Валидејнләр үчүн



Yüklə 2.14 Mb.
səhifə30/38
tarix17.06.2018
ölçüsü2.14 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   38


Sual: Gec dil açan uşağın hansısa problemi varmı?

Cavab: Bəzi uşaqlar bütün işlərdə öz yaşıdlarından geri qalırlar. Əgər bu gecikmə altı aydan çoxdursa mütəxəssisə müraciət edin, körpənin sinir sisteminin sağlamlığından əmin olun.

Bəzən uşaqdakı gerilik onu əhatə edən mühitlə bağlı olur. İşıqla, səslə, hərəkətlə kifayət qədər təmasda olmayan uşaq uyğun geriliyə məhkumdur.

Bu uşaqla xüsusi şəkildə məşğul olub, onun süstləşmiş hisslərini hərəkətə gətirsəniz, mövcud gerilik qısa bir müddətdə aradan qalxar.

Tövsiyə edirəm ki, övladınızı başqa uşaqlarla müqayisə etməyəsiniz. Sizin narahatlığınızı öz geriliyi ilə əlaqələndirən uşaq daha da tormozlanır. Narahatlığınızı uşağa bildirməyin. Sadəcə, onun süstləşmiş hisslərini sevgi dolu rəftarınızla oyatmağa çalışın.


Sual: Məktəb yaşınadək uşaqda hansı sarsıntılar ola bilər?

Cavab: Uşağın rəftarındakı hər kiçik nöqsana görə onu xəstə hesab etməyin. Bu nöqsan yalnız davamlı şəkil aldıqda narahat olmağa dəyər. Əgər uşaq mütəmadi şəkildə yuxuda qorxursa, yatağını isladırsa həkimə müraciət edin.

Ümumiyyətlə, valideyni uşaqdakı hansısa xüsusiyyət tez-tez narahat edirsə, bu xüsusiyyəti hansısa xəstəliyin əlaməti kimi yozmaq olar. Bu əlamətlər məktəb yaşınadək uşaqlarda çox çətin sezilir. Uşağın kobudluğundan narahat olduğunuz kimi, onun ifrat sakitliyindən də narahat olun. Sizin ədəbli hesab etdiyiniz bir çox uşaqlar hansısa xəstəlikdən əziyyət çəkənlərdir. İfrat sakitlik bəzən insanı ağlasığmaz cinayətlərə sövq edir. Belə uşaqlar hansısa səbəblərdən uzun müddət qəzəbini udur və bir gün bu qəzəb partlayaraq, böyük faciələrə səbəb olur.


Sual: Əgər sadaladığınız əlamətlər uşağımda varsa, hansı səbəbi əsas götürməliyəm?

Cavab: İlk əvvəl uşağın mərkəzi sinir sistemini müayinədən keçirin. Diaqnozun dəqiqliyi üçün peşəkar psixoloqa müraciət edin. Bəzən uşağın rəftarındakı nöqsanlar ailə ixtilafları ilə bağlı olur. Ailə yeni mənzilə köçdükdə vərdiş verdiyi mühitdən, köhnə dostlarından ayrılan uşaq nigarançılıqlarla üzləşə bilər. Bəzən isə uşağın narahatçılıqları kiminsə onu qorxutması ilə bağlı olur. Yaxınların ölümü, valideynin sərt rəftarı, ata-ana arasındakı dava-dalaşlar həyatda və ya televiziyada gördüyü qorxulu səhnələr və bu kimi başqa hadisələr uşağın rahatlığını pozur və rəftarda nöqsanlar müşayiət olunur.

Hələ məktəb yaşına çatmamış belə uşaqlarla münasibət qurmaq çox çətin olur. Onlar özünü köməksiz və tənha hiss edirlər. Bununla belə, mən valideynin müstəsna təsirinə inanıram və bu inam məni onlarla söhbətə vadar edir.


Sual: Məktəb yaşlı uşaq üçün hansı rəftar qüsurlu sayılır?

Cavab: Uşaq üçün ən böyük nöqsan yaddaşsızlıqdır. Əgər o diqqətini toplaya bilmirsə, fikri dağınıqdırsa, bu çox pis haldır. Bəzi uşaqlar isə hətta müəllimin də göstərişlərinə itaət etmirlər. Təkcə bu itaətsizlik yox, bir sıra başqa eyiblər də daha çox oğlanlara aiddir.

Unutmayın ki, itaətsizlik, diqqətsizlik, süstlük kimi nöqsanlar sinir xəstəliklərindən doğa bilər. Əgər belə olsa, tövsiyə və danlaq yox, yalnız müalicə səmərəli ola bilər.

Problemi olan əksər uşaqlar məktəbə könülsüz gedir. Əgər uşaq məktəbə getməkdən qorxursa, bunun kökləri valideyn-övlad münasibətlərindəndir. Əgər uşaq yalnız ailə mühitində özünü rahat hiss edirsə, valideyn özünü qınamalıdır.

Məktəbdə xoşagəlməz rəftar edən uşaqlar, adətən, valideyn diqqətindən məhrum olmuş uşaqlardır. Onlar arzusunda olduqları diqqəti qazanmaq üçün hətta mənfi hərəkətlərə də əl atırlar.

Bir daha xatırladıram ki, uşağın mənfi emosiyalarını məktəbdəki hadisələr də qıcıqlandıra bilər. Mənə müraciət edən valideynlərdən biri məktəb yaşlı çalışqan övladının birdən-birə məktəbdən imtinası faktı ilə üzləşmişdi. Bütün ehtimallar nəzərdən keçirildikdən sonra məlum oldu ki, məktəbdə kobud bir uşaq onu qorxutmuşdu.


Sual: Məktəb yaşından gənclik dövrünədək uşaq daha hansı problemlərlə üzləşə bilər?

Cavab: Məktəbə aid yersiz söhbətlər, kobud rəftar, intizamsızlıq, natəmizlik, dava-dalaş bu dövrə aid olan xarakterik nöqsanlardır. Bütün bu nöqsanların əsas səbəblərindən biri uşaqdakı “diqqət aclığıdır”. Adətən, belə uşaqlar onlara lazımı qədər diqqət yetirə bilməyən ataya qarşı kinli olurlar. Atanın ifrat tələbkarlığı da uşaqda mənfi hissləri qıcıqlandıra bilər. Hətta uşaq pis işlərə əl ataraq, atanı rüsvay etməkdən də çəkinmir.

Yeniyetmələr arasında oğurluğun başlıca səbəbi maddi ehtiyac yox, macəraçılıq, diqqəti cəlb etməkdir. Oğurluq təsadüfi hadisə olsa da, adətən dostların təşviqi ilə baş verir. Uşaq bu işlə dostları arasında nüfuz qazanacağına ümid edir. Ona görə də oğurluğun səbəbini tapmaq çox zəruridir. Yalnız bu səbəbi bildikdən sonra oğruya qarşı tədbir görmək olar. Oğurluq etmiş uşağı ağır tənbeh etməyin. Onun yatmış hisslərini oyatmaq üçün təsirli bir metod axtarın. Bəzi uşaqlar evdən kiçik şeylər oğurlamaqla öz ehtiyaclarını ödəmək istəyirlər. Onun başlıca ehtiyacı isə dostlarının diqqətini cəzb etməkdir. O, oğurladığı şeyi hörmət qazanmaq üçün rüşvət verir. Eyni məqsədlə oğurluğa əl atan böyüklərlə rastlaşdıqda təəccüblənməmək olmur.


Sual: Hansı səbəblər gələcəkdə pis rəftar doğura bilər?

Cavab: Uşağın hansısa inkişaf mərhələsində ortaya çıxmış istənilən problem gələcək üçün qorxuludur. Problemli uşaq öz nöqsanını biruzə vermək üçün münasib şərait gözləyir. Beləcə, uşaqlıqda bünövrəsi qoyulmuş nöqsan illərlə sonra özünü göstərir.


Sual: Uşağın problemini həll etmək üçün mütəxəssisə müraciət etmək vacibdirmi?

Cavab: Uşağın üzləşdiyi problemi inkar etmək və ya onu özbaşına həll etmək məsuliyyətsizlikdir. Siz kompüteriniz düzgün işləmədikdə dərhal mütəxəssisə müraciət edirsiniz. Yoxsa övladınızı kompüterdən primitiv sayırsınız? Bəlkə bu münasibətin arxasında biganəlik durur?!

Övladını sevən və onun əsrarəngiz bir varlıq olduğunu dərk edən valideyn bu övlada diqqətlə yanaşır və onun problemlərini mütəxəssislə birgə həll edir.



Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə