Cavab: Maraqlıdır ki, avtomobil çilingəri axtaranlar dayə axtaranlardan daha ehtiyatlı hərəkət edirlər. Hansı ki, körpəyə pis dayə seçilərsə, bütöv bir cəmiyyətə güclü zərbə vurulmuş olar. Gələcək nəslin mədəniyyəti bu günkü körpələrə münasibətdən çox asılıdır. Bə`ziləri belə hesab edirlər ki, dayə seçimi bir o qədər də əhəmiyyətli deyil. Amma mənim qəti qənaətim budur ki, dayəliyə kimi gəldi qəbul etmək olmaz. Bə`zi dayələr bu işdə fövqəladə bilik və iste`dada malik olduğu halda, çox dayələr uyğun sahədən xəbərsizdirlər. Körpənin saatlarla ağlamasına məhəl qoymayan dayələr var. Hələ mən körpənin oyuna olan ehtiyacına laqeydlikdən danışmıram. Əgər körpə bir dayədən qorxursa, həmin dayəyə ikinci dəfə uşaq tapşırmaq olmaz. Hətta körpəni onun qorxduğu yaxın adamla təklikdə qoymaq zərərlidir.