Валидејнләр үчүн


Sual: Kollektiv oyunlar uşağı məktəbə hazırlayırmı?



Yüklə 2,14 Mb.
səhifə23/38
tarix17.06.2018
ölçüsü2,14 Mb.
#53929
1   ...   19   20   21   22   23   24   25   26   ...   38


Sual: Kollektiv oyunlar uşağı məktəbə hazırlayırmı?

Cavab: Fərz edək ki, kollektiv oyun dedikdə hansısa qayda-qanunları olan, nəzarət altında keçirilən oyunlar nəzərdə tutulur. Bu oyunlarda uşaqların hər hansı bir bilik qazanması nəzərdə tutulmur. Bu oyunlar uşağa anadan kənarlaşmağı öyrədir. Uşaq kollektiv oyunlar vasitəsi ilə yeni uşaqlar və yeni oyun predmetləri ilə tanış olur. Zənnimcə uşaqların kollektiv oyuna cəlb olunmasında əsas məqsəd ananın bir müddət istirahət etməsidir. Uşaqların kollektiv oyununu tədrisi məqsədə çevirmək düzgün deyil. Bu oyunlar uşağın psixoloji inkişafında o qədər də əhəmiyyətli rol oynamır və onları mühüm hesab etmək yersizdir.

Valideynlərin əksəriyyəti övladı ilə oynamaqdan ləzzət almır, körpənin inkişafı üçün zəruri olan proseslərdə iştirak etmir. Belə valideynlər, adətən, göstərdiyi biganəliyə görə özünü qınayır. Bəzi analar körpənin yanında qalsalar da , ona oyun yoldaşı ola bilmirlər. Bəzi analar isə daim uşaqla olmağa çalışmırlar. Əgər bu münasibət biganəlikdən deyilsə, təqdirə layiqdir. Amma körpənin biganə ana ilə qalmasındansa, elmi mühitlərdə olması daha yaxşıdır. Əgər uşaq sizin yanınızda daha azaddırsa sizinlə qalmalı, kollektiv oyunda özünü rahat hiss edirsə, oyuna qatılmalıdır.


Sual: Uşağa məktəbə getmək haqqında nə deyilməlidir?

Cavab: Bir çox uşaqlar məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Bu həvəs üç yaşında baxçaya, beş yaşında məktəbin hazırlıq kursuna gedən uşaqlarda güclüdür. Övladınız məktəbli uşaqlarla tanış olduğu üçün onlar kimi olmaq istəyir. Siz öz övladınızı məktəbə daha da həvəsləndirməlisiniz. Ona bildirin ki, məktəbə nə vaxt gedəcək, orada hansı işlərlə qarşılaşacaq. Heç vaxt məktəbi tərifləməyin. Deməyin ki, məktəbdə ona daha rahat olacaq. Uşaq elə düşünə bilər ki, məktəbdə onu maraqlı oyunlar gözləyir. Məktəb haqqında yanlış təsəvvürə malik olan uşaqlar elə birinci dərs günü böyük narahatlıq keçirirlər. Hətta ağlayıb anasını istəyənlər də olur. Əvvəlcədən yaradılmış təsəvvürlə həqiqət arasında böyük fərq görən uşaq aldadıldığına əmin olur.

Uşağa əvvəlcədən bildirmək lazımdır ki, o, bir neçə saat müəllim və sinif yoldaşları ilə qalmalıdır.

Bunu da nəzərinə çatdırın ki, ilk günlər məktəb həyatı xoş görünməyə də bilər. Bunu da qeyd etməlisiniz ki, bir müddət sonra məktəb həyatı adiləşəsidir. Çalışın ki, övladınızı məktəbdə baş verəcək hadisələrdən xəbərdar edəsiniz. Bəzi uşaqların ağlayıb anasını istəməsi onu çaşdırmamalıdır. Məktəbi gözəl bir əyləncə parkı kimi düşünən uşaq sinif otağına, müəllim və şagirdlərə uyğunlaşmaya da bilər. Sinif müəllimi dərsə bir neçə gün qalmış hər bir uşaqla evdə görüşə bilərsə, bu çox faydalı olar.


Sual: Övladım birinci dərs gününü necə qarşılayır?

Cavab: Uşaqlar məktəbə böyük həvəslə getsələr də, ilk dərs günləri onlar üçün bir o qədər də xoş keçmir. Uşağı məktəbə ciddi-cəhdlə hazırlasanız da, yenə də ilk dərs günü onun həyatına tarixi bir hadisə kimi düşəcək. Anadan ayrılıb yeni bir mühitdə yeni insanlarla yoldaş olmaq, doğrudan da əlamətdardır. Ona görə də əksər məktəblərdə ilk dərs günü valideynin uşaqla qalması tövsiyə olunur. Əslində uşaq məktəbə uyğunlaşana qədər valideynin ondan ayrılmaması məqsədə uyğundur.

Əgər uşaq əvvəlcədən elmi mühitlərdə iştirak etmişdirsə, o, məktəbə daha tez və daha asan uyğunlaşacaqdır. Bəzi uşaqların elə ilk dərs günlərindən müvəffəqiyyət qazanması məhz ilkin hazırlıqla bağlıdır.


Sual: Nə üçün bə’zi uşaqlar məktəbə getmək istəmir?

Cavab: Zənnimcə belə uşaqlar anasından kənar düşmək istəməyən uşaqlardır. Hər halda uyğun narahatçılıq səbəbsiz olmur. Uşaq elə zənn edə bilər ki, onu məktəbə göndərməklə, sadəcə yaxa qurtarmaq istəyirlər. Xüsusi ilə, evdə körpə uşaq qalarsa, məktəbə gedən uşaq ana məhəbbətindən məhrum edildiyini düşünə bilər. Uşaqların hisslərinə biganə olan qaraqabaq müəllim uşaqda məktəbə mənfi münasibət yaradan əsas amillərdəndir. İlk dərs günləri uşağı hədələyən müəllim ondakı mənfi emosiyaları birə-beş qızışdırır. Müəllimin belə rəftarından sonra bədbinləşən uşağı qınamaq olmaz.

Uşağın məktəbə mənfi münasibətinin əsasını ata-ana arasındakı ixtilaflar da təşkil edə bilər. Mümkündür ki, ailəsində ixtilaf olan uşaqlar evdən ayrıldıqları vaxt ailədəki vəziyyətə görə narahat olalar. Adətən belə uşaqların fikri dağınıq olur, müəllimi dinləyə bilmirlər. Çünki onlar evə qayıdacaqları vaxt hansı şəraitlə üzləşəcəklərini bilmirlər.


Sual: Uşaq əvvəlcədən məktəbə mənfi münasibət göstərirsə nə etmək lazımdır?

Cavab: Bu halda sizin onunla birgə məktəbdə olmağınız çox əhəmiyyətlidir. Bəzi uşaqların məktəblə tanışlığı uzun çəkir, onlar valideynlərindən çətinliklə ayrılırlar. Bir çox uşaqlara valideyndən ayrılıq çox qorxulu görünür. Əgər bir müddət məktəbdə onunla qalsanız uşağın inam hissi artar, anlayar ki, müəllim onun ehtiyaclarını ödəməyə qadirdir.

Bəzən uşağın məktəbə mənfi münasibəti sizin yanlış hazırlıq üsulunuzdan doğur. Əgər valideyn öz ehtiyacında ifrata varıb, uşağı qorxudarsa, uşağı müqəssir saymaq olmaz. Bəzi valideynlər uşağın məktəbə getməsinə qəlbən razı olmurlar. Valideynin gizli hissləri uşağa sirayət edir. Sadalanan problemləri aradan qaldırmaq üçün bir müddət məktəbdə qalmalısınız.

Təəssüf ki, bəzən valideynin məktəbdə qalıb-qalmamasında uşağın rəyi əsas götürülür. Zənnimcə bu məsələdə böyüklər qərar çıxarmalıdır. Şəksiz ki, böyüklər qərar çıxararkən uşağın da hisslərini nəzərə almalıdırlar. Amma valideynə öyrəşmiş uşaq üçün müstəqil şəkildə belə bir qərara gəlmək çox çətin olur.


Sual: Artıq məktəbə adət etmiş bir uşaq qəfildən məktəbə getməkdən imtina edirsə, validyenin vəzifəsi nədir?

Cavab: Bu nadir hadisə deyil. Valideynlər uşağın məktəbdən imtinasını günah kimi dəyərləndirirlər. Əslində uşağı danlamazdan qabaq məktəbdə olub, vəziyyəti öyrənmək lazımdır. Adətən, məktəbdən imtina edən uşaqların məktəblə bağlı problemləri olur. Bəzən uşağı kimsə hədələyir, hansısa səbəbdən onda qorxu yaranır. Hətta müəllimin rəftarı da uşaqda belə bir reaksiya doğura bilər. Uşağın problemini həll etməyə çalışın. Onu əmin edin ki, bütün çətinlikləri aradan qaldıracaqsınız.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin