Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə51/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   99
Sabit cərəyan körpüsü

Şəkil 11.6 - da sabit cərəyan mənbəyindən qidalanan körpü sxemi göstərilmişdir:





Şəkil 11.6. Sabit cərəyan körpüsünün sxemi

Körpü 4 çiyindən ibarətdir: R1 və R2 balans və ya nisbət çiyinləri, Rx ölçülən çiyin, R0 nümunəvi dəyişən çiyindir. Körpünün 4 təpə nöqtəsi vardır: A; B; C və D.

Sabit cərəyan körpüsü vasitəsilə aktiv müqavimət ölçülərkən göstərici cihaz kimi istifadə olunan qalvanometr körpünün tarazlıq şərtini göstərir. R0 – ın qiymətini dəyişməklə qalvanometrin göstəricisi sıfra endirilir və körpünün tarazlıq şərti yaranır. Sabit cərəyan körpülərində tarazlıq şərti aşağıdakı kimidir:

R1 ∙ R0 = R2 ∙Rx ( 11.3 )

buradan  (11.4 )

R1 = R2 olduqda Rx = R0 olur, yəni ölçülən müqavimətin qiyməti birbaşa R0 – dan oxunur. Körpünün nümunəvi dəyişən çiyni R0 çox sayda bölgülərə malik olan müqavimətlər mağazası şəklində hazırlanır və onun vasitəsilə körpü tarazlaşdırılır. R1 / R2 adətən 1:1; 1:3; 1:5; 1:10; 1:100; 10:1; 100:1 və s. nisbətləri ilə xarakterizə olunur.

Sabit cərəyan körpüləri ayrıca cihaz şəklində və ya avadanlığın tərkibində yığılır.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin