Vanadzor Mass Media Incorporates Internet into Its Activities



Yüklə 10,25 Kb.
tarix09.06.2018
ölçüsü10,25 Kb.
#53151


İnternetin İnkişafı və Təlimi Proqramı (IATP) ABŞ Dövlət Departamentinin Təhsil

və Mədəniyyət İşləri Şöbəsinin Proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr

Şurası Tərəfindən (IREX) tərəfindən idarə olunur

İnternetdə İnsan Hüquqlarının Müdafiəsi Haqqında Məlumat
İyulun 22-də İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) Gəncə Təlim Təhsil Mərkəzində yerləşən yerləşən mərkəzində, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsinin tələbəsi Tural Tagiyev və Amerikada təhsil almış məzun “İnternetdə insan haqları haqqında məlumat axtarışı” adlı üç günlük seminar keçirmişdir. Seminarda yerli QHT nümayəndələri, tələbələr və mərkəzin istifadəçələrindən ibarət olan 17 nəfərlik auditoriya iştirak etmişdi. Tədbirin əsas məqsədi iştirakçıları insan hüquqlarının qorunması məsələlərində maarifləndirmək idi. Seminar üç hissədən ibarət idi. Öncə, seminarın aparıları auditoriyaya insan hüquqları barədə ümumi anlayış verdilər. Seminarın ikinci hissəsində iştirakçılar insan hüquqlarının qorunması ilə məşqul olan beynəlxalq təşkilatlar və onların fəaliyyəti barəsində öyrəndilər. Üçüncü hissədə aparıcılar internetdə insan hüquqları barədə olan Beynəlxalq Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (OSCE), Human Rights Watch təşkilatının internetdə olan resursları barəsində söhbət açdılar: http://www.un.org ; http://www.coe.int , http://www.osce.org, http://www.ihf-hr.org, http:// www.hrw.org, http://www.amnesty.org, http:// www.amct.org, http://www.icrc.org. Treninq ərzində iştirakçılar mövzu ilə bağlı bir çox materiallarla təmin edildilər. Təşkil olunmuş treninqin nəticəsində iştirakçılar insan haqları ilə bağlı normativ hüquqi aktlar ilə daha yaxından tanış oldular və hüquqi cəhətdən maarifləndilər.
İmişli Sakinləri İnternet Vasitəsi ilə İngilis Dili Öyrənirlər
İyulun 26-da İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) İmişlidəki “Araz” Regional Humanitar Təqdiqatlar İctimai Birliyində yerləşən mərkəzində, həmin mərkəzin administratoru Rəhim Məmmədov “İnternet vasitəsi ilə ingilis dilinin öyrənilməsi” adlı seminar keçirmişdir. Seminarda hazırda mərkəzin daimi istifadəçiləri olan tələbələr iştirak etmişdi. Tədbirin aparıcısı seminar iştirakçılarını ingilis dilinin tədrisi üçün nəzərdə tutulan bir neçə internet səhifəsini nümayiş etdirdi. Seminar zamanı iştirakçılar həmin internet səhifələrində olan ingilis dilində testlərlə, qrammatik qaydalarla və dilin öyrənməsi üzrə faydalı məsləhətlərlə tanış edildilər. Seminarın sonunda iştirakçılar www.easyenglish.com ünvanında onlan testlərdə onlayn rejimdə imtahan verərək ingilis dili biliyi səviyyələrini yoxladılar.


Yüklə 10,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin