Kombinə edilmiş tester cihazı
Kombinə edilmiş tester cihazı sabit və dəyişən cərəyan dövrələrində cərəyan şiddətini, gərginliyi və sabit cərəyanın müqavimətini ölçmək üçün nəzərdə tutulmuşdur. Məsələn Ц 4317 cihazı ilə sabit cərəyanın gərginliyini 100 mV- dan 1000 V- dək, dəyişən cərəyanın gərginliyini 0,5 V- dan 1000 V- dək, sabit cərəyanın şiddətini 50 mkA- dən 5 A-dək, dəyişən cərəyanın şiddətini 0,25 A- dən 5 A- dək, dövrə hissəsindəki elementlərin müqavimətini 200 Omdan 3 MOmadək, dəyişən gərginliyin nisbi səviyyəsini -5 dB-dən +10 dB-dək ölçmək mümkündür. Cihazın iş prinsipinin əsasını cərəyan şiddətini və gərginliyi ölçdükdə ölçmə növündən asılı olaraq çeviricini sabit cərəyanla ölçmə apardıqda “-”, dəyişən cərəyanla ölçmə apardıqda “~” vəziyyətinə qoymaqla müvafiq ölçmələri aparmaq lazımdır. Müqaviməti ölçmək üçün ölçmə növünün çeviricisini “rx” , ölçmə həddinin çeviricisini ölçüləcək müqavimətin gözlənilə bilən həddi vəziyyətinə qoymaqla naqillərin uclarını ölçüləcək elementlərin sonluqlarına toxundurmaq yolu ilə ölçmə aparılır. Yüksək omlu müqavimətləri ölçmək üçün ölçmə həddinin çeviricisini “k Ω” və “M Ω” vəziyyətinə qoymaqla ölçmə aparılır. Bu cihaz vasitəsilə elektrik dövrələrinin bütövlüyünün yoxlanması da mümkündür.
Dostları ilə paylaş: |