Adətən körpəni narahat edən dərmanların acılığı olur. Bunun qarşısını almaq üçün dərmanı şprisə yerləşdirib, körpənin boğazına damızdırmaq olar. Bu üsul dərmanı qaşıqla verməkdən daha asandır
Adətən körpəni narahat edən dərmanların acılığı olur. Bunun qarşısını almaq üçün dərmanı şprisə yerləşdirib, körpənin boğazına damızdırmaq olar. Bu üsul dərmanı qaşıqla verməkdən daha asandır.
Cavab: Əvvəlcə, onu razı salmağa çalışmaq lazımdır. Ona başa salın ki, dərmanın acı olduğunu siz də bilirsiniz. İmkan daxilində bu acılığı aradan qaldırmağa çalışın. Nabat və ya şərbətdən istifadə etməklə körpənin ağzındakı acılığı yüngülləşdirmək olar. Ən əsası, uşağa başa salın ki, yaşadığımız dünyanın öz qanunları var və dərman qəbul etməyən xəstə yaşaya bilməz. Məbada, dərman qəbul etmək istəmədiyi üçün onu qorxaq adlandırasınız. Onun hisslərinə şərik olmaqla daha çox müvəffəq olmaq olar. Əgər uşağa bu işin sizin üçün də ağrılı olduğunu bildirsəniz, o özünü xeyli rahat hiss edər.