Şəkil 6.3. Elektron voltmetrin struktur sxemi
Giriş qurğusunun vəzifəsi voltmetrin giriş müqavimətini təmin etmək və böyük gərginlik ölçüldükdə onu müəyyən nisbətdə bölməkdir. Müqayisə qurğusu elektron açarlarını işlətmək üçün nümunəvi standart tezliklər istehsal edir və elektron açarlarında alınan tezliyi müqayisə edir. Kod çeviricisi ölçüləcək siqnalı kodlaşdırmaq üçün istifadə olunur ki, gərginliyin qiymətini rəqəm ölçmə qurğusuna vermək mümkün olsun. Elektron açarları məntiq sxemlərdən yığılır və ölçüləcək kəmiyyəti hesablamaq üçün istifadə olunur. İdarəetmə qurğusu sxemin bloklarının işini idarə edir, avtomatik və əllə idarə olunma üsulu ilə işləyir. Rəqəm ölçmə qurğusu nəticəni göstərmək üçün istifadə olunur. Bu qurğu 4; 8; 12; 16 bölümlü olur və rəqəmli göstəricilərdən yığılır.
Elektron voltmetrləri universal cihazdır: tərkibində sabit və dəyişən cərəyan gücləndiriciləri, sabit gərginliyi dəyişən gərginliyə və dəyişən gərginliyi sabit gərginliyə çevirən ölçmə çeviriciləri olduğundan sabit və dəyişən gərginliyi və müqaviməti böyük hüdudda ölçə bilir .
Elektron voltmetrlərin xətaları dəyişən gərginliyi ( ~ U ) ölçdükdə 0,005%, sabit gərginliyi ( - U ) ölçdükdə 0,001% olur. Rəqəmli ölçmə qurğusunun çıxışında bəzi hallarda şkala desibellə dərəcələnir ki, bundan səviyyəni ölçmək üçün istifadə edilir.
Dostları ilə paylaş: |