Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə4/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   99
Ölçmə növləri və üsulları

Kəmiyyətlərin ədədi qiymətləri ölçmə yolu ilə hesablanır və tapılır. Ölçmə müqayisə prosesi olaraq təcrübi yolla tədqiq olunan kəmiyyət haqqında miqdari məlumat alınmasıdır. Belə ki, ölçülən kəmiyyətin qiymətinin müqayisə yolu ilə eyniadlı kəmiyyətin qəbul edilmiş ölçü vahidinə nəzərən münasibəti təyin olunur.

Rabitə texnikasında hər hansı bir kəmiyyəti ölçmək üçün müxtəlif ölçmə vasitələrindən və ölçmə üsullarından istifadə olunur.

Fiziki kəmiyyətlərin ölçülmə üsulları birbaşa ölçmə, dolayı ölçmə və birgə ölçmə növlərinə bölünür.

Birbaşa ölçmə dedikdə fiziki kəmiyyətin ədədi qiymətinin təcrübi yolla cihazlar vasitəsilə bilavasitə təyin olunması başa düşülür. Buna misal olaraq ampermetrlə cərəyan şiddətinin, voltmetrlə gərginliyin ölçülməsini göstərmək olar.

Fiziki kəmiyyətin qiyməti birbaşa ölçmələrin nəticələrinə görə riyazi yolla hesablamalardan alınarsa, bu dolayı ölçmə növü adlanır.. Cərəyan şiddəti və gərginliyin qiymətini birbaşa ölçmə üsulu ilə ölçüb gücün təyin edilməsi dolayı ölçmə üsuluna misaldır.

Birgə ölçmə növü isə eyni vaxtda bir neçə müxtəlif adlı kəmiyyətin ölçülməsi və onlar arasında funksional asılılığın təyin olunması üçün istifadə olunan ölçmə növüdür.

Ölçmə üsulları dedikdə ölçmə vasitələrinin və prinsiplərinin istifadə qaydası başa düşülür

Ölçmə üsulları birbaşa qiymətləndirmə və müqayisə üsul­larına ayrılır. Birbaşa qiymətləndirmə üsulu fiziki kəmiyyətin qiymətinin birbaşa ölçmə cihazının hesablama qurğusunun göstərişinə əsasən təyin edilməsidir.

Müqayisə üsulu ilə ölçmə apardıqda ölçülən kəmiyyət ölçünün ifadə etdiyi qiymətlə müqayisə olunur. Müqayisə üsulu aşağıdakı növlərə bölünür: diferensial üsul, sıfır üsulu, qarışdırma üsulu, üst – üstə düşmə üsulu, qarşı- qarşıya qoyma üsulu.

Ifadə edilmə üsuluna görə ölçmələr mütləq və nisbi ölçmə üsullarına bölünür: Mütləq ölçmə üsulu - fiziki kəmiyyətin qiymətinin ölçmə vasitələrindən istifadə etməklə birbaşa ölçmə üsulu ilə tapılmasına deyilir. Nisbi ölçmə üsulu - kəmiyyətin qiymətinin qəbul edilmiş va­hidə nəzərən (əvvəlcədən məlum olan) ölçmə yolu ilə tapıl­masına deyilir. Nisbi ölçmə üsulu yüksək dəqiqlik tələb olunan sahələrdə tətbiq edilir.

Ölçülən kəmiyyətin zamandan asılılığına görə ölçmələr statik və dinamik olurlar. Ölçülən kəmiyyətin qiyməti zamandan asılı olmadıqda, belə ölçmə statik ölçmə adlanır. Cisimlərin uzunluğunun, çəkisinin ölçülməsini misal göstərə bilərik. Ölçülən kəmiyyətin qiyməti zamandan asılı olaraq dəyişirsə, belə ölçmələr dinamik ölçmə adlanır. Vibrasiya ölçmələri, fəza ölçmələri dinamik ölçmələrə aiddir. Simli rabitənin bütün sahələrində ölçmə aparılır.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin