Şəkil 11.5. Rəqəmli dəyişən cərəyan körpüsünün sxemi
Cihazın iş prinsipi aşağıdakı kimidir: balans olmadığı halda körpünün diaqonalındakı gərginlik MQ müqayisə qurğusunda çevrilir və güclənərək AİB avtomatik idarəetmə blokuna təsir edir. Bu blokun vəzifəsi Z1 və Z2 nümunəvi dəyişən müqavimət elementlərinin yığımını təşkil etmək və tarazlıq yaratmaqdır. Körpünün tarazlıq şərti aşağıdakı kimidir:
Z1 Z2 = Z0 ZX ( 11.2 )
Avtomatik idarəetmə bloku RHB rəqəm hesablama blokunun işini idarə edir və həmin blokun köməyi ilə nəticələri rəqəm şəklində göstərir.
Tutum və induktiv xarakterli müqavimətlərin ölçülməsi yüksək tezlik ölçmələrinə aiddir. Yüksək tezliklərdə müqaviməti ölçmək üçün diferensial körpülərdən istifadə edilir. Diferensial körpülərdə göstərici kimi səviyyə göstəricisindən və ya ossilloqrafdan istifadə olunur.
Dostları ilə paylaş: |