Körpənizi başa düşməyə çalışın. Əgər insanın yanında onu başa düşən bir adam varsa, bu insan çətinliklərə dözümlü olur. Unutmayın ki, siz özünüz də həkim otağında narahatlıq keçirirsiniz
Körpənizi başa düşməyə çalışın. Əgər insanın yanında onu başa düşən bir adam varsa, bu insan çətinliklərə dözümlü olur. Unutmayın ki, siz özünüz də həkim otağında narahatlıq keçirirsiniz.
Sual: Övladımın həkim müayinəsinə dözməsi üçün nə etməliyəm?
Cavab: Bir yaşda olan körpənin müayinəni rahat qəbul etməsi, demək olar ki, mümkünsüzdür. Çünki azyaşlı körpə ətrafda baş verənləri dərk etməkdə acizdir. O, yalnız xoşagələn münasibətlərdən narahat olmur. Müayinə isə adətən, narahatlıq doğurur və təbii ki, körpə müqavimət göstərir. Siz bu körpənin narahatlıqlarını yalnız nəvazişlə azalda bilərsiniz. Əksər uşaqlar narahat olduqları vaxt qucağa can atırlar. Qucağa götürüb, nəvaziş göstərməkdən savayı çıxış yolu görünmür. Narahat körpənin ağzına bir şey qoymaq tə`sirli olur. Peşəkar uşaq həkimləri bu məqsədlə çubuqlu konfetlərdən istifadə edirlər.