Ananın nə vaxt fəaliyyətə başlaması onun peşəsindən, iş yerindən, dayədən, ananın iş vaxtından, analıq məs`uliyyətini yerinə yetirmək üçün imkandan asılıdır
Ananın nə vaxt fəaliyyətə başlaması onun peşəsindən, iş yerindən, dayədən, ananın iş vaxtından, analıq məs`uliyyətini yerinə yetirmək üçün imkandan asılıdır.
Sual: İşləyən ana üçün hər hansı bir proqram mövcuddurmu?
Cavab: İşləməyə məcbur olan ana vaxtını elə tənzimləməlidir ki, günorta evə gəlib körpəsini yedirə bilsin. Bu qayda körpə 2,5-3 yaşına çatanadək davam etməlidir. Kiçik fasilələrdə uşağa baş çəkmək onu tənha qoymaqdan daha yaxşıdır. Belə olsa körpə daha az narahatçılıq keçirər. Əgər ayrılıq uzun sürməsə, hətta körpə də bu ayrılığa dözə bilər.