Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az
Elektron kodlaşdırma kitabı (ECB - Electronic Code Book). Bu rejimdə ilkin mətnin hər bir bloku digər bloklardan asılı olmadan bloklarla şifrləmə üsulu vasitəsilə şifrlənir. Onun davamlılığı şifrləmənin davamlılığına bərabərdir. Lakin bu zaman ilkin mətnin quruluşu gizlədilmir. İlkin mətnin eyni məzmunlu bloklarının şifrlənməsi nəticəsində şifrmətndə də eyni bloklar yaranır. Bloklarm pozulması, təkrarlanması və ya yerlərinin dəyişdirilməsi yolu ilə ilkin mətnlə manipulyasiya etmək mümkündür. Burada şifrləmənin sürəti bloklarla şifrləmənin sürətinə bərabərdir.
Şifrlənmiş mətnin bloklarının qarışdırılması (CBC - Cipher Block Chaining) rejimi. Bu rejimdə ilkin mətnin hər bir bloku şifrlənmiş mətnin əvvəlki bloku ilə 2 moduluna görə mərtəbələr üzrə toplanır, soma isə şifrlənir. Şifrləmə prosesinin başlanması üçün açıq şəkildə rabitə kanalma ötürülən başlanğıc vektordan istifadə olunur.
CBC rejiminin davamlılığı onun əsasını təşkil edən bloklarla şifrləmə üsulunun davamlılığına bərabərdir. Bundan əlavə, açıq mətnin növbəti bloku ilə şifrlənmiş mətnin əvvəlki blokunun toplanması hesabına açıq mətnin strukturu gizlədilir. Açıq mətnlə birbaşa manipulyasiya mümkün olmadığından CBC rejimində şifrləmənin davamlılığı bir qədər yüksəlir. CBC rejimində şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabərdir.
Praktikada CBC rejiminin modifikasiyalan mövcuddur.
Şifrlənmiş mətnin bloklarının paylanma ilə qarışdırılması (PCBC - Propagating Cipher Block Chaining) rejimi -CBC rejimindən fərqli olaraq, bu rejimdə ilkin mətnin cari bloku şifrlənən zaman o, şifrlənmiş mətnin əvvəlki bloku ilə yanaşı ilkin mətnin əvvəlki bloku ilə də toplanır.
Şifrlənmiş mətnin bloklarının nəzarət cəmi ilə qarışdırılması (CBCC - Cipher Block Chaining with Chek- sum) rejimi - cari blok şifrlənən zaman ona ilkin mətnin bütün əvvəlki blokları 2 moduluna görə mərtəbələrlə əlavə edilir. Bu, ötürülən mətnin tamlığım çox da böyük olmayan əlavə məsrəflər hesabma nəzarətdə saxlamağa imkan verir.
Şifrlənmiş mətnə görə əks əlaqənin tətbiqi (CFB - Cipher Feedback) rejimi. Bu rejimdə şifrlənmə üçün şifr- mətnin əvvəlki bloku təkrarən şifrlənir, alınmış nəticə ilkin mətnin cari bloku ilə 2 moduluna görə toplanır, soma isə şifrlənir. Şifrləmə prosesinin başlanması üçün başlanğıc vektordan istifadə olunur.
CBF rejiminin davamlılığı onun əsasını təşkil edən bloklarla şifrləmə üsulunun davamlılığına bərabərdir. Açıq mətnin növbəti blokunun şifrlənmiş mətnin əvvəlki bloku ilə 2 moduluna görə mərtəbələrlə toplanması hesabma açıq mətnin strukturu gizlədilir. Şifrlənmiş mətndən ilk və sonuncu blokların silinməsi yolu ilə açıq mətnlə manipul- yasiya mümkün olmur. CBC rejimində şifrləmənin davamlılığı bir qədər yüksəlir. CBC rejimində şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabərdir.
Əgər şifrlənmiş mətnin iki bloku eynidirsə, onda CBF rejimində növbəti addımda onlarm şifrlənməsinin nəticəsi də eyni olacaqdır ki, bu da ilkin mətn haqqında əlavə məlumatın sızmasına gətirib çıxara bilər. Bu rejimdə də şifrləmənin sürəti isə bloklarla şifrləmə üsulunun sürətinə bərabər olur. CBF rejimində şifrin açılması zamanı rast gəlinən hər hansı səhv bit növbəti blokların şifrlərinin səhv açılmasına gətirib çıxarır.
Çıxışa görə əks əlaqə (OFB - Output Feedback) rejimi. Bu rejim CBF rejimi ilə eynilik təşkil edir, lakin burada ilkin mətnin şifrlənən bloku ilə 2 moduluna görə toplanan kəmiyyət ilkin və şifrlənmiş mətnlərdən asılı olmadan generasiya olunur. Bu rejimdə də şifrləmə prosesinin başlanması üçün başlanğıc vektor istifadə olunur. CBF rejimi ilə müqayisədə OFB rejimi aşağıdakı üstünlüyə malikdir: ötürmə prosesində bitlər səviyyəsində meydana çıxan istənilən səhv növbəti blokların şifrinin açılmasına təsir etmir. Lakin şifrlənmiş mətinin dəyişdirilməsi yolu ilə ilkin mətn üzərində sadə manipulyasiya aparmaq mümkündür. Praktikada bu rejimin çıxışa görə xətti funksiya ilə əks əlaqə modifikasiyası mövcuddur.
Bloklarla şifrləmə üsulları hazırda praktikada daha geniş yayılmış üsullardır. Onlara nümunə kimi aşağıdakıları göstərmək olar: