Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat


Şəkil 4.1. Rəqəm ölçmə cihazının struktur sxemi



Yüklə 1,11 Mb.
səhifə10/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   99
Şəkil 4.1. Rəqəm ölçmə cihazının struktur sxemi

Sxemdə AÇ ölçülən kəmiyyəti analoq - rəqəm çevril­məsi prosesi aparmaq üçün ən münasib olan kəmiyyətə çevirən analoq çeviricisidir. ARÇ əsas siqnalın analoq formasını rəqəm formasına çevirən analoq – rəqəm çeviricisidir. İHQ informasi­yanın ilkin emalını yerinə yetirən ixtisaslaşdırılmış hesablama qurğusudur. GQ göstərici qurğu olub, ölçmənin nəticələrini özündə əks etdirir. İdQ idarəetmə qurğusunun vəzifəsi ölçmə prosesini müəyyən etmək və onu sinxron­laşdırmaqdır.

Rəqəm ölçmə cihazı giriş siqnalını diskret çıxış siqnalına çevirir və siqnalın parametri rəqəm formasında təsvir olunur. Ölçülən analoq kəmiyyət avtomatik olaraq rəqəm koduna çevrilir və ölçmə nəticələri rəqəm qurğusunda ədədlər və ya elektrik kod siqnalları şəklində təsvir olunur. Siqnalın analoq formasının rəqəm formasına çevrilməsi prosesi analoq - rəqəm çevrilməsi, bu çevrilməni yerinə yetirən çevirici isə analoq - rəqəm çeviricisi adlanır.

Rəqəm ölçmə cihazlarının aşağıdakı əsas üstünlükləri vardır:



  • Çox cəld işləmə qabiliyyətinə malikdir;

  • Ölçmənin dəqiqliyi çox yüksəkdir ( xətası 0,0005 % - ə qədərdir);

  • Yüksək həssaslıq və həlletmə qabiliyyətinə malikdir;

  • Ölçmə nəticələrini qeyd etmək və hesablamaq asandır;

  • Ölçmə nəticəsinin avtomatik qeyd olunması asandır;

  • Dəqiqliyi itirmədən nəticənin məsafəyə ötürülməsi və yadda saxlanması asandır;

  • Xətaları azaltmaq üçün, ölçmə prosesində nəticələrin avtomatik emalı mümkündür.

Rəqəm ölçmə cihazları təsnifatına görə birbaşa çevirməli və müvazinətləndirmə ilə çevirməli olmaqla əsasən iki növə ayrılır. Bundan əlavə hər iki prinsiplə işləyən kombinə edilmiş rəqəm ölçmə cihazları da mövcuddur. Rəqəm ölçmə cihaz­larına elektron rəqəm voltmetrləri, rəqəmli tezlikölçən və digər ölçmə cihazlarını misal göstərmək olar. Rəqəm ölçmə cihaz­la­rının əsas xarakteristikalarına onların xətaları, ölçmə həddi (kə­miyyətin cihazda ölçülə bilən ən böyük və ən kiçik qiymətləri), həssaslığı, giriş müqaviməti, cəld işləmə qabiliyyəti, maneələrə qarşı davamlılığı və etibarlılığı aiddir. Rəqəm ölçmə cihaz­larında statik və dinamik xətalar olur. Statik xətalara diskretləmə xətası ( Δxd ), kvantlama səviyyələrinin realizasiya xətaları ( Δxr ), cihaza və onun elementlərinə maneələrin təsirindən yaranan xətalar ( Δxm ) daxildir. Dinamik xəta ölçülən kəmiyyətin cihazda qeyd olunmuş qiyməti ilə onun oxunma anındakı əsl qiyməti arasındakı fərqdir.

Etibarlılığı artırmaq üçün müasir rəqəm ölçmə cihazları böyük inteqral mikrosxemlər əsasında hazırlanır. Yuxarıda göstərilən əməliyyatları bir mikrosxem yerinə yetirir.

Rəqəm ölçmə cihazlarının inkişafı ölçmə vasitələrinin digər sahələrdə hərtərəfli istifadə olunmasına doğru yönəldilmişdir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin