Валидејнләр үчүн



Yüklə 2.14 Mb.
səhifə5/38
tarix17.06.2018
ölçüsü2.14 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38


Sual: Körpənin geyim və qidalanması ilə ata məşğul ola bilərmi?

Cavab: Əlbəttə ki! Ata körpəsinə qulluq etməli və bu işə hələ doğuşdan əvvəl başlamalıdır. Mən öz yoldaşına kömək edən, onu bir çox işlərdə əvəz edən kişiləri çox görmüşəm. Belə atalar öz körpəsinə daha yaxın olur. Valideynlərin həmfikirliyi, normal doğuş üçün ərin əlindən gələni əsirgəməməsi atanı körpəyə daha çox bağlayır. Bu insanlar ata olmaqdan ləzzət və iftixar duyurlar.

Adət-ənənəyə görə, atanın körpəyə qulluğu gözlənilmir. Məhz bu səbəbdən də bir çox kişilər atalıq ləzzətindən məhrum olurlar. Hamıya elə gəlir ki, atanın vəzifəsi ailənin ehtiyaclarını ödəmək və övladları tərbiyə etməkdir. Kaş, gələcək nəsillər atadan körpəyə qayğı da umaydı. Belə bir dəyişiklik körpələrə xeyir gətirərdi.

Mənim fikrimcə, atanın körpəyə qulluğunun böyük əhəmiyyəti var. Bu iş körpənin psixoloji durumunu yaxşılaşdırmaqla yanaşı, işi ağır olan ananın ərindən razılığının səbəblərindəndir. Ana hiss edir ki, o, tək deyil və bir çox narahatlıqlar təbii şəkildə aradan qalxır.


Sual: Övladımı başqasına tapşıra bilərəmmi? Bu iş körpəyə zərər vurarmı?

Cavab: Körpəni bir şərtlə başqasına tapşırmaq olar ki, həmin şəxs məsuliyyət hiss etmiş olsun, körpənin fiziki və psixoloji sağlamlığı qayğısına qalsın, onun hisslərini təhrik etsin. Zənnimcə, arabir körpədən uzaqlaşmaq lazımdır. Körpə üçün arabir başqaları ilə qalmaq faydalıdır. Bu ayrılığın müddəti körpənin yaşından və körpənin onunla qalmış adama münasibətindən asılıdır.


Sual: Körpəyə qulluğu kimə tapşırmaq olar?

Cavab: Körpənin fiziki ehtiyaclarını, demək olar ki, hamı təmin edə bilər. Bizi daha çox körpənin psixoloji ehtiyacları narahat edir. Çünki psixoloji ehtiyaclar inkişaf zamanı körpənin şəxsiyyətinə daha çox təsir edir. Uşaq üçün seçilmiş dayə səmimi, ağıllı, təcrübəli, mehriban və ən mühümü körpəyə dost olmalıdır. Bu xüsusiyyətlərə malik insanı tanımaq çətin deyil. Yaxşı olar ki, dayəliyə yaramayan adamlar haqqında danışaq. Təmizlik məsələsində həddi aşıb ifrata varan adamlardan çəkinmək lazımdır. Çünki belə adamlar təmizliyi körpənin ruhi rahatlığından üstün tuturlar. Məsələn, sizə hakim olmaq istəyən nənələr üçün çox vaxt ana-övlad əlaqəsi mühüm görünmür. Qəmgin və zəif iradəli insanlar körpənin hisslərini lazımınca təhrik edə bilmir. Geniş dünyagörüşü, təcrübəsi, bu sahədə lazımınca məlumatı olanlar uyğun iş üçün heç də ən münasib hesab olunmur.

Dayə seçimində əsas meyar sizin şəxsi hisslərinizdir. İlk aylarda körpəsini özü saxlamış və bu körpənin ehtiyaclarından xəbərdar analar münasib adamı asanlıqla tanıya bilirlər. Onlar hiss edirlər ki, nə vaxt və hansı müddətə körpəni başqasına tapşırmaq olar. Siz hiss edə bilərsiniz ki, körpəni etibar edəcəyiniz şəxs onun rahatlığını təmin edə bilər, yoxsa yox. Ən mühüm nöqtə körpənin həmin şəxsə münasibətidir. Bütün uşaqcanlı adamlar körpələrdə xoş hisslər yaradır. Əksinə, körpələr uşaqcanlı olmayanlara mənfi reaksiya göstərirlər. Əgər körpəni tapşıracağınız şəxsə körpənin münasibəti şübhə doğurursa, bu şübhələrə biganə qalmayın.


Sual: Körpə öz valideynini ona qulluq edən başqalarından seçə bilirmi?

Cavab: Bəli, körpə onu ağuşuna alan, ona süd verən ananın səsinə, hətta qoxusuna adət edir. Körpə öz valideynini başqalarından çox tez fərqləndirir. Bəzi körpələr dörd-beş aylığında, bəziləri isə daha tez valideynini tanıyır.

Unutmaq olmaz ki, ananın doğuşdan sonra körpədən müəyyən müddət uzaq düşməsi körpənin bu hissini puça çıxara bilər. Əgər körpəni gündə bir adam saxlasa, əlbəttə ki, o öz valideyninə yaxşı baxmayacaq. Bu məsələyə diqqətli olmaq lazımdır. Körpənin öz ata-anasını tanıması çox mühümdür. İlkin dönəmlərdəki valideyn-övlad münasibətləri körpənin gələcəkdə başqaları ilə münasibətlərinin əsasını təşkil edir. Uşaqlıqda valideynini yaxşı tanımayan körpələr gələcəkdə başqaları ilə münasibət qurmaqda çətinlik çəkirlər.


Sual: Uzun ayrılıqda valideyn-övlad münasibətləri üçün zərərlidirmi?

Cavab: Sözsüz ki, ayrılıq körpədə tə’sir qoyur. Amma bu təsirin dərəcəsi körpənin yaşından asılıdır. Müşahidələr göstərir ki, ilk iki ildə körpədən bir gecə ayrılmaq əsaslı çətinliklər yaradır. Mütəxəssislərin fikrincə bu yaşda valideyndən uzaq düşən körpənin yuxusu pozulur.

Bəziləri elə düşünürlər ki, körpə bu ayrılığı hiss etmir. Amma bu yanlış təsəvvürdür. Kiçik körpədə çox gizli qavrayış hissləri mövcuddur. Körpə dərk edə bilmir ki, siz onu tərk etdikdən sonra hökmən qayıdacaqsınız. Onun düşüncəsinə görə, görmədiyi insan artıq yoxdur. Sizin görünüb-görünməməyiniz onun üçün mühümdür. Nə qədər ki, körpənin təsəvvüründə “indi” və “sonra” anlayışlarının fərqi yoxdur, onu ayrılığa hazırlaya bilməzsiniz. Körpə bu məsələni anlayanadək onu bir gecə belə tək qoymaq xoşagəlməzdir. Çünki o bütün ayrılıqları həmişəlik bilir. Uzun ayrılıq onu qorxudur və o elə zənn edir ki, siz artıq mövcud deyilsiniz. Bu hiss körpəyə əzab verir.


Sual: Demək, mən heç vaxt körpəmdən ayrıla bilmərəm?

Cavab: Aydındır ki, siz alış-veriş üçün evdən çıxmalı, müxtəlif ehtiyaclarınızı ödəmək üçün körpənizdən uzaqlaşmalısınız. Amma bu ayrılıq uzun çəkməməlidir. Çünki sizinlə olmağa adət etmiş körpə ondan ayrıldığınız vaxt darıxır. Başqaları ilə qalmağa vərdiş etmiş körpə üçün valideynlə olmaq bir o qədər də fərq etmir. Məşğul ana üçün bu hal çox münasibdir. Amma belə analar körpəsi ilə yaxın bağlılıqdan məhrum olurlar.

Siz uşaqla gizlənqaç oynadığınız vaxt onun sizi tapa bilməməsindən necə iztirab keçirdiyinə diqqət edin. Yəqin ki, bu oyun sizə ləzzət verir. Sizi tapa bilməyən körpə məyus olur. Diqqət edin ki, o sizi tapdığı vaxt necə ürəkdən qəhqəhə çəkir. O, sizi itirdiyi vaxt inanmır ki, bir daha tapa biləcək. Amma siz qəfildən peyda olduqda onun sevinci yerə-göyə sığmır. Bu oyun körpəyə öyrədir ki, valideyn gözə görünmürsə də, o var və tezliklə görünəcək.

Körpənizdən ayrılmamağınızı tövsiyə etmək asandır. Amma, çətin ki, kimsə bu tövsiyəyə əməl edə bilsin. Amma unutmamalısınız ki, körpəni uzun müddət tərk etməyiniz xoşagəlməzdir.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə