Şəkil 8.4. Dairəvi açılış
Spiral açılış
Spiral açılış almaq üçün dairəvi açılışda istifadə olunan faza çeviricisinin girişinə sabit amplitudalı sinusoidal gərginlik əvəzinə mişarvari gərginliklə amplitudasına görə modulyasiya olunmuş sinusoidal gərginlik verilməlidir. ( şəkil 8.5 a )
Faza çeviricisinin çıxışında alınan belə gərginlikləri meyletmə lövhələrinə versək, ossilloqrafın ekranında spiral açılış alarıq. Çünki mişarvari gərginliklə modulyasiya olunmuş sinusoidal gərginliyin amplitudu perioddan – perioda artır. Bu o deməkdir ki, ekranda alınan dairənin diametri getdikcə artır və çevrə spirala çevrilir. Bu cür açılışlardan zaman və faza fərqlərini ölçmək üçün istifadə edirlər. ( şəkil 8.5 b, c )
Dostları ilə paylaş: |