Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə17/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
Leyla dedi: “Ey susuzların şahı!

Əlim ətəyində, ağa, əl-aman!

Oğlum canavarlarla döyüşə gedir.

Əkbərin fərağından aman, əl-aman!”

Ah-vaveyla! Hanı mənim Əkbərim?

Yaşlı gözlərimin nuru, dilbərim?
Xaksütuna çatdıq. Külək tozları havada fırladıb gözlərimizə və boğazımıza doldururdu. Vidalaşmaq üçün Seyid Rza Musəvinin tabutunu açdılar. Siddiqə xala hələ də möhkəm dayanmış, yavaşca bibinin əlindən tutmuşdu. O, hamıya yazıqcasına baxırdı. Sima Fatiməni tabuta yaxınlaşdırdı. Fatimə yeriyə bilmirdi, ancaq atasını görən kimi Simanın qucağından enmək istədi. Sima Fatiməni yerə qoydu. Göyçək və yaraşıqlı uşaq idi, hamıya gülürdü. İlk dəfə orada ayaq üstə dayandı. Əyilib atasının üzünü öpdü. Seyid Rza Musəvi korpus geyimində, dodağında xəfif təbəssüm yatmışdı. Üzü sağlam və gözəl idi; belə ki Fatimə kimi mən də əyilib üzündən öpmək istəyirdim.

Bütün dünyanın dərd-qəmi qəlbimə dolmuşdu. Özümü yalqız və kimsəsiz hiss edirdim. Fatiməyə, Əliyə, Siddiqəyə və özümə yazığım gəlirdi.

Siddiqə xala hamı ilə sakitcə danışır, xoşgəldin deyirdi. Aramsız partlayış səsləri, isti və toz-torpaq şəhidlərin tez dəfn olunmasına səbəb oldu. Korpusda xidmət edən qardaşlar tez-tez deyirdilər: "Bir yerə toplaşmayın. Tez maşınlara minin!" Buna görə digər şəhidlərin dəfninə qala bilmədik. Xaksütunda çoxlu adam vardı. Şəhər döyüş şəhəri idi, düşmən qırıcıları başımız üstə uçuşur, bizə atəş açırdı. Məhəmməd dayının maşınına mindim. Yas məclisi qədim qonşumuz olan, Əhvaza köçmüş xanım Füruzəndəgildə keçiriləcəkdi.

Gözlərimi bağladım. Heç nə fikirləşməyib yatmaq istəyirdim, lakin Seyid Rza Musəvinin, Salman Baharın, Xosrəvinin, Rübabə Hurisinin və Bəhmənin fikri məni rahat buraxmırdı. Heç kim heç nə demirdi, amma baxışlarından bilirdim ki, hamı Bəhməndən ötrü narahatdır. İki həftə idi itkin düşmüşdü, çoxlu axtarışlara baxmayaraq, heç kim izini tama bilmirdi. Səmimi dostları olan Salman Baharla İsmayıl Xosrəvinin şəhadətindən sonra hamının narahatlığı çoxalmışdı. Salman Bahar Bəhmənlə bir yerdə vuruşurdu.

Dayım dedi: "Nənin, Əhvaza gedək, yoxsa Mahşəhrə?" Cavab verməyə hövsələm yox idi. Məhəmməd dayım Gəmiçilik şirkətinin icraçı direktoru idi, limanlarda işləyirdi. Arvad-uşaqlarını Mahşəhrə aparmışdı. Karvanda yaşayırdılar. Karvanlar Amerika istehsalı olan lüks daşınan evlər idi, içində kondisioner, divan-kreslo, hamam və tualet vardı, bütün imkanlarla təchiz olunmuşdu. Ona dedim: "Gedək Əhvaza. Seyid Rzanın yasında iştirak etmək istəyirəm".

Abadan-Əhvaz yolu atəş altında idi. Məhəmməd dayı maşını hərdən ziqzaq şəklində sürməyə məcbur olur, bəzən də yolun torpaq çiyni ilə gedirdi. Düşmən qırıcıları dalımıza düşmüşdülər. Magistralı bombalayır, mərmiləri qurtaranda pulemyotla atəş açırdılar. Həm də yolda tıxac vardı, təcili yardım maşınları ilə, döyüş yerinə hərbçi aparan avtobus, mikroavtobus və hərbi avtomobillərlə dolu idi.

Məhəmməd dayı dedi: "Füruzəndə xanımın oğlu Məhəmməd Füruzəndə Əhvazın valisi təyin olunub". Biz üç ildən sonra yenə görüşəcəkdik. Qonşu olanda səhərdən-axşama qədər bir yerdə idik. Füruzəndə xanım bizə xala kimi idi, uşaqları ilə dost idik, bir yerdə oynayırdıq. Evləri Kiyan-parsda yerləşirdi.

Biz digərlərindən tez çatdıq. Füruzəndə xanım bizi görüb sevindi, ağlaya-ağlaya dedi: "Bu qədər ayrılıqdan sonra bir-birimizi belə görməli idik?!"

Ev böyük idi, bir neçə qədim kondisioneri vardı. Mənim halım pis idi. Qonaqlar böyük qonaq otağında oturmuşdular. Mənimsə ürəyim bulanır, başım gicəllənirdi. Əli də qucağımda qalmırdı. Füruzəndə xanım mənə bir otaq verdi, kondisioneri yandırıb dedi: "Bu otaq sənin. Rahat ol".

Öz-özümə danışıb Əlini yuyur, əyninə təmiz paltar geyindirə-geyindirə Bəhmənin harada olduğunu fikirləşirdim. Düşünürdüm ki, görəsən, dostlarının bir-bir getdiyindən xəbəri var?

Siddiqə xala, anam və digərləri gəldilər. Evə girən hər kəs əvvəlcə Füruzəndə xanımla qucaqlaşıb bir neçə dəqiqə ağlayırdı. İsmayıl dayı ilə Məhəmməd Füruzəndə işləri idarə edirdilər. Günortaya restorandan yemək aldılar. Anam Füruzəndə xanımı əziyyətə saldığımıza görə narahat idi.

Həmin gün Əhvazda bizi tanıyan və Seyid Rza Musəvinin şəhadətindən xəbər tutan hər kəs başsağlığına gəldi. Sonra bir-bir Qum və Şirazdan qohumlar gəldilər; Rəhmət və yoldaşı, Röya və yoldaşı, Sağər, Füruzan və digərləri. Şəhid Rza Musəvinin yas mərasimi korpus, valilik və digər idarələr tərəfindən keçirildi. İsmayıl dayı bir plakat çap etdirib üzərinə qırmızı xətlə belə yazdırmışdı: "Bu, Rəbbimin lütfündəndir!"1

Dayım axşamlar bizi Mahşəhrə aparır, səhərlər qaytarırdı. Məhəmməd dayının evində rahat idik, Əliyə yaxşı baxa bilirdim.

Seyid Rza Musəvinin şəhadətindən üç gün sonra Rübabə Hurisinin uşağını dünyaya gətirdiyini eşitdik. Allah Şəhid Xosrəviyə qız uşağı vermişdi. O, şəhadətindən öncə vəsiyyət etmişdi ki, övladı qız olsa, adını Vədiə qoysunlar. Deyirdilər ki, korpusda xidmət edən bacılar onun üçün qızıl kulon düzəltdiriblər; bir tərəfinə atasının adı və qan qrupu həkk olunmuşdu, digər tərəfinə də Vədiənin öz adı. Həmin gün Şəhid Musəvinin ürək parçalayan bir fotosunu gətirdilər. Şəkildə şəhidin bütün daxili orqanları bayıra tökülmüşdü. Şəklə baxmaq çətin idi. Biz bir tərəfdən Şəhid Musəviyə əza saxlayırdıq, bir tərəfdən də Vədiənin və şəhidin yoldaşının kimsəsizliyinə ağlayırdıq.

Axşamlar bir yerə toplaşıb Xürrəmşəhrdən, onun işğalından öncə və sonra şəhid olan uşaqlardan danışırdıq. Beytülmüqəddəs əməliyyatı keçirilirdi, sınıq qəlblə arzulayırdıq ki, Xürrəmşəhr tez azad olunsun, şəhərimizə qayıdaq və yenidən bir yerdə yaşayaq.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin