Nümunəvi ikiqütblülər
Nümunəvi cihazlar bəzi cihazların yoxlanmasında, dəqiq laboratoriya təcrübələrində tələb olunan ölçmələrdə iştirak edir və lazımi ədədi qiymətləri tapmaq üçün istifadə olunur. Onlar əsasən rezistordan, kondensatordan, induktiv sarğıdan və onların birləşməsi şəklində hazırlanır. Bu birləşmə mağaza adlanır və aşağıdakı növlərə bölünür:
Müqavimətlər mağazası
İnduktivliklər mağazası
Tutumlar mağazası
Müqavimətlər mağazası ayrı - ayrı sarğı şəkilli müqavimətlərdən ibarət olmaqla seksiyalarla sarınır və birinin başlanğıcı digərinin sonu ilə birləşdirilir. Bu halda cəm maqnit selinin qiyməti və onun sxemə təsiri azalır. Müqavimətlər mağazası ölçmə zamanı etalon cihaz kimi istifadə edilir. Həmçinin müqavimətlər mağazasından gərginlik bölücüsü kimi də istifadə etmək olur. Çox vaxt müqavimətlər mağazası dövrəyə cərəyanı və yaxud gərginliyi tənzim etmək üçün qoşulur. Müqavimətlər mağazasının sadə sxemi şəkil 5.1 – də göstərilmişdir:
Dostları ilə paylaş: |