Şəkil 8.3. Sinusoidal açılış
Dairəvi açılış
Dairəvi açılış almaq üçün y və x lövhələrinə eyni tezlikli, lakin fazaca bir – birindən 900 fərqlənən hər hansı sinusoidal gərginliklər verilir. ( şəkil 8.4 )
Ux = Umak sin ωt
Uy = Umak sin (ωt+900)
Bu vaxt ossilloqrafın ekranında şüanın trayektoriyası siqnalın amplitudundan asılı olaraq ellips, yaxud dairə formasında alınacaqdır. Xətti mişarvari açılış zamanı məqsəd siqnalı x oxu üzərində almaq idisə, dairəvi açılış zamanı siqnalı dairə üzərində almaqdır. Dairəvi açılışın üstünlüyü uzadılmış zaman xəttinin olması və şüanın əks gedişinin olmamasıdır. Belə açılışın məqsədi ossilloqrafın ekranında ölçmə aparılan zaman faza və tezlikdən daha səmərəli istifadə etməkdir.
Dostları ilə paylaş: |