Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə28/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

Elektron kodlaşdırma kitabı (ECB - Electronic Code Book). Bu rejimdə ilkin mətnin hər bir bloku digər blok­lardan asılı olmadan bloklarla şifrləmə üsulu vasitəsilə şifrlənir. Onun davamlılığı şifrləmənin davamlılığına bəra­bərdir. Lakin bu zaman ilkin mətnin quruluşu gizlədilmir. İlkin mətnin eyni məzmunlu bloklarının şifrlənməsi nəti­cəsində şifrmətndə də eyni bloklar yaranır. Bloklarm pozulması, təkrarlanması və ya yerlərinin dəyişdirilməsi yolu ilə ilkin mətnlə manipulyasiya etmək mümkündür. Burada şifrləmənin sürəti bloklarla şifrləmənin sürətinə bərabərdir.

Şifrlənmiş mətnin bloklarının qarışdırılması (CBC - Cipher Block Chaining) rejimi. Bu rejimdə ilkin mətnin hər bir bloku şifrlənmiş mətnin əvvəlki bloku ilə 2 modu­luna görə mərtəbələr üzrə toplanır, soma isə şifrlənir. Şifrləmə prosesinin başlanması üçün açıq şəkildə rabitə kanalma ötürülən başlanğıc vektordan istifadə olunur.

CBC rejiminin davamlılığı onun əsasını təşkil edən bloklarla şifrləmə üsulunun davamlılığına bərabərdir. Bundan əlavə, açıq mətnin növbəti bloku ilə şifrlənmiş mətnin əvvəlki blokunun toplanması hesabına açıq mətnin strukturu gizlədilir. Açıq mətnlə birbaşa manipulyasiya mümkün olmadığından CBC rejimində şifrləmənin da­vamlılığı bir qədər yüksəlir. CBC rejimində şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabərdir.

Praktikada CBC rejiminin modifikasiyalan mövcuddur.

  • Şifrlənmiş mətnin bloklarının paylanma ilə qarışdırıl­ması (PCBC - Propagating Cipher Block Chaining) rejimi - CBC rejimindən fərqli olaraq, bu rejimdə ilkin mətnin cari bloku şifrlənən zaman o, şifrlənmiş mətnin əvvəlki bloku ilə yanaşı ilkin mətnin əvvəlki bloku ilə də toplanır.

  • Şifrlənmiş mətnin bloklarının nəzarət cəmi ilə qarışdı­rılması (CBCC - Cipher Block Chaining with Chek- sum) rejimi - cari blok şifrlənən zaman ona ilkin mət­nin bütün əvvəlki blokları 2 moduluna görə mərtə­bələrlə əlavə edilir. Bu, ötürülən mətnin tamlığım çox da böyük olmayan əlavə məsrəflər hesabma nəzarətdə saxlamağa imkan verir.

Şifrlənmiş mətnə görə əks əlaqənin tətbiqi (CFB - Cipher Feedback) rejimi. Bu rejimdə şifrlənmə üçün şifr- mətnin əvvəlki bloku təkrarən şifrlənir, alınmış nəticə ilkin mətnin cari bloku ilə 2 moduluna görə toplanır, soma isə şifrlənir. Şifrləmə prosesinin başlanması üçün baş­lanğıc vektordan istifadə olunur.

CBF rejiminin davamlılığı onun əsasını təşkil edən bloklarla şifrləmə üsulunun davamlılığına bərabərdir. Açıq mətnin növbəti blokunun şifrlənmiş mətnin əvvəlki bloku ilə 2 moduluna görə mərtəbələrlə toplanması hesabma açıq mətnin strukturu gizlədilir. Şifrlənmiş mətndən ilk və sonuncu blokların silinməsi yolu ilə açıq mətnlə manipul- yasiya mümkün olmur. CBC rejimində şifrləmənin davam­lılığı bir qədər yüksəlir. CBC rejimində şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabərdir.

Əgər şifrlənmiş mətnin iki bloku eynidirsə, onda CBF rejimində növbəti addımda onlarm şifrlənməsinin nəticəsi də eyni olacaqdır ki, bu da ilkin mətn haqqında əlavə məlumatın sızmasına gətirib çıxara bilər. Bu rejimdə də şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabər olur. CBF rejimində şifrin açılması zamanı rast gəlinən hər hansı səhv bit növbəti blokların şifrlərinin səhv açılmasına gətirib çıxarır.

Çıxışa görə əks əlaqə (OFB - Output Feedback) rejimi. Bu rejim CBF rejimi ilə eynilik təşkil edir, lakin burada ilkin mətnin şifrlənən bloku ilə 2 moduluna görə toplanan kəmiyyət ilkin və şifrlənmiş mətnlərdən asılı olmadan generasiya olunur. Bu rejimdə də şifrləmə prosesinin başlanması üçün başlanğıc vektor istifadə olunur. CBF rejimi ilə müqayisədə OFB rejimi aşağıdakı üstünlüyə malikdir: ötürmə prosesində bitlər səviyyəsində meydana çıxan istənilən səhv növbəti blokların şifrinin açılmasına təsir etmir. Lakin şifrlənmiş mətinin dəyişdirilməsi yolu ilə ilkin mətn üzərində sadə manipulyasiya aparmaq mümkündür. Praktikada bu rejimin çıxışa görə xətti funksiya ilə əks əlaqə modifikasiyası mövcuddur.

Bloklarla şifrləmə üsulları hazırda praktikada daha geniş yayılmış üsullardır. Onlara nümunə kimi aşağıdakı­ları göstərmək olar:


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin