iynəni necə vurulduğunu əyani şəkildə göstərir. Bu tədbirlər uşağın narahatçılığını qismən də olsa aradan qaldırır. Bəzən plastik butulkalar vasitəsi ilə zəruri mayelərin bədənə necə köçürüldüyü nümayiş etdirilir. Bu tanışlıqdan sonra uşaq daha həvəslə həmkarlıq edir. Uyğun metodlarla əməliyyatın yarada biləcəyi mənfi emosiyalar aradan qaldırılır.

Bir qism uşaqlar bu oyuna həvəssiz qatılır və reaksiyaları cüzi olur. Uşağın xüsusi reaksiya göstərməsi zəruri deyil. Cərrahiyyə əməliyyatından narahat olmayan uşaqların da belə bir tanışlığa ehtiyacı var. Əməliyyatdan sonra ağrı hiss edən körpə valideynlərinin bu barədə xəbərdarlığını xatırlayır və inam hissi güclənir.

Cərrahiyyə əməliyyatına hazırlanan uşağa bildirin ki, əməliyyat zamanı yuxuda olacaq və heç bir ağrı hiss etməyəcək. Amma yuxuda olacağından xəbərsiz uşaq ayıldıqdan sonra nə baş verdiyini anlamayaraq həyəcan keçirəcək. Bu hadisədən sonra, adətən uşaqlar yatmağa qorxurlar.

Bir çox xəstəxanalarda mütəxəssislər xüsusi hazırlığı zəruri hesab etmirlər. Əgər övladınızı bu tip xəstəxanalarda yerləşdirsəniz, hökmən, özünüz onu hazırlayın. Qarşıdakı əməliyyat prosesi ilə tanış olub, övladınızı başa düşəcəyi həddə məlumatlandırın.


Sual: Xəstəxanada yatası uşaq üçün daha nə edə bilərəm?

Cavab: İmkan daxilində ondan uzaqlaşmayın. Uşaq arxayın olmalıdır ki, siz onun yanındasınız. Çalışın ki, yemək vaxtı onun yanında olun və özünüz onu yedirdin. Sizin üçün çətin olsa da gecə onu tərk etməməyə çalışın. Bu yaxınlıq bir çox psixoloji narahatlıqların qarşısını alır. Bir müddət xəstəxanada yatmalı olan uşaq valideyni yanında olmadıqda çətin yuxuya gedir. Bir sözlə, xəstəxanada yatırdılmış uşağa diqqət göstərin.

Tibb işçiləri iddia edirlər ki, uşaq, adətən valideynin hüzurunda ağlayır. Bu doğrudan da belədir. Amma bu heç də o demək deyil ki, valideynin iştirakı uşağı narahat edir. Uşağın ağlamasının səbəbi budur ki, o ağlayarkən valideynindən kömək gözləyir. Valideynsiz uşaq özünü müdafiəsiz hiss edir. O, düşünür ki, ağlamaqla həkimi qəzəbləndirə bilər. Hər halda, əksər həkimlər valideyni otaqdan kənarlaşdırmaq istəyirlər. Amma bu, səhv addımdır. Valideynin iştirakı zəruridir. Hətta uşağın səsi bütün xəstəxananı bürüsə belə!

Əfsus ki, əksər xəstəxanalarda valideynin iştirakına icazə verilmir. Körpənin psixoloji durumuna göstərilən bu sayaq diqqətsizlik çox pisdir. Həkim öz rahatlığını uşağın qorxusu hesabına əldə etməməlidir.

Əgər uşağın xəstəxanada yatırdılması zəruridirsə, elə bir xəstəxana seçin ki, həmin xəstəxanada uşağın psixoloji durumuna diqqət göstərilir. Həm uşaq, həm də valideyn üçün münasib şərait yaradılmış xəstəxanalara üstünlük verin. Həkim uşağa qayğı göstərməli, onun psixoloji ehtiyaclarını nəzərə almalıdır.


Sual: Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir?

Cavab: Nəzəri cəhətdən bu uşaqlar başqa uşaqlardan fərqlənmir. Bu nəzəriyyə doğru olsa da, əlacsız xəstəliyi olan uşaqların həyata münasibətləri fərqlidir. Məsələn, qoltuq ağacı və ya araba ilə gəzən uşaqlar öz həmyaşıdlarının diqqətini cəlb edir. Bu baxışlar həmin uşağı sıxır və daim öz qüsurları haqqında düşünməyə vadar edir. Belə uşaqlara daha çox qayğı göstərildiyindən onların şəxsiyyətində fərqli xüsusiyyətlər meydana çıxır. Diqqət edin, valideynlərin belə övladlara münasibəti fərqli deyilmi? Sözsüz ki, fərqlidir. İlkin olaraq bu fərqli münasibət uşaqda fərqli hisslər doğurur. Əlacsız xəstəliyə düçar olan körpələrin valideynləri bu uşaqlara qayğını öz həyatlarında başlıca vəzifə hesab edirlər. Bu əlaqə təbii olmasa da, mən həmin valideynlərin hisslərini başa düşür və onları qınamıram. Bu valideynlərin çətinliyini anlayıb, onlara hörmətlə yanaşmaq lazımdır. Məsələn, müəllimlər hemofiliyaya düçar olmuş uşaqlardan şikayətlənərək, onların valideynlərini ifrat nigarançılığa görə qınayırlar. Zənnimcə, bu valideynlərin nigarançılığı yersiz deyil. Əgər uşaqda kiçik bir cızıq səbəbindən təhlükəli qanaxmalar baş verə bilərsə, valideyn necə narahat olmasın?! Belə uşaqlar üçün əhəmiyyətsiz bir zədə xoşagəlməz nəticələrə səbəb ola bilər. Valideynin nigarançılığını hiss edən uşaqla valideyn arasında xüsusi bir bağlılıq yaranır.

Belə uşaqların psixologiyasını öyrənmək üçün apardığım təcrübələrdən belə bir qənaətə gəldim ki, bu uşaqlar və onların ailələri başqalarından bir o qədər də fərqlənmirlər. Təcrübələrdən məlum oldu ki, alkoqolizm və ya digər səbəbdən ailə başğlılığı zəifdirsə, qüsurlu uşaq bu ailənin daha tez dağılmasına səbəb olur. Bəzi ailələr isə bütün qüvvələrini şikəst uşaqla bağlı psixoloji mühitin dəyişdirilməsinə sərf edirlər. Bu mənada, problemli uşaqların ailələri başqa ailələrdən fərqlənir.

Belə ailələrin üzləşdikləri çətinlikləri təsəvvür etmək asan deyil. Əlbəttə onların həyatını kənardan müşahidə etdikdə qeyri-adi bir şey görünmür. Şikəst uşaqların tərbiyəsi ilə məşğul olan peşəkarlar bu uşaqlarla adi şəkildə rəftar edilməsinin tərəfdarıdırlar. Onlar şikəst uşaqla valideyn arasındakı xüsusi bağlılığı nəzərə almır və belə hesab edirlər ki, valideynin həssaslığı yersizdir. Bu peşəkarlar valideyni xüsusi həssaslığı üçün qınayırlar. Bu həssas rəftardan doğan çətinliklər ilkin olaraq valideynə problemlər yaradır. Onlar düşünürlər ki, övladlarına lazımınca baxa bilmirlər. Bəzən həkimlər valideynin həssas münasibətinə uyuşmayan məsləhətlər verirlər. Bu məsləhətlər zərərlidir. Psixoloji cəhətdən sağlam körpə problemlərə daha asan dözür. Uşağın psixoloji sağlamlığı üçün nə qədər erkən fəaliyyətə başlanılsa, bir o qədər yaxşıdır. Amma uşağın mənəvi möhkəmliyindən asılı olmayaraq onun qarşısındakı problemlərin həllində valideyn mühüm rol oynayır.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin