Vanadzor Mass Media Incorporates Internet into Its Activities



Yüklə 9,03 Kb.
tarix02.06.2018
ölçüsü9,03 Kb.
#52430


İnternetin İnkişafı və Təlimi Proqramı (IATP) ABŞ Dövlət Departamentinin Təhsil

və Mədəniyyət İşləri Şöbəsinin Proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr

Şurası Tərəfindən (IREX) tərəfindən idarə olunur

Azerbaijan
QHT Nümayəndələri Qeydiyyat Məsələlərini İnternet Forumunda Müzakirə Edirlər
Sentyabrın 3-də “QHT Konqres” yerli qeyri hökumət təşkilatının nümayəndələri Əli Quliyev və Ruzbeh Məhəmmədi İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) texniki dəstəyi ilə QHT qeydiyyati məsələlərinə həsr olunmuş internet forumu keçirdilər. Forumda Azərbaycanın 7 bölgəsindən (Gəncə, Lənkəran, Quba, İmişli, Əli-Bayramli, Naxçıvan və Mingəçevir) otuz doqquz yerli qeyri hökumət təşkilatının nümayəndəsi iştirak etmişdilər. Forum zamanı iştirakçılar qeydiyyat üçün Ədliyyə Nazirliyinə hansı sənədlərin təqdim olunmalı olduğunu və QHT nizamnaməsinin və təsis protokolunun necə düzgün tərtib etməli kimi suallar verdilər. Forumun iştirakçıları həmçinin Ədliyyə Nazirliyinin sənədləri neçə gün müddətində nəzərdən keçirdiyini və qeydiyyatdan keçməmiş QHT-lərin dövlət büdcəsinə vergi ödəməli olub olmadıqları barədə maraqlandılar. İştirakçılara kömək etmək məqsədi ilə forumun təşkilatçıları IATP təşkilatının internet saytında qeydiyyatdan keçmək üçün sənədlər qovluğuna daxil olan sənədlərin nümunələrini yerləşdirdilər. Forumun sonunda “QHT Konqres” təşkilatının nümayəndələri e-mail ünvanlarını və əlaqə telefonlarını forum iştirakçılarına verərək onlara gələcəkdə qeydiyyat məsələləri ilə bağlı sualları yaranarsa əlaqə saxlamağı təklif etdilər.

Gəncə Sakinləri İnternetdə Terrorizm Problemi Haqqında Yeni Məlumatlar Öyrənirlər

Sentyabrın 6-da İnternetin İnkişafı və Təlimi Proqramının (IATP) Gəncə Təlim Təhsil Mərkəzində yerləşən mərkəzində, Bakı Dövlət universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Tamerlan Məmmədov və həmin mərkəzin əməkdaşı Sara Hümbətova “İnternetdə dünya terrorist təşkilatları barədə məlumat” adlı seminar keçirmişlər. Seminarda yerli QHT nümayəndələrindən, tələbələrdən və mövzuda maraqlı olanlardan ibarət olan on iki nəfərlik qrup iştirak etmişdi. Seminarın əsas məqsədi iştirakçılara terrorist təşkilatlar və onların məqsədləri barədə məlumat vermək idi. Seminar iştirakçılarına ABŞ Dövlət Departamenti tərəfindən tərtib olunmuş aparıcı terrorist təşkilatlarının siyahısı paylandı. Bundan əlavə seminar iştirakçıları www.fbi.gov internet saytında yerləşdirilmiş dünya üzrə fəaliyyət göstərən “Al-Kaeda” və “Xamaz” kimi əsas terrorist təşkilat barədə məlumatla tanış oldular və mövzu ilə əlaqədar bir çox suallar verdilər. Seminar iştirakçıları internetdən dünya terrorist qrupların törətdiyi cinayətlər və onların fəaliyyətinin bəşəriyyətə vurduğu ziyanlar haqqında geniş məlumat aldılar.





Yüklə 9,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin