Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə24/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   19   20   21   22   23   24   25   26   27
Laylay! Laylay! Gülüm, laylay!

Əli, laylay! Saci, laylay!

Sabah üçün qəm yemə,

Bil ki, başın üstə kölgə var.

Laylay! Laylay! Gülüm, laylay!

Munisim, həmdəmim, laylay!

Niyə belə narahatsan?

Nə üçün bu axşam yatmırsan?..
Birdən dayandı, sızlamağa başladı. Bir qədər sonra dedi: “Nəsrin, haqqını halal elə. Üzüm qaradır, məni halal elə. Səni tək qoydum. Bu neçə gündə nələr çəkmisən! Məni bağışla, hamınıza qarşı pislik etdim; sənə, uşaqlarıma, Saciyə. Bunun əvəzini heç vaxt çıxa bilmərəm. Sacim əldən getdi”. Sonra qışqırdı: “Xudaya... Məni apar. İlahi! Məndən razı ol. Nəsrin, dua et, mən də ölüm. Dua elə, Allah məndən razı qalsın!” Əmi yaxınlaşıb qeyzlə dedi: “Bəsdir! Qurtar, Bəhmən, nə olub?!” Rəhmət yaxınlaşıb Bəhmənin çiyinlərindən tutdu, qulağına nəsə dedi.

Əmi Sacidəni dizlərimizin üstündən götürdü, aparıb qəbrə qoydu. Bəhməni od götürdü. Qaçıb Sacidənin kiçik qəbri yanında uzandı. Ovuc-ovuc torpaq götürüb başına tökürdü. Dostları onun qollarını tutdular. Əmi qəbrə əyilib Sacidənin üzünü açdı. Mən hələ skamyada oturub heyrətlə baxırdım. Qəbirqazanlar Sacidənin üstünə torpaq tökməyə başladılar. Bəhmən qışqırdı: “Tökməyin! Uşağım qorxur. Ora qaranlıqdır. Torpaq uşağımın gözlərinə girər”.

Əmi əyilib qəbirdən bir qədər torpaq götürdü və Bəhmənin başına tökdü. Özü də başına ovuc-ovuc torpaq töküb qışqırırdı: “Nə qədər torpaq varsa, tökün mənim başıma. Uşağımın başına tökməyin. İlahi! Məni yer üzündən apar!”

Özümü pis hiss edirdim. Fikirləşirdim ki, bundan sonra məni heç nə sevindirə bilməz. Bəhmənə qarşı da heç bir şey hiss etmirdim. Ona yazığım da gəlmirdi. Həmişə ən çətin anlarda məni sakitləşdirən, müəllim kimi həyatın yaxşı-pis dərslərini yadıma salan, evimin dirəyi olan Bəhmən özgə kimi görünürdü. O dirək ortadan qırılmış, iki bölünmüşdü.

Qəbirqazanlar qazıb-çıxardıqları bütün torpağı Sacidənin üstünə tökdülər. O qədər tökdülər ki, alçaq daxma əmələ gəldi. Rəhmətlə əmi Bəhmənin qoluna girib yanıma gətirdilər. Dodaqaltı dedim: “İlahi! Mənə rəhm elə!” Xanım Rzayi, Həlimə və Bəhmənin dostları yaxınlaşdılar. Hərə bir söz deyirdi:

- Allah sizə səbir versin! Allah kömək olsun!

Bəhmən cavab verirdi: “İlahi... İlahi...”

Gəldiklərinə və yanımızda olduqlarına görə bütün dostlarına, habelə xanım Rzayiyə, yoldaşına, Həliməyə, Rəhmətə və əmiyə təşəkkür etdim.

Bəhmən öz-özünə oxumağa başladı: “Sənə qurban olum, İmam Hüseyn! Qəlbinə qurban! Səbrinə qurban! Dözümünə qurban! Ağa, uşaqlarının boğazına oxlar dəyəndə necə dözə bildin? Kömək elə, mənə də öyrət”.

Ağa Rzayi yaxınlaşıb Bəhmənə dedi: “Xəcalət çək! Daha bəsdir. Bu nə vəziyyətdir?! Biz hər gün cəbhədə neçə-neçə igid itiririk. Hər biri ata-analarının əzizidir. Meyitləri yolun kənarına qoyuruq ki, gəlib aparsınlar. Amma belə etmirik. Sən bir uşaq üçün nə müsibət qoparmısan?! Artıq bəsdir! Ayağa qalx, şəhidlərin ata-analarından xəcalət çək!”

Bunları deyən kimi Bəhmən sakitləşdi, başını aşağı saldı. Ancaq hələ ağlayırdı, çiyinləri tərpənirdi. Yazığım gəldi, qalxıb ona yaxınlaşdım. Bütün paltarları və üz-başı toz-torpağın içində idi. Paltarlarını çırpıb yanında oturdum. Dostları mənim orada oturduğumu görüb maşınlarına tərəf getdilər.

Yanımızda heç kim yox idi. Həlimə uşaqların əlindən tutub apardı. Bəhmənin başını qucaqlayıb öpdüm. Hələ də ağlayır və ağı deyirdi. Çiyinlərimdən tutub silkələdi və dedi: “Nəsrin, ciyərim od tutub yanır; Peyğəmbərin vaxtında kəsilən dəvə kimiyəm; ciyərim suluqlayıb tikə-tikə olub. Camaat dedi ki, bəlkə dəvə xəstədir, əti haram olub. Peyğəmbər oradan keçirdi. Buyurdu ki, bu suluqlar övlad dağıdır. Bu dilsiz heyvan çox bala doğub, hamısı ölüb. İndi mən də həmin dəvə kimi olmuşam, ciyərim parçalanıb”. Dedim: “Bəsdir, Bəhmən. Qalx ayağa. Hamı getdi. Uşaqlara görə artıq qurtar. Əli yazıqdır. Səhərlə Səccad da fikir çəkir. Qalx, gedək evə. Bizim Əlimiz var, Səhərimiz var, Səccadımız var”.

Bəhmən ayağa qalxıb yenidən Sacidənin məzarı üstünə uzandı. Torpağı öpür, üzünü torpağa sürtüb deyirdi: “Qızım, məni bağışla. Qızım, haqqını halal elə. Saci can, atanı bağışla”. Əyilib Bəhmənin başından öpdüm, onu ayağa qaldırdım. Başını çiynimə qoydu. Sonra yavaşca yola düşüb qulağıma dedi: “Nəsrin, məni tək buraxma. Haqqını halal elə. Bilirəm ki, məndən çox incimisən. Fikirləşirsən ki, Sacinin ölümündə mən günahkaram. Səhərdən mənimlə danışmamısan, məndən küsmüsən. Bilirəm, fikirləşirsən ki, bütün bu bəlaları mən başına gətirmişəm. Necə istəyirsən, fikirləş, amma məndən küsmə, məni tək qoyma, kömək elə sakitləşim”. Bir söz demədim.

Maşına çatanda dayanıb məzarlığa baxdım.

- Bəhmən, bütün bu məzarların altında yatanların ata-anaları var. Onlar da ailələrinin əzizi olublar. Dünyanın qaydası belədir. Dözməkdən başqa çarəmiz yoxdur. Bizim də qismətimiz bu imiş. Bizi bir ovuc torpaqdan yaradan və yenidən torpağa qaytaran Allahdan istə, dözmək üçün bizə kömək etsin. Biz Şəhid Musəvinin valideynlərindən artıq deyilik; Əhməd Qəndəharinin, Salman Baharın, İsmayıl Xosrəvinin yoldaşından və körpəsindən artıq deyilik.

Maşına mindik. Bəhmən dedi: “Nəsrin, yenə danış. Səhərdən atam, Rəhmət və digərləri mənimlə o qədər danışıblar, heç biri məni sənin kimi sakitləşdirə bilməyib”.

Ürəyim qanlı idi. Elə mən də uşaqlarının müsibətinə görə ciyəri parçalanmış dəvə kimi idim...

***


Evə çatanda Həlimə uşaqları hazırlamışdı və bizi gözləyirdi. Dedi: “Ağa Rzayi nahara dəvət edib. Deyib ki, evdə tək qalmasaz, yaxşıdır”.

Ağa Rzayinin evi yaxınlıqda, küçənin o tərəfində idi. Piyada getdik. Bizdən başqa ağa Abdullah Nurani, ağa Söhrab və ağa Fəzli də ailəvi gəlmişdilər. Ağa Rzayinin ikiyaşlı qızı Raziyə qəşəng namaz çadrasını başına atmışdı. Gəlib qucağımda oturub dedi: “Xala, Sacidə hanı?” Başını öpdüm. Sacidənin ətri gəlirdi. Hamı mənə baxırdı. Bilirdilər ki, Sacidəni xatırlayıb öpürəm. Evə gələnə qədər uşağı qucağımdan yerə qoymadım.

Oturandan bir qədər sonra Bəhmən ayağa qalxıb dəstəmaz aldı, başqa bir otağa namaz qılmağa getdi. Qayıdanda gözləri qızarmışdı. Kişilər onu dövrəyə aldılar, söhbət, zarafat və gülüşlə halını yaxşılaşdırmağa çalışdılar. Mənim halım Bəhməndən yaxşı deyildi. Ondan əlavə, iki gün idi düz-əməlli yemək yeməmiş, yaxşı yatmamışdım. Evdə oturanda bildim ki, paltarlarım bulaşıqdır. Hətta meyit qüslü almağa da vaxt tapmamışdım. Fikirləşdim ki, bəs Bəhmən qüslsüz necə namaz qıldı. Halı yaxşı deyildi, yadına düşmürdü. Nahar yeməyindən bir-iki saat sonra hamımız ayağa qalxıb sağollaşdıq. Raziyəni özümlə evə aparmaq, gecə yanımda yatırtmaq istəyirdim. Lakin yazıq uşağın nə günahı vardı?! Qaçıb atasının qucağında oturdu, biz də evə gəldik.

Əmi Bəhmənlə məni yuxarı, evimizə qalxmağa qoymurdu. Bəhmənsə israrla öz evimizə getmək istəyirdi. Əmi qışqırdı: “Ay uşaq, bu işlər nədir?! Xəcalət çək!” Əminin əlindən tutub otağa apardım və dedim: “İşin olmasın, qoy istədiyi qədər ağlayıb yüngülləşsin. Onu tək buraxsan, daha yaxşı olar”.

Həlimə israrla aşağıda duş almağımı söyləyirdi. Hamamdan çıxanda gördüm ki, Əli yoxdur. Uşaqlardan soruşdum. Dedilər ki, yuxarı çıxıb. Əmi ilə Rəhmət yatmışdılar. Həliməyə dedim ki, gedib yuxarıdan Əlini gətirsin.

Ata-oğul Sacidənin beşiyini evin ortasına qoymuş, oyuncaqlarını, gəlinciyini, paltarlarını içinə tökmüşdülər. Bəhmən başını beşiyin nərdəsinə söykəyib yelləyir, rövzə oxuyurdu. Beşik divara dəyib taqqıldayırdı. Rövzəyə o qədər qapılmışdı ki, mənim gəldiyimi hiss etmədi. Belə oxuyurdu:



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin