Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə6/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   2   3   4   5   6   7   8   9   ...   27

Üçüncü fəsil


Atamın dünyanı tərk etdiyi gündən bir il gəlib keçdi. Anam vəfatın ildönümü münasibətilə hazırlıq işləri görürdü. Bu arada İsmayıl dayıdan bir xəbər çıxmadığı üçün nigarançılıq ona aman vermirdi. Dayımla əlaqəsi ola bilən hər kəsi görən kimi təşvişlə tapşırırdı: "Allah xətrinə, İsmayıla çatdırın ki, onu and verirəm əzizlərinin canına, ehtiyat üçün mərhum Əlinin ildönümünə gəlməsin! Mənim dözməyə taqətim yoxdur! Ürəyimə damıb ki, başına bir iş gələ bilər”. Amma o isə anamın məsləhətinə qulaq asmayıb, gecə məclisdən geri qayıdarkən neçə vaxtdan bəri hamımızın qorxduğu hadisə baş verir. Deməli, dayım mərasimdən sonra gizlicə Xürrəmşəhr körpüsünün altından keçəndə, bir nəfər qarşısını kəsərək soruşur: "Qardaş, saat neçədir?" O da saatına baxanda, körpünün ətrafında pusquda duran neçə SAVAK məmuru onu mühasirəyə alaraq əllərini qandallayıb maşına mindirir və özləri ilə aparırlar. Dayım neçə vaxt idi ki, siyasi fəaliyyətlərə görə axtarışda idi. Həmin gecə onu ötürməyə gedən qohumlarımızdan neçəsi kənardan hadisəni müşahidə edib evimizə qayıdırlar. Hadisəni danışaraq dedilər: "Cinayət işi ağırlaşdı. Kaş, silahsız olaydı!" Anam üzünü cırmaqlayaraq ah-naləyə başladı: "Ah, ürəyim kabab oldu! Daha taqətim qalmayıb! Axı, dəfələrlə demədimmi ki, İsmayıl yasa gəlməsin?!"

O ərəfədə cümə axşamı Əli əmi, onun həyat yoldaşı və digər ailə üzvlərimizlə atamın qəbri üstünə getdik. Həmin gün bütün vücudumu qəm-kədər bürümüşdü. Özümü qəbrin üstünə atıb, o qədər ağladım ki, az qala huşumu itirim. Əmimin həyat yoldaşı və qızları məni bir təhər qəbrin üstündən qaldırıb, əl-üzümü sərin su ilə yuduqdan sonra bir stəkan su verdilər. Mənsə dayanmadan zarıyıb, ağlayırdım: "Atam üçün darıxmışam! Atacan, Allah xətrinə qayıt! Daha sənsizliyə dözə bilmirəm!" Nalələrimi eşidənlər də hönkürtü ilə ağlayırdılar. Əli əmi məni bağrına basıb, bərk-bərk qucaqladı və yavaşca qulağıma pıçıldayaraq dedi: "Nəsrin can, sən də mənim qızımsan! Atan dünyasını dəyişsə də, əmin sağdır! Mənə ata deməyə utanma! Bu gündən mən sənin atan, sən də mənim dördüncü qızımsan! Nəsrin can, Allaha and olsun, sən mənə doğma balam qədər əzizsən! Vallah, bundan sonra özüm qulluğunda durub, bütün qayğını çəkəcəyəm!" Əmim mənə o qədər nəvaziş göstərib nazımla oynadı ki, bir qədər təskinlik tapdım. Bütün bunlarla yanaşı fikrim həm də Bəhməndə idi. O da qəhərləndiyindən bir kənara çəkilib, sükuta qərq olmuşdu.



Evə qayıdarkən ikimiz də hamıdan geri qaldıq. Ailə üzvləri ilə aramızda fasilə artarkən Bəhmən mənə yaxınlaşaraq bir-birimizin kənarında yolumuza davam etdik. O, ailə üzvlərimizin gözündən yayına bilməyimiz üçün addımlarını asta-asta ataraq sakitcə dedi: "Nəsrin xanım!" O zaman həyatımda ilk dəfə idi ki, mənə "xanım" deyə müraciət edilirdi. İstər-istəməz ürəyim döyünməyə başladı. Yaralı qəlbim elə sürətlə döyünməyə başladı ki, Bəhmənin də eşidə biləcəyini düşünəndə, xəcalət çəkdim. Bəhmən söhbətə davam edərək dedi: "Nəsrin, niyə məni bu qədər incidirsən? Niyə özünə bu qədər əzab verib ağlayırsan? Heç bilirsən ki, sənin ağlamağını görəndə, mən nə hisslər keçirirəm? Sən özünü qəbrin üstünə atıb ağlayanda, az qaldı ki, ürəyim partlasın! Allah xətrinə, bəsdir, daha ağlama! Sənə xüsusi rəğbətim olduğundan, ağladığını görəndə, özümdən asılı olmayaraq bərk narahat oluram!" Bu sözlərdən sonra yol boyu susduğumuza baxmayaraq, Bəhmən məndən ayrılmadı. Beləcə, addımlayaraq maşını saxladığımız yerə çatdıq. Son bir il ərzində ilk dəfə idi ki, əhval-ruhiyyəmin yaxşılaşdığını, həyatımın əvvəlki axarına qayıtdığını hiss edirdim. Əmimlə ailə üzvlərim getsələr də, Nəğmə ilə Mitra maşının kənarında dayanmışdılar. Bəhmən maşını işə salandan sonra yola düşdük. Əhvalım yaxşılaşırdı və əldən verdiyim sevinc hissi yenidən qəlbimə yol tapırdı. Bəhmən ayağını qaza basıb, maşını sürətlə sürürdü. Şüşədən ətrafı seyr etsəm də onun maşının ön güzgüsündən mənə göz yetirdiyinə əmin idim. Odur ki, xəyallara dalaraq buludların üstündə qanad çalırdım.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin