Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az
-Hərflərin qeyd olunması. Məlumat yazılması üçün hər hansı kitabın və ya qəzetin konkret yerində (səhifəsində) hərflər iti əşya (iynə və ya sancaq) batırmaqla qeyd olunur. Sözlərin sonu hərflər arasında deşik açmaqla (iynə və ya sancaq vasitəsilə) müəyyən edilir.
Trafaretə görə yazma. Açıq məktubun yazılacağı təmiz vərəqin üzərinə qabaqcadan hazırlanmış “pəncərələri” (müəyyən olunmuş yerlərdə kəsilmiş xanaları) olan trafaret qoyulur. Ötürülən məlumat trafaretin pəncərələri vasitəsilə kağız üzərinə qeyd edilir və trafaret götürülür. Soma kağız üzərinə səpələnmiş hərflərin arasına diqqətlə həmin hərflər istifadə olunmaqla açıq mətn yazılır.
Krossvordda yazma. Məlumat məqsədli doldurulmuş krossvordun sütunlarında (və ya sətirlərində) yazılır, sətirlər (və ya sütunlar) isə ixtiyari qaydada doldurulur. Bu zaman məlumat birbaşa yazıla və ya əlavə olaraq kodlaşdırıla bilər.
“Korlanmış” makina yazısının istifadəsi. Məlumatın yazılması üçün korlanmış makinada çap olunan yazıya oxşar kodlaşdırmadan istifadə edilir. Belə ki, yazıda bəzi hərflər korlanmış (xarab olmuş) makinadakı kimi sətrin yuxarısına və ya aşağısına düşür. Bu zaman bu hərflərin ardıcıllığı və sayı, eləcə də onlann rast gəlinmə tezliyi nəzərə almır. Burada MorzA əlifbası vasitəsilə kodlaşdırma mümkündür.
Not yazılarından istifadə. Məlumatın kodlaşdırılması üçün not dəftərində notlann əl ilə yazılmasından istifadə olunur. Bu zaman notlar müəyyən qiymətə (koda) malik olur. Belə not dəftərində Morze və ya digər əlifba vasitəsilə kodlaşdırmadan istifadə oluna bilər.
Kardioqramın və ya qrafikin istifadəsi. Məlumatın kodlaşdırılması üçün kardioqramdan və ya hər hansı mexaniki prosesin qrafikindən istifadə olunur. Burada da Morze əlifbası və ya digər kodlaşdırma reallaşdırıla bilər. Məsələn, Morze əlifbası üçün qrafikin (kardio- qramın) ən yuxan piklərdən nöqtəni, ən aşağı piklərdən tireni, dişlər arasındakı xətlərdən hərflərarası məsafəni, xətlərin qırılmasından sözlərin sonunu və s. göstərmək üçün istifadə etmək mümkündür.
Kart və ya kağız dəstinin yan tərəfində yazma. Məlumat müəyyən qaydada düzülmüş oyun kartı və ya kağız dəstinin (paçkasımn) yan tərəflərində yazılır. Oyun kartı və ya kağız dəsti qanşdınlır və ünvana göndərilir. Orada həmin dəst müəyyən olunmuş qaydada düzülür və yazı oxunur.
Etiketə yazma. Məlumat flakonun, bankanın, butulkanın və s. etiketlərinin arxasına yazılır və sonradan yapışdırılır.
Poçt markasının arxasına yazma. Məlumat markanın arxasına yazılır və məktubun üzərinə yapışdırılır. Həmçinin məlumat məktub üzərində marka üçün nəzərdə tutulmuş yerdə yazıla və soma üstündən marka yapışdırıla bilər.
Kibrit qutusunun içəri tərəfinə yazma. Əvvəlcə kibrit qutusu sökülür, onun içəri səthinə yazı yazılır və soma qutu yenidən yapışdırılır.
Bişmiş yumurtanın içinə yazma. Bunun üçün zəy, mürəkkəb və sirkə qarışığı götürülür. Lazım olan məlumatı bu qarışıqla yumurtanın qabığı üzərinə yazırlar. Qabığın səthindən yazımn izini silmək üçün yumurtanı bir müddət tünd duzlu suda və ya sirkədə saxlayırlar. Bundan soma yumurtam bərk bişirirlər. Bu zaman bütün yazı yumurtanın qabığının altında zülalın üzərinə həkk olunur. Alan tərəf yumurtanın qabığım soymaqla yazım oxuyur.
-Düyünlər vasitəsilə yazma. Burada əlifbanın hərfləri barmağın çevrəsinin uzunluğu ilə və ya santimetrlərlə kodlaşdınlır. Məsələn, A - 1 sm. və ya 1 barmaq çevrəsi, B - 2 sm. və ya 2 barmaq çevrəsi və s.). Məlumatı ötürmək üçün hər hansı ipin üzərində bu ölçülərə uyğun olaraq düyünlər vurulur. İpi barmağa dolamaq və ya santimetrlərlə ölçmək yolu ilə yazım oxuyurlar.
Texniki vasitələrdən istifadə etməklə reallaşdırılan üsullara aşağıdakı nümunələri göstərmək olar:
Rəngsiz mürəkkəbin istifadəsi. Məlumat rəngsiz xüsusi mürəkkəbdən istifadə etməklə adi məktubun sətirləri arasına yazılır. Belə yazı müəyyən fiziki və ya kimyəvi təsirlər nəticəsində görünür.
Xüsusi işıq effektləri altında görünən yazılar. Məlumat xüsusi maddələrdən istifadə etməklə xüsi'si kağız üzərmə gözə görünməz şəkildə yazılır. Belə yazı yalmz ultrabənövşəyi əksetmə, polyarlaşmış işıq və ya lüminessensiya zamanı görünür.
İşıq şüaları. Məxfi məlumatın ötürülməsi üçün əlaqə daşıyıcılarının kəskin istiqamətlənmiş şüalan istifadə olunur.