Şəkil 10.3. Ossilloqraf üsulunun sxemi
Ümumi halda ( təsadüfi tezliklərdə) işıqlanan düzbucaqlı ( kvadrat ) müşahidə edilir. Tezliklər bərabərdirsə ekranda ellips, dairə və ya diaqonal üzrə düz xətt görünəcəkdir. Tezliklərin nisbəti tam ədədlərdirsə ( 2; 3 və s.) ekranda “səkkizvari” və daha mürəkkəb fiqurlar müşahidə olunacaqdır. Şaquli və üfüqi oxlar üzrə fiqurun kəsişmə nöqtələrinin sayları nisbəti, tezliklərin nisbətini təyin edir:
f0 / fx = ny / nx buradan (10.5)
Burada nx - x oxu ilə fiqurun kəsişmələrinin sayı, ny - y oxu ilə fiqurun kəsişmələrinin sayıdır. f0 – məlum tezlikdir. Nümunəvi tezlik kimi 50 Hs sənaye tezliyindən istifadə etmək olar.
Fransız alimi Lissaju ilk dəfə bu üsulla ölçmə apardığına görə bu üsulun digər adı Lissaju əyriləri üsulu adlanır. Şəkil 10.4 – də Lissaju fiqurları ilə tezliyin ölçülməsinə aid nümunələr göstərilmişdir:
Dostları ilə paylaş: |